Icma.az
close
up
RU
Menu

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

Yenidən məhkəmədə üz üzə gələcəklər

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

Zəfər yolu ilə

Zəfər yolu ilə

Icma.az bildirir, Yeniazerbaycan portalına istinadən.

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində YAP Qaradağ rayon təşkilatının
əməkdaşları və fəalları 20–21 avqust tarixlərində işğaldan azad edilmiş ərazilərdə
aparılan genişmiqyaslı bərpa və quruculuq işləri ilə yerində tanış olmaq, eləcə də
“Zəfər yolu ilə” mövzusunda Yay məktəbində iştirak etmək məqsədilə səfərə çıxıblar.
Səfərdə YAP Qaradağ rayon təşkilatının sədri İlqar İlyasov, təşkilatın əməkdaşları,
ərazi partiya təşkilatlarının nümayəndələri, şəhid ailələrinin üzvləri və fəal gənclər
iştirak ediblər.
Səfərin əsas məqsədi iştirakçıları Yay məktəbi çərçivəsində işğaldan azad edilmiş
ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri, ”Böyük Qayıdış”
proqramına əsasən məskunlaşma, müasir şəhərsalma, memarlıq və infrastruktur
layihələri, eləcə də tarixi-mədəni irsin bərpası istiqamətində görülən işlərlə yaxından
tanış etmək olub.
Avqustun 20-də YAP Qaradağ rayon təşkilatının fəalları ilk olaraq Ağdamda aparılan
genişmiqyaslı abadlıq və quruculuq işləri ilə tanış olublar. Səfər çərçivəsində Ağdam
Cümə məscidinə, Ağdam Dövlət Dram Teatrının qalıqlarına və Ağdam İmarət tarix
Memarlıq Muzey kompleksinə baxış keçirilib. Məscidin axundu Mehman Nəsirov və
teatrın sabiq direktoru, Əməkdar Mədəniyyət İşçisi Məhəmməd Hüseynov, Ağdam
İmarət Tarix Memarlıq Muzey komleksinin şöbə müdiri Aynurə Cəfərova qonaqlara
ətraflı məlumat veriblər. Səfər iştirakçıları şəhərin tarixi-mədəni irsi və işğaldan sonra
həyata keçirilən bərpa işləri ilə tanış olublar.
Həmçinin proqram çərçivəsində İqamətgah muzey komleksində çay süfrəsi arxasında
ANAMA əməkdaşının təqdimatında “Minalardan qorunma və təhlükəsizlik
qaydalarına əməl olunması” mövzusunda maarifləndirici təqdimat keçirilib. ANAMA-
nın əməliyyat rəhbəri Rasim İbrahimov Ağdam ərazisində görülmüş işlər barədə
ətraflı məlumat verib.
Ağdam Şəhidlər Xiyabanını ziyarət edən iştirakçılar şəhidlərin məzarları üzərinə gül
dəstələri düzərək əziz xatirələrinə ehtiramlarını bildiriblər.
Həmin gün Yay məktəbinin iştirakçıları Xocalı Memorial Kompleksində də olublar.
Qonaqlara bildirilib ki, Xocalı faciəsi qurbanlarının xatirəsini əbədiləşdirmək, tarixi
həqiqətləri gələcək nəsillərə çatdırmaq məqsədilə yaradılan komleks Heydər Əliyev
Fondunun hazırladığı konsepsiya əsasında həyata keçirilib.

Memorialın təməli 26 fevral 2024-cü ildə qoyulub. Kompleks 26 fevral 2026-cı ildə
rəsmi olaraq açılıb. Memorialı əhatə edən monolit quruluş Xocalı sakinlərini
qorumağa çalışan rəmzi əllər formasındadır. Kompleks 4 bölmədən ibarətdir, ilk iki
bölmədə Xocalı faciəsinə həsr olunmuş ekspozisiya zalları yerləşir. Həyətdə Xocalı
qurbanlarının xatirəsinə badam ağacları əkilib; badam çiçəyi Heydər Əliyev Fondunun
vitse-prezidenti Leyla Əlyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!”
kampaniyasının rəmzidir.
Həmin gün Xankəndi şəhərinə gələn layihənin iştirakçıları əvvəlcə Qarabağ
Universitetində olublar. Qanaqları qarşılayan universitetin prorektoru Rüstəm
İsgəndərli onlara bu ali təhsil ocağı barədə ətraflı məlumat verib. Bildirib ki, Qarabağ
Universiteti işğaldan azad edilmiş Qarabağda yaradılan ilk ali təhsil müəssisəsi kimi
xüsusi əhəmiyyət daşıyır. Universitetin rəsmi fəaliyyətinə 2024-cü ildə başlanılıb.
Hazırda universitetdə 9 fakültə və 49 ixtisas var. Burada təhsil dövlət tərəfindən
maliyyələşdirilir. Universitetin tədris binaları əsaslı şəkildə təmir olunub və müasir
avadanlıqlarla təchiz edilib. Universitetdə müxtəlif istiqamətlər üzrə laboratoriyalar,
kitabxana və tələbələr üçün digər tədris imkanları yaradılıb. Universitetdə elmi-
tədqiqat və innovasiya istiqamətində fəaliyyət də həyata keçirilir.
Sonra iştirakçılar Xankəndi şəhərinin Zəfər parkında yerləşən Zəfər Tağını ziyarət
ediblər. Bildirilib ki, Zəfər Tağı Xankəndi şəhərində yaradılmış Zəfər Parkının mərkəzi
memarlıq elementidir. Parkın təməli 19 fevral 2025-ci ildə Prezident İlham Əliyevin
iştirakı ilə qoyulub və 24 dekabr 2025-ci ildə istifadəyə verilib. Zəfər Tağının
hündürlüyü 44 metrdir. Bu rəqəm 2020-ci ildə baş vermiş 44 günlük Vətən
müharibəsinin rəmzidir. Tağın 9-cu mərtəbəsində “Zəfər qalereyası” adlı sərgi-
nümayiş zalı yaradılıb.
Xankəndi Zəfər Tağı yalnız memarlıq obyekti deyil. O, Azərbaycanın 44 günlük Vətən
müharibəsində qazandığı Qələbənin, ərazi bütövlüyünün və dövlət suverenliyinin
bərpasının rəmzi ifadələrindən biridir.
Səfərin ikinci günü Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinə gələn səfər
iştirakçıları şəhərin görməli yerləri ilə tanışlığa Yuxarı Gövhər Ağa məscidindən
başlayıblar. Bildirilib ki, bu məscid Şuşanın ən mühüm tarixi-memarlıq
abidələrindəndir. Şuşada bu adla iki məscid — Yuxarı və Aşağı Gövhər Ağa məscidləri
yerləşir. Hər ikisi XVIII əsr memarlıq abidəsi kimi ölkə əhəmiyyətli abidələr
siyahısındadır.

Yuxarı Gövhər Ağa məscidi Şuşanın mərkəzi hissəsində yerləşən və şəhərin ən
tanınmış dini abidələrindən biridir. Məscidin iki minarəsi onun memarlıq
görünüşünün əsas xüsusiyyətlərindəndir. Məscidin ətrafında vaxtilə mədrəsə
kompleksi də yerləşib.
Sonra Sadıqcanın ev muzeyini ziyarət edən səfər iştirakçılarına məlumat verilib ki, bu
obyekt Şuşa şəhərində, Sadıqcan küçəsində yerləşir və Azərbaycanın görkəmli tarzəni
Mirzə Əsəd oğlu Sadıqın (Sadıqcanın) yaşadığı tarixi binadır. Ev ölkə əhəmiyyətli tarix-
memarlıq abidəsi hesab olunur. Ev-muzeyində Sadıqcanın həyat və yaradıcılığı,
Azərbaycan milli musiqisi və Şuşanın ədəbi-bədii mühiti haqqında ekspozisiyalar yer
alıb.
Şuşanın mərkəzində yerləşən Güllələnmiş Büstlər Kompleksi ilə tanış olan fəallara
bildirilib ki, burada Azərbaycanın üç böyük mədəniyyət xadiminin - şairə, rəssam və
xeyriyyəçi Xurşidbanu Natəvanın, Azərbaycan professional musiqisinin və milli
operasının banisi Üzeyir Hacıbəylinin və böyük xanəndə və vokal sənətinin görkəmli
nümayəndəsi Bülbülün ermənilər tərəfindən güllələnmiş heykəlləri yerləşir.
Üzərlərindəki güllə və mərmi izləri bu gün də həmin hadisələrin izlərini göstərir.
İşğal dövründə heykəllərin Ermənistana aparılaraq əridilməsi planlaşdırılmış, lakin
Ulu Öndər Heydər Əliyevin müdaxiləsi nəticəsində onlar Azərbaycana gətirilmiş və bir
müddət Bakıda Azərbaycan Milli İncəsənət Muzeyinin həyətində saxlanılmışdı.
Şuşa azad edildikdən sonra isə bu üç büst yenidən Şuşaya qaytarılıb. Hazırda onlar
şəhərin mərkəzində ziyarət edilən mühüm tarixi-mədəni məkanlardan biridir. Bu
abidələr, həmçinin Azərbaycanın mədəni irsinə qarşı törədilmiş vandalizmin və
Şuşanın işğal tarixinin rəmzlərindəndir.
Şuşada Heydər Əliyev Fondunun bərpa etdiyi Yaradıcılıq Mərkəzində “Heydər Əliyev
və Qarabağ” adlı sərgi ilə tanış olan fəllara məlumatı tanınmış mədəniyyət işçisi,
Qarabağın və Şuşanın mədəni irsinin tədqiqatçısı Fəxrəddin Hacıbəyli verib. O bildirib
ki, sərgidə Ulu Öndər Heydər Əliyevin Qarabağın inkişafındakı fəaliyyətini əks etdirən
fotoşəkillər, sənədlər və videomateriallar nümayiş olunur.
Fotosərgidə əsasən: Heydər Əliyevin Qarabağa səfərlərindən fotolar; Qarabağda
keçirdiyi görüşlər və tədbirlər; bölgənin sosial, iqtisadi, siyasi və mədəni inkişafı ilə
bağlı materiallar; Qarabağ və Şərqi Zəngəzurda 1969-cu ildən başlayan inkişaf
prosesini əks etdirən sənədlər; Ulu Öndərin siyasi fəaliyyətindən bəhs edən “İz” filmi
təqdim olunur.

Sonra Şuşa qalasına gələn səfər iştirakçıları qala qapısının qarşısında xatirə fotoları
çəkdiriblər.
Günün ikinci yarısında Laçın şəhərinə gələn səfər iştirakçıları burada təşkil edilmiş
“İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və
yenidənqurma layihələri” mövzusunda konfransa qatılıblar. Prezidentin Laçın rayonu
üzrə xüsusi nümayəndəliyinin məsul şəxsləri Hüseyn Quliyev və Qalib Abbasov azad
Laçında aparılan geniş bərpa və quruculuq işləri, məskunlaşma barədə ətraflı
məlumat veriblər.
Konfransda müasir Laçında aparılan bərpa və quruculuq işlərini əks etdirən videoçarx
nümayiş olunub.
Laçın şəhər 2 nömrəli tam orta məktəbinə gələn qonaqlar burada müasir təhsil
sistemində yeniliklərlə və məktəbin xatirə muzeyi ilə tanış olublar. Məktəbin
direktoru Şəbnəm Uğurlu iştirakçılara muzey barədə ətraflı məlumat verib.
Sonra səfər iştirakçıları Gilabi və Yurd qalereyalarında bu mədəniyyət müəssisələrinin
fəaliyyəti ilə tanış olublar.
Səfər çərçivəsində iştirakçılar həmin gün Həkəri çayı sahilində təşkil edilmiş “Sosial
şəbəkələrdə işin təşkili və şəbəkələşmə” mövzusunda treninqdə iştirak ediblər. Çay
süfrəsi arxasında keçirilən təlimdə YAP Sosial Media Qrupunun əməkdaşı Rəna
Süleymanlı sosial media platformalarında səmərəli fəaliyyətin təşkili, düzgün
informasiya siyasətinin aparılması, rəqəmsal kommunikasiya bacarıqlarının
artırılması, kontent hazırlanması, auditoriya ilə effektiv əlaqələrin qurulması və
təşkilatdaxili şəbəkələşmə mövzularında təqdimatla çıxış edib, mövzu ilə əlaqədar
müzakirələr aparılıb.
Avqustun 21-də Yeni Azərbaycan Partiyası (YAP) Qaradağ rayon təşkilatının fəalları
Qubadlı və Zəngilan rayonlarında da olublar.
Əvvəlcə Qubadlıya gələn iştirakçılar rayonun işğaldan azad edilmiş ərazilərində
aparılan geniş abadlıq və quruculuq işləri ilə tanış olublar. Fəallara məlumat verən
YAP Qaradağ rayon təşkilatınn sədri İlqar İlyasov bildirib ki, 44 günlük Vətən
müharibəsinin ən həlledici mərhələlərindən biri məhz Qubadlının azad olunması ilə
baş verib. Bu şəhərin azad olunduğu 2020-ci il 25 oktyabr günü Vətən müharibəsi
tarixində Zəfərə gedən yolun dönüş nöqtəsi kimi qalıb. Qubadlı şəhərinin azad
edilməsi ilə Azərbaycan Ordusu həm də Laçın istiqamətində mühüm üstünlük əldə

edib. Bu qələbə Azərbaycan əsgərinin iradəsinin, xalqın birliyinin və Ali Baş
Komandan İlham Əliyevin müdrik rəhbərliyinin təntənəsi idi.
İlqar İlyasov qeyd edib ki, 2020-ci ilin Vətən müharibəsində Müzəffər Ali Baş
Komandan İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilən bütün torpaqlarda, o
cümlədən də Qubadlıda yeni həyat başlanıb – ermənilərin törətdiyi dağıntıların
yerində müasir şəhərlər, kəndlər salınır və infrastruktur layihələri icra olunur.
Nazirlər Kabinetinin 9 sentyabr 2025-ci il tarixində təsdiq etdiyi “Qubadlı şəhərinin
2040-cı ilədək inkişafına dair Baş plan”a əsasən Qubadlının gələcək inkişafı yalnız
bərpa deyil, həm də müasir urbanizasiya və yaşıl, bərpa olunan enerji konsepsiyası
üzərində qurulur. Qubadlının yenidən inşa edilən kəndlərində yalnız evlər deyil, həm
də məktəblər, tibb məntəqələri, mədəniyyət mərkəzləri və “ağıllı kənd”
infrastrukturu qurulur. Prezident İlham Əliyevin tapşırığı ilə Qarabağ və Şərqi
Zəngəzur iqtisadi rayonlarını birləşdirən yollar əsaslı şəkildə yenidən qurulur.
YAP Qaradağ rayon təşkilatının fəalları həmin gün Zəngilan rayonunun Ağalı
kəndində də olublar.
Qonaqları qarşılayan Zəngilan Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Möhübbət
Səmədov onları böyük səmimiyyətlə salamlayaraq “Böyük qayıdış” proqramı
çərçivəsində kənd ərazisində aparılmış bərpa və yenidənqurma işləri, rahat
məskunlaşma, əhalinin məşğulluğunun, aqrar sahənin inkişafının təmin olunması
üçün görülən işlər barədə ətraflı məlumat verib. O bildirib ki, “ağıllı kənd” dayanıqlı
inkişafın təmin olunması məqsədilə sosial-iqtisadi xidmətlərin keyfiyyətinin,
səmərəliliyinin artırılması, informasiya texnologiyalarının və innovasiyaların tətbiq
edilməsi, habelə həmin xidmətlər üzrə mövcud resursların səmərəli istifadəsi və idarə
olunması üçün zəruri infrastruktura malik olan yaşayış məskənidir.
Möhübbət Səmədov qeyd edib ki, kənddə Dövlət Aqrar İnkişaf Mərkəzinin xətti ilə
sakinlərin öz təsərrüfatlarını qurması, kənd təsərrüfatı ilə məşğul olması üçün hər cür
şərait yaradılıb, intensiv meyvə bağı salınıb.
YAP Qaradağ rayon təşkilatının fəalları kəndi gəzərək burada yaradılmış şəraitlə tanış
olublar.
İştirakçılar səfərin onların Qarabağ və Şərqi Zəngəzurda aparılan yenidənqurma
prosesləri barədə təsəvvürlərinin daha da genişlənməsinə və Böyük Zəfərin tarixi
əhəmiyyətini daha dərindən dərk etmələrinə töhfələr verdiyini vurğulayıblar.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:169
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 24 Avqust 2026 14:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see606

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see580

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see578

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see483

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see444

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see389

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see378

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see369

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see348

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see338

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see329

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see323

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see316

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see312

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see310

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see305

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

07 Oktyabr 2026 16:34see304

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see300

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

07 Oktyabr 2026 17:49see293

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

07 Oktyabr 2026 16:40see292
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri