Zaxarova: Rusiya ABŞ məsləhətləşmələri ABŞ tərəfinin təşəbbüsü ilə təxirə salınıb
Apa.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Rusiya ilə ABŞ arasında ikitərəfli diplomatik nümayəndəliklərin fəaliyyətinin normallaşdırılması məqsədilə nəzərdə tutulan növbəti məsləhətləşmə görüşü təxirə salınıb.
APA xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, görüşün ləğvi amerikalı danışıq aparan şəxslərin təşəbbüsü ilə baş verib.
“Hazırda ikitərəfli məsləhətləşmələrin növbəti raundu ləğv olunub. Ümid edirik ki, ABŞ tərəfinin götürdüyü bu fasilə çox uzun sürməyəcək”, – deyə M.Zaxarova vurğulayıb.
Qeyd edək ki, məsləhətləşmələr iki ölkə arasında yaranmış “qıcıq doğuran” məqamların aradan qaldırılmasına və diplomatik münasibətlərin tənzimlənməsinə yönəlib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:121
Bu xəbər 16 İyun 2025 17:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















