Zaxarova: Əfqanıstan ABŞ ın ultimatumlarına cavab olaraq suverenlikdən imtina etməyəcək
Xalqcebhesi portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Vaşinqton bilir ki, Əfqanıstan ABŞ-ın Baqram hava bazası ilə bağlı ultimatumlarına cavab olaraq milli suverenlikdən imtina etməyəcək.
Xalqcebhesi.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə deyib.
Diplomat ABŞ prezidenti Donald Trampın Əfqanıstan hakimiyyətinin Baqram aviabazasını ABŞ-a təhvil verməkdən imtina etsələr, onları “pis əməllərlə” hədələdiyi bəyanatını şərh edib. "Vaşinqton yaxşı bilir ki, NATO qüvvələrinə qarşı döyüşdə azadlığını qazanan əfqan xalqı ultimatumlara cavab olaraq öz milli suverenliyindən əl çəkməyəcək. Bunu Əfqanıstan hökumətinin sözçüsü Zabihullah Mücahid bu bəyanatlara cavab olaraq açıqlayıb", - o qeyd edib.
Zaxarova xatırladıb ki, 2021-ci ildə Co Bayden administrasiyası dövründə Birləşmiş Ştatlar Əfqanıstandan faktiki olaraq necə qaçıb və bununla da iyirmi illik uğursuz kampaniyasına son qoyub. "İndi isə onlar bu və ya digər formada ölkədə hərbi mövcudluğunu bərpa etməyə çalışırlar. Kabil yaxınlığında yerləşən modernləşdirilmiş Baqram aviabazası, şübhəsiz ki, sərfəli fürsət kimi qiymətləndirilir", - diplomat qeyd edib.
Məryəm Quliyeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:52
Bu xəbər 02 Oktyabr 2025 16:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















