Icma.az
close
up
RU
Menu

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

Tənhalığın çox asan müalicəsi

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Zəfər Günü Tarixi Qələbədən yeni inkişaf mərhələsinə ŞƏRH

Zəfər Günü Tarixi Qələbədən yeni inkişaf mərhələsinə ŞƏRH

Ses qazeti saytına istinadən Icma.az xəbər verir.

8 Noyabr Azərbaycan xalqının milli yaddaşında Zəfər Günü kimi əbədi yaşayacaq. Bu tarix Azərbaycanın ərazi bütövlüyünün bərpasının, xalqımızın milli iradəsinin və dövlətçilik əzminin təcəssümüdür. 2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsi Azərbaycanın müasir tarixində dönüş nöqtəsi olmaqla yanaşı, ölkənin qarşısında yeni siyasi, iqtisadi və geostrateji imkanlar açdı.

Azərbaycanın 2020-ci ildə əldə etdiyi Zəfər uzun illər ərzində həyata keçirilən ardıcıl dövlət siyasətinin nəticəsi idi. Prezident İlham Əliyevin rəhbərliyi ilə iqtisadi potensialın gücləndirilməsi, müdafiə qabiliyyətinin artırılması, ordunun modernləşdirilməsi, beynəlxalq mövqelərin möhkəmləndirilməsi və milli həmrəyliyin təmin olunması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirildi. İqtisadi inkişaf və milli təhlükəsizliyin təmin edilməsi bir-birini tamamlayan istiqamətlər kimi formalaşdırıldı. Güclü iqtisadi baza dövlətin maliyyə imkanlarını genişləndirərək strateji prioritetlərin həyata keçirilməsinə şərait yaratdı. Paralel olaraq, diplomatik və beynəlxalq fəaliyyət Azərbaycanın mövqelərinin qlobal müstəvidə müdafiəsinə imkan verdi.

Uzun illər ərzində davam edən işğal nəticəsində yüz minlərlə vətəndaşımız doğma torpaqlarından didərgin düşmüş, şəhər və kəndlərimiz dağıdılmış, tarixi-mədəni irsimizə ciddi ziyan dəymişdi. Beynəlxalq vasitəçilik səylərinə baxmayaraq, münaqişənin uzun müddət həll olunmaması regionda dayanıqlı siyasi nizamın formalaşmasına mane olurdu. Bu şəraitdə Azərbaycan hərbi, iqtisadi və diplomatik imkanlarını gücləndirməyə davam etdi. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi isə uzun illər mövcud olmuş status-kvonu dəyişdirdi. 44 gün davam edən Vətən müharibəsi Azərbaycan Ordusunun hərbi imkanlarını və hazırlıq səviyyəsini nümayiş etdirdi. Müharibə dövründə Prezident, Ali Baş Komandan İlham Əliyevin çıxışları və xalqa müraciətləri ölkə cəmiyyətində vahid mövqenin formalaşmasına mühüm təsir göstərdi. Prezident 17 oktyabr 2020-ci il tarixli müraciətində əldə olunan nəticələrin mənbəyini Azərbaycan xalqının iradəsi və imkanları ilə əlaqələndirmişdi. Bu tarixi prosesdə Şuşanın azad edilməsi xüsusi əhəmiyyət daşıdı. 8 noyabr 2020-ci ildə Şuşanın azad olunması müharibənin gedişində mühüm dönüş nöqtəsi oldu və Azərbaycan xalqı üçün böyük mənəvi-tarixi əhəmiyyət qazandı. Həmin gün Cənab Prezident İlham Əliyevin xalqa müraciətində səsləndirdiyi “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!” sözləri Zəfərin əsas simvollarından birinə çevrildi. Qeyd etmək lazımdır ki, zəfərin tamamlanması və suverenliyin bərpası üçün 2023-cü il 19–20 sentyabr tarixlərində həyata keçirilən lokal xarakterli antiterror tədbirləri Azərbaycanın Qarabağ bölgəsində suverenliyinin tam bərpası baxımından mühüm mərhələ oldu. Beləliklə, 2020-ci ildə ərazi bütövlüyünün bərpası istiqamətində əldə edilmiş nəticələr 2023-cü ildə dövlət suverenliyinin bütün ərazilərdə təmin olunması ilə yeni mərhələyə keçdi.

Zəfər hərbi nəticə ilə məhdudlaşmadı. Qarşıda azad edilmiş ərazilərin bərpası, minalardan təmizlənməsi, insanların doğma torpaqlarına qayıdışının təmin edilməsi və həmin ərazilərin ölkənin sosial-iqtisadi məkanına reinteqrasiyası kimi uzunmüddətli vəzifələr dayanırdı. Bu məqsədlə Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir. Yeni yaşayış məntəqələri salınır, sosial obyektlər, enerji və kommunikasiya infrastrukturu yaradılır, nəqliyyat şəbəkəsi inkişaf etdirilir və ərazilərin minalardan təmizlənməsi davam etdirilir. “Böyük Qayıdışa dair I Dövlət Proqramı” bu prosesin əsas institusional çərçivələrindən biridir. İşğaldan azad edilmiş ərazilərə böyük qayıdış Azərbaycanın 2030-cu ilədək beş Milli Prioritetindən biri kimi müəyyən olunmuşdur. Bu Milli Prioritetlərə əsaslanan “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” yeni inkişaf mərhələsindəki hədəflərə çatmağa xidmət edən mühüm sənəddir. 2026-cı il avqustun 31-nə olan məlumata görə, işğaldan azad edilmiş ərazilərə 39 269 keçmiş məcburi köçkün qayıdıb. Həmin ərazilərdə yaşayan, fəaliyyət göstərən və təhsil alan şəxslərin ümumi sayı isə 93 203 nəfərə çatıb. Bu göstəricilər Böyük Qayıdışın yalnız insanların öz doğma yurdlarına qayıtması ilə məhdudlaşmadığını, eyni zamanda azad edilmiş ərazilərdə yeni sosial və iqtisadi həyatın formalaşdırıldığını göstərir. Vurğulamaq lazımdır ki, Zəfərdən sonrakı mərhələdə Azərbaycanın qarşısında yaranan imkanlar ölkənin sosial-iqtisadi inkişafı ilə yanaşı, regional nəqliyyat və logistika sistemində rolunun genişlənməsi baxımından da əhəmiyyətlidir. Azərbaycanın Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən nəqliyyat marşrutlarının kəsişməsində yerləşməsi ölkəyə regional bağlantıların inkişafında mühüm rol verir. Bakı Limanı, Bakı–Tbilisi–Qars dəmir yolu, Azərbaycan dəmir yolu şəbəkəsi və digər infrastruktur layihələri bu potensialın reallaşdırılmasına xidmət edir. Xüsusilə son illərdə qlobal nəqliyyat sistemində baş verən geosiyasi dəyişikliklər alternativ və etibarlı marşrutlara marağı artırıb. Rusiya–Ukrayna müharibəsi nəticəsində ənənəvi marşrutlarla bağlı yaranan risklər, eləcə də Yaxın Şərqdə nəqliyyat və logistika təhlükəsizliyinə təsir edən proseslər Orta Dəhlizə diqqətin artmasına şərait yaradıb. Bu baxımdan Azərbaycan öz nəqliyyat infrastrukturunu inkişaf etdirməklə regional və beynəlxalq təchizat zəncirlərində rolunu gücləndirir. Bu konteksdə regional bağlantılar baxımından 8 avqust 2025-ci ildə Vaşinqtonda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında imzalanmış Birgə Bəyannamə də mühüm hadisədir. Sənəd ABŞ Prezidenti Donald Trampın şahidliyi ilə imzalanıb. Bəyannamədə Azərbaycan Respublikasının əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantının təmin edilməsi və Ermənistan ərazisində TRIPP bağlantı layihəsi üçün çərçivənin müəyyənləşdirilməsi nəzərdə tutulur. mTRIPP-in həyata keçirilməsi regional nəqliyyat bağlantılarının genişlənməsi, Azərbaycan ilə Naxçıvan arasında kommunikasiyaların inkişafı və regionun beynəlxalq ticarət əlaqələrinin gücləndirilməsi baxımından yeni imkanlar yarada bilər. Prezident İlham Əliyev də TRIPP-i Orta Dəhlizin potensial mühüm seqmentlərindən biri kimi təqdim edib. Bu baxımdan, Zəfərdən sonrakı Azərbaycanın inkişaf gündəliyində hərbi nəticələrin iqtisadi və nəqliyyat imkanlarına çevrilməsi xüsusi yer tutur. Ölkənin nəqliyyat infrastrukturunun inkişafı və regional bağlantı layihələrində iştirakı Azərbaycanın geoiqtisadi əhəmiyyətini artıran amillərdəndir. Beləliklə, 2020-ci il Zəfəri ilə Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində əldə olunan nəticələr sonrakı mərhələdə ölkənin regional bağlantı və iqtisadi inteqrasiya imkanlarının genişlənməsi ilə paralel inkişaf edir.

Zəfərimizin ən mühüm nəticələrindən biri onun yaratdığı yeni imkanların uzunmüddətli inkişaf məqsədləri ilə əlaqələndirilməsidir. Qarabağ və Şərqi Zəngəzurda quruculuq, Böyük Qayıdış, yeni iqtisadi fəaliyyət sahələrinin yaradılması və nəqliyyat bağlantılarının genişləndirilməsi bu mərhələnin əsas istiqamətlərini təşkil edir. Bu tarixi Qələbənin əldə olunmasında şəhidlərimizin qəhrəmanlığı və qazilərimizin fədakarlığı xüsusi yer tutur. Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi daim ehtiramla yad edilir. Onların fədakarlığı Zəfər tariximizin ayrılmaz hissəsidir.8 Noyabr yalnız keçmişdə qazanılmış hərbi Qələbənin deyil, həm də yeni inkişaf mərhələsinin simvoludur. Bu tarix Azərbaycanın milli birliyini, dövlətçilik iradəsini və gələcəyə yönəlmiş inkişaf strategiyasını ifadə edir. Bu gün əsas məsələ Zəfərin yaratdığı imkanları dayanıqlı inkişaf, Böyük Qayıdış, regional əməkdaşlıq və iqtisadi inteqrasiya istiqamətində davam etdirməkdir. 2020-ci ilin Zəfəri beləliklə, Azərbaycan tarixində yalnız mühüm hərbi hadisə kimi deyil, dövlətçilik və milli inkişafın yeni mərhələsinin başlanğıcı kimi də xüsusi yer tutur.

Zəfər Günü Azərbaycan xalqının milli qürur və həmrəyliyinin rəmzidir. Bu tarixi Qələbənin ən mühüm mirası isə onu gələcək nəsillər üçün davamlı inkişaf, quruculuq və tərəqqi imkanlarına çevirməkdir.

Jalə Hacıyeva

Yeni Azərbaycan Partiyası Naxçıvan şəhər təşkilatı üzrə ƏPT sədri,

Naxçıvan şəhər 3 saylı tam orta məktəbin direktoru

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 03 Noyabr 2026 11:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see577

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see490

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see443

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see314

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see300

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see293

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see282

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see272

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see255

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see247

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see239

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see226

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see224

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see201

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see196

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see195

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see193

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see178

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

02 Noyabr 2026 01:37see177

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri