Icma.az
close
up
RU
ZAUR HÜSEYNOVUN BƏZİ ƏMƏLLƏRİNİN ÜSTÜ AÇILDI Metroda “mayanı” necə şişirdib? AzPolitika onlayn siyasi ictimai qəzet

ZAUR HÜSEYNOVUN BƏZİ ƏMƏLLƏRİNİN ÜSTÜ AÇILDI Metroda “mayanı” necə şişirdib? AzPolitika onlayn siyasi ictimai qəzet

Icma.az, Azpolitika.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Hesablama Palatasının “yüngülvari” auditi bəzi faktları üzə çıxarıb

Hələ Tağı Əhmədovun dövründən Bakı Metropolitenində böyük korrupsiya sxemlərinin mövcud olduğu bəlli idi. Bu səbəbdən Tağı Əhmədovun özü Azərbaycanın ən varlı adamlarından birinə çevrilmişdi. 

Mərhum Metropoliten rəisi özü təkcə MTN generalı Akif Çovdarova 3 milyon haqq ödədiyini etiraf etmişdi. Üstəlik, T.Əhmədovun daha 2 milyon manat vəsaitinin də digər bir qrup tərəfindən mənimsənildiyi barədə məhkəmə işi var. Bunlar sabiq rəisin təkcə “itirdiyi” pullardır. Daha neçə milyonlar, on milyonlarla pulununsa obyektlərdə, hesablarda yatdığını bir özü bilirdi, bir də yaxınları…


Belə görünür ki, T.Əhmədovdan sonra 2014-cü ildə Bakı Metropoliteninə rəis təyin olunan Zaur Hüseynov da sələfindən geri qalmayıb. 10 il ərzində bu böyük quruma başçılıq edən Z.Hüseynovun dövründə də dəyişən bir şey olmadı.

Həm T.Əhmədovun, həm də Z.Hüseynovun dövründə dövlətdən alınan külli miqdarda dotasiya ilə işləyən metropolitenin rəhbərliyi sərnişin daşınmasının maya dəyərinin metrodakı gediş haqqını dəfələrlə üstələdiyini bəyan edib, əhaliyə minnət qoyub. Zaman-zaman da Tarif Şurası bu hesabatlardan çıxış edərək, metroda gediş haqqını qaldırıb. Ancaq təbii ki, metro rəhbərliyində və hökumətdə heç kim sərnişindaşımanın maya dəyərinin bu qədər şişməsinin gerçək səbəbinin metropolitendəki yeyintilərlə bağlı olduğunu deməyib…

Bu gün məlum olub ki, Hesablama Palatasının “Bakı Metropoliteni” QSC-də apardığı son audit nəticəsində sərnişindaşımanın maya dəyərinin süni şəkildə artırıldığı üzə çıxıb. Bundan öncə də auditlər keçirilərək, oxşar nəticələr əldə edilsə də, buna adekvat addımlar atılmayıb, heç kim cəzalandırılmayıb, yeyintilərin qarşısı alınmayıb. Ona görə də metro rəhbərliyi əvvəlki “üsullardan” əl çəkməyib.


Hesablama Palatasının məlumatına görə, audit nəticəsində müəyyən edilib ki, sərnişindaşıma fəaliyyəti üzrə subsidiyalar düzgün tənzimlənməyib. Belə ki, yaranan sərbəst vəsaitlər əsaslandırılmadan muzdlu işçilərə fərdi mükafat adı ilə ödənilib. Bu ödənişlər gəlirdən çıxılan xərclərə aid edilərək sərnişindaşıma xidmətlərinin maya dəyərinin artmasına səbəb olub.

Bundan başqa, layihələrin ilkin planlaşdırılması zamanı texniki-iqtisadi əsaslandırmalar aparılsa da, metro infrastrukturunun inkişafı üçün nəzərdə tutulan vəsaitin Dövlət İnvestisiya Proqramına ümumi adla daxil edilməsi icra prosesində həmin vəsaitin bir hissəsinin istismar xərclərinə yönəldilməsinə şərait yaradıb. Eyni zamanda, smeta sənədlərində və müqavilələrdə aparılan dəyişikliklər layihələrin icrasını uzadıb. Audit zamanı layihə-smeta sənədlərinin ekspertizadan keçirilmədən 559,7 min manatlıq işlərin rəsmiləşdirildiyi, 712,9 min manat dəyərində işlərin isə tikinti norma və qaydalarına uyğun olmadığı müəyyən edilib.

Audit dövründə “Bakı Metropoliteni” 262 halda 868,6 min manat məbləğində birbaşa müqavilələr bağlayıb. Bu müqavilələr satınalma metodu tətbiq edilmədən həyata keçirilib, ehtimal dəyəri müəyyən edilməyib və rəqabət mühiti pozulub. Bununla yanaşı, tender komissiyasının fəaliyyətində boşluqlar aşkar edilib, uzunmüddətli debitor borc yaranıb və cərimələr tətbiq edilməyib.


Audit nəticəsində bəzi hallarda mövcud resursların real dəyərləndirilməsi aparılmadan ehtiyacların qiymətləndirildiyi üzə çıxıb. Bu, bir tərəfdən əlavə dövlət vəsaitinin istifadəsinə, digər tərəfdən isə aktivlərin uzun müddət istifadəsiz qalmasına gətirib çıxarıb.

QSC-nin maliyyə hesabatlarının tərtibi üçün bağlanmış müqavilələr üzrə öhdəliklər icra olunmayıb. Bu da maliyyə hesabatlılığında şəffaflığın tam təmin edilməməsinə, daxili nəzarət və uçot siyasətində çatışmazlıqlara səbəb olub.

Audit nəticəsində 13,6 min manatlıq debitor borcun uçota bərpa olunması, qanunsuz tikinti-quraşdırma işlərinin layihə-smeta sənədlərinə uyğunlaşdırılması və digər nöqsanların aradan qaldırılması üçün aidiyyəti qurumlara tövsiyələr verilib. Həmçinin, layihələrin başa çatdırılması üçün zəruri tədbirlərin görülməsi tələb edilib.


Əlbəttə ki, bunlar hələ üzdə olan və Hesablama Palatasının aşkarladığı kiçik “icazəli nöqsanlar”dır. Sözsüz ki, “aysberqin görünməyən tərəfi”, özü də çox böyük tərəfi də var…

Bəs, görəsən Hesablama Platasının hətta bu yumşaq tövsiyyə və tələbləri belə yerinə yetiriləcəkmi, yoxsa əvvəl olduğu kimi qulaqardına vurulacaq?

Məlum olduğu kimi, Bakı Metropoliteninə yeni sədr təyin olunub. Görəsən, bu təyinat metronun işində nəyisə dəyişəcəkmi, yoxsa metroda sərnişindaşımanın maya dəyəri yenə şişə-şişə gedəcək və əhaliyə gediş qiymətilə bağlı “maya dəyərindən ucuz daşıyırıq” deyərək, yenə minnət qoyulacaq? 

Təəssüf ki, idarəetmədəki köhnə “üsullar” və sistem qaldıqca, Azərbaycanın ən yeni tarixində kadr məsələlərində “yeni gələn gedənin atasına rəhmət oxutdurur” misalı da aktual olaraq qalır. Görək, bu dəfə necə olacaq…

C.Məmmədov

“AzPolitika.info”  

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 25 Yanvar 2025 11:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see299

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see197

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see173

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see170

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see169

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see168

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see167

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see157

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see157

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see156

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see149

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see148

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see144

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see143

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see143

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see142

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see138

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see134

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see133

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri