Icma.az
close
up
RU
Menu

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

A Seriyası: 19 illik rekord təkrarlandı

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

Zəfər nəsli formalaşır: Gənclik milli dəyərlərlə silahlanıb

Zəfər nəsli formalaşır: Gənclik milli dəyərlərlə silahlanıb

Sherg.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi;  


Azərbaycan gənci informasiya cəbhəsinin də döyüşçüsüdür



“Konstitusiya və Suverenlik İli” çərçivəsində Sumqayıt şəhərində “Sənin hüququn - sənin gəncliyin!” adlı genişmiqyaslı tədbirlər təşkil olunub. Milli Məclisin Ailə, Qadın və Uşaq Məsələləri Komitəsindən bildirilib ki, tədbir komitənin, Azərbaycan Pediatrlar Assosiasiyasının və Sumqayıt şəhər 15 nömrəli tam orta ümumi təhsil məktəbinin birgə təşkilatçılığı ilə keçirilib. Tədbir uşaqların rifahı, hüquqlarının qorunması və parlaq gələcəkləri naminə keçirilən silsilə təşəbbüslərin tərkib hissəsi olub. Uşaq-Gənclər İnkişaf Mərkəzində təşkil edilən tədbirə balaca qəhrəmanların çıxışları, rəngarəng kompozisiyaları xüsusi ruh və mənəvi zənginlik qatıb. Rəsmi hissədə Milli Məclisin Ailə, Qadın və Uşaq Məsələləri Komitəsinin sədri Hicran Hüseynova çıxış edərək uşaqlara, xüsusilə də Vətən müharibəsində şəhid olmuş qəhrəmanların övladlarına sağlam, sevgi dolu və işıqlı gələcək arzulayıb: “Uşaqlar bizim sabahımız, güclü vətəndaş cəmiyyətimizin bünövrəsidir. Azərbaycan dövləti hər zaman uşaqların hüquqlarının qorunmasına, onların təhsil, sağlamlıq və rifahının təmin olunmasına xüsusi önəm verir. Bu istiqamətdə həyata keçirilən ardıcıl və məqsədyönlü siyasətin ideoloji əsasını Ulu Öndər Heydər Əliyevin “Uşaqlar xalqın, dövlətin gələcəyidir” fikri təşkil edir. Bu siyasi xətt bu gün də Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Eyni zamanda, Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu bu sahədə xüsusi əhəmiyyətə malik çoxşaxəli layihələr həyata keçirir. Xüsusilə də qayğıya ehtiyacı olan uşaqların təhsili, müalicəsi və cəmiyyətə inteqrasiyası istiqamətində atılan addımlar təqdirəlayiqdir”. 

Tədbirdə çıxış edənlər qeyd ediblər ki, müstəqil Azərbaycan dövlətinin təməl prinsiplərindən biri olan sosial dövlət modeli gənc nəslin hərtərəfli inkişafına göstərilən misilsiz qayğıda öz əksini tapır. Sonda Azərbaycan Pediatrlar Assosiasiyasının təşəbbüsü ilə aztəminatlı, şəhid və qazi ailələrindən olan məktəblilərə uşaq hüquqları mövzusunda maarifləndirici kitablar və müxtəlif hədiyyələr təqdim olunub. 

Bununla yanaşı, “Konstitusiya və Suverenlik” ili çərçivəsində Gənclər və İdman Nazirliyi və Pirallahı Rayon Gənclər Evinin birgə təşkilatçılığı ilə “Gənclərin Gələcək Quruculuğu” adlı panel müzakirəsi də keçirilib. Tədbirdə Pirallahı Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası rayon təşkilatının nümayəndələri, məktəb müəllimləri, fəal gənclər və şagirdlər iştirak ediblər. Vurğulanıb ki, gənclərimiz hər zaman dövlətçilik prinsiplərinə sadiq olmalı, milli-mənəvi dəyərlərimizi qoruyub yaşatmalıdır. Azərbaycanın gələcəyi sağlam düşüncəli, vətənpərvər və hüquq-mədəniyyəti formalaşmış gənclərin əllərindədir. Bu baxımdan, gənclərə yalnız biliklə deyil, həm də ideya və mənəviyyatla zəngin yol göstərmək mühüm vəzifədir. 

Ümumiyyətlə, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi cəmiyyətin inkişafının bütün mərhələlərində aktualdır. Qədim tarixə və dövlətçilik ənənələrinə malik Azərbaycan xalqının inkişaf etməsində milli şüurun və vətənpərvərlik hisslərinin müstəsna rolu olub. Xüsusən son illər regionumuzda və bütövlükdə dünyada gedən proseslər göstərir ki, gənclərimiz nə qədər milli ruhda inkişaf etsə, bir o qədər vətənpərvər olar. İkinci Qarabağ müharibəsi də göstərdi ki, müstəqillik dövründə yetişən gənclik sözün əsl mənasında milli mənlik şüuru və vətənpərvərlik hisslərinin daşıyıcılarıdır. Ölkəmizdə gənclərin milli-mənəvi dəyərlərimizə hörmət ruhunda tərbiyə edilməsi, onların vətənpərvərlik hisslərinin inkişaf etdirilməsi üçün çox vacib addımlar atılıb. Ümummilli Lider Heydər Əliyev gənc nəslin vətənpərvər ruhda tərbiyə olunması üçün öz müdrik məsləhət, tövsiyə və tapşırıqlarını verirdi. Ulu Öndər deyirdi ki, gənclərimiz bizim tariximizi yaxşı bilməlidir, keçmişi yaxşı bilməlidir, dilimizi yaxşı bilməlidir, milli dəyərlərimizi də yaxşı bilməlidir: "Milli dəyərlərimizi, milli ənənələrimizi yaxşı bilməyən, tarixi yaxşı bilməyən gənc vətənpərvər ola bilməz. Hər bir gənc vətənpərvər olmalıdır. Vətənpərvərlik sadəcə orduda xidmət deyil, Vətənə sadiq olmaq, Vətəni sevmək, torpağa bağlı olmaq - budur, vətənpərvərlik!". Prezident İlham Əliyev də hər zaman gənclərin vətənpərvər ruhda tərbiyə olunmasının vacibliyini vurğulayır. Çıxışlarının birində dediyi kimi, gənclərin vətənpərvərlik ruhunda tərbiyə edilməsi xüsusi əhəmiyyət daşıyır: "Çünki sirr deyil ki, bu gün bəzi hallarda bəzi xarici dairələr gənclərimizin beyinlərini zəhərləmək, onlara xalqımıza yad olan dəyərləri aşılamaq istəyirlər. Buna qətiyyən yol vermək olmaz. Azərbaycan gənci Azərbaycan dəyərləri, ənənəvi dəyərlər əsasında tərbiyə almalıdır, Vətənə bağlı olmalıdır, Azərbaycan dəyərlərini hər şeydən üstün tutmalıdır, öz tarixini, ədəbiyyatını, ana dilini mükəmməl bilməlidir, fəxr etməlidir ki, Azərbaycan vətəndaşıdır. Ona görə bu məsələyə çox böyük diqqət verilməlidir. Mən gənclərimizin vətənpərvərlik ruhunda tərbiyə olunması ilə əlaqədar gedən prosesləri müsbət qiymətləndirirəm". Yeniyetmə və gənc nəslin milli köklərimizə bağlılıq, vətənpərvərlik, dövlətçiliyə sədaqət ruhunda tərbiyə olunması işindən, peşəsindən asılı olmayaraq hər kəsin qarşısında duran ən ümdə vəzifələrdəndir. Ordu sıralarında da gənclərin vətənpərvər ruhda tərbiyə edilməsi əsas məsələlərdən biridir. Bu səbəbdən hərbi hissələrdə şəxsi heyətlə mütəmadi olaraq söhbətlər aparılır, tarixi muzeylərə ekskursiyalar təşkil olunur və müxtəlif mövzulu tədbirlər keçirilir.


"İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı Sherg.az-a açıqlamasında deyib ki, bu cür tədbirlərin keçirilməsi son dərəcə zəruridir. Ekspert bildirib ki, sadəcə, Milli Məclis tərəfindən yox, bütün dövlət strukturları tərəfindən gənclərin vətənpərvərlik, milli ruhda tərbiyəsi, milli dəyərlərə bağlı yetişdirilməsi çox vacibdir: 

"Biz bunun əhəmiyyətini 44 günlük Vətən müharibəsi dövründə Azərbaycan gənclərinin ön cəbhədə əsgər, arxa cəbhədə informasiya müharibəsinin döyüşçüsü kimi necə ruh yüksəkliyi ilə can qoyduqlarını, çalışdıqlarını aydın formada gördük. İllərdir Azərbaycanda gənclik sahəsində, gənclərin milli, vətənpərvərlik ruhunda tərbiyəsi istiqamətində dövlətin həyata keçirdiyi çoxsaylı layihələr öz müsbət nəticəsini verib və bu gün də verməkdədir. Gənclərin həm genetikadan gələn, həm də vətənpərvərlik tərbiyəsi nəticəsində formalaşan, xüsusən orta məktəblərdən şagirdlərə aşılanan milli ruh çox-çox önəmlidir. Düşmənlərlə müharibənin hərbi fazası bitsə də, informasiya cəbhəsində hələ davam edir. Ona görə də gənclərimiz bundan sonra daha ayıq-sayıq olmalıdır. Bütün gənclərimiz bilikli, savadlı, intellektual, ən əsası milli dəyərlərə, dövlətçiliyə bağlı olmalıdır. Bunun üçün də yeniyetmə və gənclərin milli-vətənpərvərlik ruhunda tərbiyəsinə böyük ehtiyac var". 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:181
embedMənbə:https://sherg.az
archiveBu xəbər 21 İyun 2025 11:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see644

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see407

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see350

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see262

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see255

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see252

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see236

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

28 Oktyabr 2026 13:58see229

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see228

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see219

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see214

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see204

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

28 Oktyabr 2026 17:27see200

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see200

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see198

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see196

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

28 Oktyabr 2026 15:55see189

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see188

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see180

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri