Icma.az
close
up
RU
“Zayed” Mükafatı: “Prezidentin siyasətinə münasibətin bariz nümunəsidir”

“Zayed” Mükafatı: “Prezidentin siyasətinə münasibətin bariz nümunəsidir”

Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev xüsusi əhəmiyyət kəbs edən növbəti beynəlxalq mükafata layiq görülüb. 

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) nüfuzlu Şeyx Zayed Fondu 2026-cı il üçün “Zayed İnsan Qardaşlığı Mükafatı” nın qaliblərinin adlarını açıqlayıb. Mükafata layiq görülənlər arasında Prezident İlham Əliyev də var. Bu barədə Şeyx Zayed Fondunun rəsmi internet səhifəsində məlumat verilib. 

Məlumatda qeyd edilir ki, bu mükafat Qafqazda onilliklər ərzində davam edən münaqişəyə və humanitar əzablara son qoyan - "Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş"in paraflanmasına görə verilib. Mükafatlar bu il fevral ayının 4-də Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində keçiriləcək təntənəli mərasimdə təqdim olunacaq. 

Şeyx Zayed Fondu BƏƏ-nin banisi Şeyx Zayed bin Sultan Əl Nəhyanın irsini yaşatmaq üçün təsis edilib. Fondun əsas missiyasının fəlsəfəsi dünyada humanizm, dözümlülük, ətraf mühitin qorunması və xalqlararası sülhün təşviqidir. “Zayed İnsan Qardaşlığı Mükafatı” dünyada sülh, həmrəylik və dinc yanaşı yaşama prinsiplərini təşviq edən şəxslərə və qurumlara verilən nüfuzlu beynəlxalq mükafatdır. İndiyədək bu mükafata layiq görülənlər arasında BMT-nin Baş katibi Antonio Quterreş, İordaniya Kralı II Abdullah və kraliçası Raniyə Əl Abdullah, mərhum Roma Papası Fransisk, Misirin Əl-Əzhəri Şərifinin şeyxi, böyük imam Əhməd Əl-Tayyib, IMAD Assosiasiyasının təsisçisi və ekstremizmə qarşı fəal, əslən Mərakeşdən olan xanım Lətifə İbn Ziyaten, keniyalı sülh və icma fəalı xanım Şəmsa Əbubəkr Fadhil, Barbadosun Baş naziri xanım Mia Amor Mottley və digər şəxslər var.

Onu da qeyd edək ki, Fond bir neçə sahə üzrə mükafatlar təqdim edir. Bu mükafatlar yalnız müstəsna xidmətləri olan şəxsiyyətlərə və qurumlara verilir. Prezident İlham Əliyevin “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməsi isə Azərbaycanın həm regional, həm də qlobal miqyasda sülh quruculuğu prosesindəki aparıcı roluna beynəlxalq səviyyədə verilən yüksək qiymətdir.

Məsələ ilə bağlı Milli Məclisin deputatı Azər Allahverənov “Cebheinfo.az” - a qeyd edib ki, regionda hazırki siyasi reallıqlar məhz Prezident İlham Əliyevin qətiyyətinin nəticəsidir: 

“Çox əlamətdar bir hadisə baş verib. Bu, cənab Prezident İlham Əliyevin təkcə Ermənistan-Azərbaycan münasibətləri kontekstində yox, həmçinin Cənubi Qafqaz regionunda və sözügedən regionun hüdudlarından kənar bölgələrdə sülh prosesinə verdiyi töhfələrin, o cümlədən sülhün bərqərar olunması üçün göstərdiyi səylərin ən yüksək səviyyədə dəyərləndirilməsi deməkdir. 

Dövlət başçısının sülh və təhlükəsizlik istiqamətindəki qətiyyətli mübarizəsi Cənubi Qafqazda son 80 il ərzində analoqu olmayan bir hadisənin baş verməsinə gətirib çıxarıb. Nəticə etibarı ilə regionumuzda tarixi ədalət bərpa olunub. 

Son otuz il müddətində Cənubi Qafqazı gərginlik içərisində saxlayan, zaman-zaman silahlı toqquşmalarla müşahidə olunan Ermənistan-Azərbaycan münaqişəsinə son qoyulub. Çox yaxşı bilirik ki, bu münaqişə regionda böyük insan tələfatlarına, humanitar və iqtisadi böhrana və ciddi siyasi təlatümlərə səbəb oldu. 

Təbii ki, bu münaqişə də Ermənistanın Azərbaycana qarşı yürütdüyü təcavüzkar siyasətin nəticəsi idi. Müxtəlif kanallar vasitəsilə fərqli formatlar üzərindən Azərbaycanın üzərinə gələn beynəlxalq qüvvələr Azərbaycanı status-kvonu qəbul etməyə və işğalla barışmağa məcbur edirdilər. 

Amma cənab Prezident İlham Əliyevin qətiyyəti, prinsipiallığı, xüsusilə də bir çox kritik məsələlərdə siyasi gedişləri Azərbaycanın mövqeyini daha da möhkəmləndirdi və məhz Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı ordumuz və qəhraman xalqımız birləşib torpaqlarımızı işğaldan azad etdi”. 

Deputat Azər Allahverənov əlavə edib ki, Azərbaycanın azad olunan torpaqlarında aparılan yenidənqurma və bərpa-quruculuq işləri də beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir: 

“Azərbaycan yalnız öz gücü hesabına ərazisini erməni işğalından azad etdi. Öz gücü hesabına ərazisində separatçılığa son qoydu.

Maraqlısı budur ki, bəzi böyük dövlətlər hələ də separatçılıqdan əziyyət çəkir. Halbuki Azərbaycan bu problemin öhdəsindən gələ bilib. Eyni zamanda, işğaldan azad olunan ərazilərdə həyata keçirilən böyük infrastruktur layihələri və bərpa-quruculuq işləri, xüsusilə də bir ölkənin ərazisində üç beynəlxalq hava limanının qısa müddət ərzində istifadəyə verilməsi, həqiqətən təqdirəlayiq nümunədir. 

Böyük kommunikasiya xəttləri, yaşıl enerji və iqtisadiyyatın müxtəlif sahələrini əhatə edən layihələrin icra olunmasında çox böyük və mühüm nailiyyətlə əldə olunub”. 

Deputat, həmçinin bildirib ki, Azərbaycanın yaratdığı siyasi reallıq məntiqi sonluqla nəticələnib: 

“2025-ci ilin avqustun 8-də Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsinə dair Sazişin paraflanması haqqında saziş imzalandı. 

ATƏT-in Minsk Qrupunun buraxılması barədə də razılıq əldə olundu. Artıq vaxtilə Azərbaycana qarşı irəli sürülən 907-ci akt da dayandırılıb. Bütün bunlar Azərbaycanın diplomatik qələbəsidir. 

Bu kimi nailiyyətləri yüksək qiymətləndirən Şeyx Zayed Fondu Prezident İlham Əliyevi yüksək mükafatla təltif etmək qərarına gəlib. Bu, bir daha beynəlxalq ictimaiyyətin Prezidentimizin siyasətinə sərgilədiyi münasibətin bariz nümunəsidir”. 

Yunis Abdullayev
"Cebheinfo.az"

Açar sözlər: “Zayed” Mükafatı Azər Allahverənov

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:305
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 21 Yanvar 2026 17:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see308

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see303

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see262

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see246

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see244

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see237

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see235

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see226

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see224

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see218

İcbari tibbi sığorta ilə bağlı şad xəbər...

06 Noyabr 2026 22:30see216

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see212

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see211

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see207

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see205

Qadınlar niyə 40 yaşından sonra daimi yorğunluq hiss edirlər?

06 Noyabr 2026 21:51see205

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see203

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see198

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see197

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri