Icma.az
close
up
RU
Zəfər gələcək nəsillər üçün qürur və ilham mənbəyidir

Zəfər gələcək nəsillər üçün qürur və ilham mənbəyidir

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Azərbaycan xalqının şanlı zəfər tarixində şəhidlərimizin müqəddəs qanı ilə yanaşı, cəbhə xəttində düşmənə sarsıdıcı zərbələr endirən, ağır döyüş tapşırıqlarını yerinə yetirərkən sağlamlığını fəda edən Qazilərimizin də müstəsna rolu vardır. Onlar Vətən müharibəsinin, azad olunmuş torpaqlarımızın və qazanılmış böyük Zəfərin canlı şahidləri, qürur rəmzimizdir.

Haqqında söz açacağım Emin və Eltun Mehdiyevlər Biləsuvarın Bağbanlar kəndindəndirlər. Kəndin sayılıb-seçilən ailələrindən biridir.

Ata Emin və oğul Eltun Mehdiyev əsl vətənpərvər ruhunda böyümüşlər. Emin baş leytenent rütbəlidir. Emin Vətən Müharibəsinin başlanmasını belə nəql edir:

-2020-ci il sentyabrın 27-də müharibə başlayanda torpaqlarımızın nəyin bahasına olur-olsun azad ediləcəyinə inanırdım. Birinci Qarabağ müharibəsinin iştirakçısı kimi bu arzu ilə yaşayırdım. 

Nəhayətm o gün gəldi çatdı. 2020-ci il oktyabrın 1-də zabitlərin toplama məntəqəsində oldum, daha sonra Xocavənddə N nömrəli hərbi hissədə. Daha sonra oktyabrın 13-də məni 161 nömrəli hərbi hissədə tank bölüyünün, tank əleyhinə bölüyün şəxsi heyətlərlə iş üzrə müavini vəzifəsinə göndərdilər. Yəni o vəzifədə işlədim. İşlədiyim müddətdə də Xocavənd uğrunda gedən döyüşlərdə iştirak etdim. “Xocavəndin azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmuşam. 

2001-ci il təvəllüdlü oğlum Eltun Mehdizadə də Vətən Müharibəsinin iştirakçısıdır. Kəlbəcər döyüşlərində iştirak edib. “Kəlbəcərin azad olunmasına görə medalı ilə təltif olunub. Müharibə veteranıdır.

Müharibənin gedişində təsadüfən oğlu ilə qarşılaşdığını xatırladan Emin qeyd edir ki, döyüş meydanında ağır yaralanmalarına, qəlpə və minaya düşmələrinə baxmayaraq, əsgərlərin qəlbindəki Vətən sevgisi və döyüş ruhunun sarsılmadığının şahidi oldum. Bir çox qazimiz müalicə olunduqdan dərhal sonra yenidən cəbhəyə — döyüş yoldaşlarının yanına qayıtmağa can atırdı. Şəhidlər versək də torpaqlarımız yağı düşməndən azad olundu. Bu gün o müqəddəs torpaqlarda üçrəngli Azərbaycan bayrağı dalğalanır. O torpaqlara dövlətimiz tərəfindən yeni həyat verilir, abadlıq-quruculuq işləri sürətlə aparılır, o torpaqların doğma sakinləri öz isti ocaqlarına qayıdırlar.   

Emin söhbətinə davam edir. Azərbaycan əsgərinin qəhrəmanlığı heç zaman unudulmayacaq. Qorxmadan, yorulmadan, qətiyyətlə, əzmlə torpaqlarının müdafiəsi uğruna savaşdı, can verdi. Son nəfəsində də ancaq Vətəninin azadlığını arzuladı. Bir çoxları üçün mümkünsüz olanı reallaşdırdı. Keçilməz deyilən sədləri keçdi, alınmaz deyilən qalaları aldı. Bəli, bunlar hamısı faktdır. Bəlkə də, gələcək nəsillər üçün əfsanə kimi görünəcək bu qəhrəmanlıqlara Azərbaycan xalqı canlı şahidlik etdi. Düşmənin hər mənfur cəhdindən sonra xalq da bilirdi ki, bunlar düşmənin son çırpınışlarıdı. Hətta düşmənlə üz-üzə qalmış ərazilərdə belə insanlar yerindən tərpənmir və düşmənin heç bir hücumundan çəkinmədiyini bəyan edirdi. 

Döyüşü şərəfli Azərbaycan əsgəri udub. Şuşanın işğaldan azad edildiyi müjdəsini verərkən də Prezident, Ali Baş Komandan İlham Əliyev böyük fəxrlə bunu dilə gətirmiş və Ordusunun fəaliyyətini yüksək qiymətləndirmişdi: “Torpaqlarımızı ancaq Azərbaycan əsgəri azad edir, Azərbaycan zabiti azad edir, sinəsini qabağa verərək, heç nədən qorxmayaraq, əlində bayraq, əlində silah düşməni qovan da əsgərdir, düşməni məhv edən də əsgərdir. Eşq olsun bizim əsgərlərimizə!”

Uzun illər işğal altında olan Şuşa 8 noyabr 2020-ci ildə Azərbaycan ordusunun şücaəti nəticəsində azad edildi. Şəhərin strateji mövqeyi nəzərə alındıqda, bu qələbənin nə qədər çətin və əhəmiyyətli olduğu daha yaxşı anlaşılır. Lakin buna yalnız ordumuzun igid oğullarının göstərdiyi qəhrəmanlıq deyil, eyni zamanda 44 günlük müharibədə xalqımızın nümayiş etdirdiyi birlik və həmrəylik vəsilə oldu.

Həmin günlərdə hər bir azərbaycanlının ürəyində eyni arzu var idi: doğma torpaqlarımıza yenidən qovuşmaq. İçimizdə olan, o torpaqlara yenidən ayaq basmaq arzusu bizə güc verirdi. O gün, illər öncə ürəyimizdə açılan Şuşa yarası köz bağladı.

Şuşanın azad edilməsi Vətən müharibəsinin ən mühüm hadisələrindən biri olmaqla yanaşı, xalqımızın iradəsinin və Vətən sevgisinin göstəricisidir. Bu qələbə ilə yalnız bir şəhər geri qaytarılmadı, həm də illərlə davam edən həsrətə son qoyuldu. 8 Noyabr tarixinin Zəfər Günü kimi qeyd edilməsi həmin tarixi hadisənin xalqımız üçün nə qədər böyük əhəmiyyət daşıdığını göstərir. 

44 gün ərzində yazılan bu şanlı tarix heç vaxt unudulmayacaq, Azərbaycan xalqının milli yaddaşında əbədi yaşayacaqdır. Qarabağın azadlığı uğrunda canından keçən qəhrəmanlarımızın xatirəsi daim uca tutulacaq, onların bizə miras qoyduğu Zəfər gələcək nəsillər üçün qürur və ilham mənbəyi olacaqdır.

Emin daha sonra fəxrlə bildirir ki, bu gün qazilərimiz  mülki həyatda da xalqımızın qürur mənbəyi olaraq qalır. Onlar məktəblərdə, ali təhsil müəssisələrində və ictimai tədbirlərdə gənclərlə görüşərək döyüş xatirələrini bölüşür, böyüməkdə olan nəslə vətənpərvərlik, mərdlik və sarsılmaz iradə aşılayırlar.

Müşfiq MİRZƏ
XQ 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:77
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 05 Noyabr 2026 10:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see447

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see389

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see348

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see301

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see298

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see289

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see267

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see265

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see259

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see251

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see248

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see244

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see236

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see227

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see220

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see215

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see206

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see202

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see195

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri