Numan Kurtulmuş: Zəngəzur dəhlizi əməkdaşlıq və təhlükəsizlik dəhlizi olacaq
Icma.az xəbər verir, Apa.az saytına əsaslanaraq.
Azərbaycanın 30 ildən çox davam edən işğalı sonlandırması ilə Cənubi Qafqazda yeni səhifə açılıb.
APA xəbər verir ki, bunu TBMM sədri Numan Kurtulmuş Milli Məclisin sədri Sahibə Qafarova isə birgə mətbuat konfransında deyib.
TBMM sədri bildirib ki, Türkiyə Cənubi Qafqazda ədalətli sülhün təmin edilməsini istəyir.
O, Cənubi Qafqazdakı gərginliklərin sonlandırılmasını istədiklərini qeyd edib.
Qarabağda bərpa işlərinin davam etdiyini xatırladan Numan Kurtulmuş Zəngəzur dəhlizinin tezliklə açılmasına ümid etdiklərini vurğulayıb: “Zəngəzur dəhlizi əməkdaşlıq və təhlükəsizlik dəhlizi olacaq. Bura dünya ticarətinin də əhəmiyyətli keçid nöqtəsidir. Bu çərçivədə Azərbaycana hər cür dəstəyi veririk və verməyə davam edəcəyik”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:87
Bu xəbər 18 Dekabr 2024 13:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















