Icma.az
close
up
RU
Zəfər yürüşünün aynası Hərbi Qənimətlər Parkı

Zəfər yürüşünün aynası Hərbi Qənimətlər Parkı

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Şəhəri gəzərkən, ilk növbədə, geniş küçələri, meydanları diqqətimizi cəlb edir, muzey, park və abidələri hər birimizdə maraq oyadır. Tarixin yaddaşı isə muzeyin daş divarları arasında qorunan eksponatlarda, vitrində dayanan bir qılıncda, saralmış, köhnə məktubda, ya da bir əsgərdən xatirə qalan geyimdə yaşayır. Aprelin 12-də yaradılmasının 5 ili tamam olan Hərbi Qənimətlər Parkında isə tarix başqa cür yaşayır. Orada külək ağacların yarpaqları ilə keçmişin izlərini oxşayır. Xalqımızın keçdiyi Zəfər yolu burada əzəmətli mənzərə kimi canlanır.

Döyüş meydanından gətirilən hər bir qənimət – silah, ağır texnika şanlı Zəfərimizin sözlə ifadə olunmayan canlı sübutu, müstəqil dövlətimizin qüdrətinin, müzəffər ordumuzun şücaətinin rəmzidir. Hərbi Qənimətlər Parkı xalqımızın qəhrəmanlıq salnaməsinin tarixə həkk olunmuş səhifəsidir.

Vətən müharibəsi zamanı xalq və dövlət bir yumruq kimi birləşdi, “Dəmir yumruq” milli ruhda da formalaşdı. 44 günlük Vətən müharibəsində hər kəs bir cəbhədə döyüşürdü: əsgərlər səngərdə, analar duaları ilə onların yanında, gənc nəsil informasiya mübarizəsində... Və bu birliyin sayəsində xalqımız əsrlərə şahidlik edəcək tarix yazdı.

Parkda addımladıqca qəlbimizi qürur, şücaət, kədər, minnətdarlıq, sözlərlə ifadə edilməsi mümkün olmayan hisslər bürüyür. Bu park qəhrəmanlığı nümayiş etdirir. Çünki burada sərgilənən tanklar, zirehli maşınlar, artilleriya qurğuları bir zamanlar düşmənin güc simvolu idi. Bu gün isə onların məğlubiyyətin səssiz şahidləridir. Hər kəsə həqiqəti söyləyir: bu Zəfər asan qazanılmayıb.

Övladları ilə birgə parkı ziyarətə gələn Leyla Həsənova deyir ki, Hərbi Qənimətlər Parkı gələcək nəsillərin qürur mənbəyi, yurd sevgisi məktəbidir:

–Bu, baxaraq öyrənilən, hiss edərək dərk olunan həqiqətdir. Uşaqlar parkda gəzərkən onlara danışıram ki, mərd oğullarımız torpaq uğrunda necə mübarizə aparıb, canlarını fəda ediblər. Onları Parka gətirməzdən əvvəl, açığı, düşünürdüm ki, bu tarixi həqiqəti necə anladım? Bura gələndə isə bir daha əmin oldum ki, bütün bunları gözlə gördükdə daha yaxşı qavranılır. Övladlarım hər şeyə maraqla baxır, tankları, texnikaları diqqətlə incələyirlər. Amma mən hər addımda dayanıb izah edirəm ki, bu gördükləriniz bir zamanlar bizə qarşı istifadə olunub.

Burada sərgilənən hər bir qənimətə baxanda insan dərk edir ki, qələbə asan qazanılmayıb. Bəzən uşaqlar suallar verir ki, bunları necə əldə etmişik? Mən də cavab verirəm ki, iradə, birlik və inamla...

Məktəbli Röya Həsənova ordumuzun “ovladığı” tanklara baxaraq dillənir:

–Hərbi Qənimətlər Parkında tanklara, böyük maşınlara baxanda bir az qorxuram. Elə bil ki, hərəkət etsə, qarşısında heç nə dayana bilməz. Amma sonra fikirləşirəm ki, bizim əsgərlərimiz bu tankları vurublar, onları dayandırıblar, ələ keçiriblər. Onlar necə qorxmayıblar?

Müəllimim deyir ki, əsgərlər Vətənini o qədər sevir ki, qarşılarına nə çıxırsa çıxsın, qorxularını unudurlar. Bu tankların qarşısında dayananda o sözlərin nə demək olduğunu anlayıram. Deməli, Vətən sevgisi hər şeydən böyükdür.

Vətən müharibəsi haqqında biz dərsdə də öyrənirik, televizorda da görmüşük. Amma buradakı kimi hiss etməmişdim. Bu park mənə kinolardakı döyüş səhnələrini xatırladır. Burada dayananda gözlərimi yumub xəyal etməyə çalışıram ki, görəsən həmin an nə baş verirdi? Əsgərlər necə yaxınlaşırdı? Səslər necə eşidilirdi? Anam deyir ki, bütün bunlar insandan cəsarət tələb edir. Öz-özümə deyirəm ki, tank görəndə daha qorxmayacağam, düşünəcəyəm ki, əsgərlərimiz bu tankların qarşısında mərdliklə dayanıb, qalib gəliblər.

Kiçik ziyarətçi Murad Mənsurlu isə söyləyir ki, o da böyüyəndə əsgər olacaq:

– Buradakı tankları görəndə həm təəccübləndim, həm də bir az qorxdum. Onlar çox böyükdür, nəhəng robot kimidirlər. Böyüyəndə mən də torpaqlarımızı qoruyacam. Müəllimim deyir ki, əsgər həm güclü, həm də ağıllı olmalıdır. Ona görə də mən dərslərimi yaxşı oxuyuram.

Vətən müharibəsi haqqında bizə çox danışıblar, deyirlər ki, əsgərlərimiz qorxmadan döyüşüblər və torpaqlarımızı azad ediblər. Mən də istəyirəm ki, onlar kimi cəsur olum.

Parkda gəzə-gəzə fikirləşirəm ki, bu tank bir vaxtlar döyüş meydanında olub, özümü bir anlıq orda hiss etdim. Bu çox maraqlıdır. Artıq qərar vermişəm ki, böyüyəndə əsgər olum, Vətənimi qoruyum. İstəyirəm ki, gələcəkdə haqqında danışılan əsgərlərdən biri olum, başqa uşaqlar da məni tanısınlar.

Cavidan Məmmədov qeyd edir ki, Vətən müharibəsi dövründə könüllü əsgər getmək üçün yaşı çatmırdı:

–Mən bu park açılanda da gəlmişdim. O gün necə hiss etmişdimsə, indi də eyni hissləri yaşayıram, bəlkə də daha dərindən. Hərbi Qənimətlər Parkına hər dəfə gəldikcə qürur duyuram.

O günləri yaxşı xatırlayıram. Televizor qarşısında saatlarla xəbərləri izləyirdik. Ailəmə deyirdim ki, kaş, yaşım çataydı, mən də əsgər gedərdim. Çox istəyirdim ki, mərd oğullarımızla çiyin-çiyinə vuruşum. Bəlkə də o vaxt bu hisslərin dərinliyini tam anlaya bilmirdim. Amma indi gəlib bu qənimətlərin qarşısında dayananda başa düşürəm ki, o istək haradan gəlirmiş. Bu, Vətən sevgisidir. Bu, torpağa bağlılıq, özünü bu millətin bir parçası hiss etməkdir.

Buradakı texnikalara baxanda bir zamanlar bunların bizə qarşı istifadə olunduğunu düşünürəm. Bu tanklar, silahlar torpaqlarımızı işğal altında saxlamaq üçün gətirilmişdi. Amma bu gün onlar burada səssiz, hərəkətsiz dayanır. Bu mənzərə insana çox şey deyir, anlayırsan ki, necə böyük bir qələbə qazanılıb. Əsgərlərimiz bu qələbəni asanlıqla əldə etməyiblər. Min bir əziyyətlə, çətin şəraitdə döyüşüblər. Bəziləri geri qayıtmayıb... Ona görə də onların borcu heç zaman ödənməz.

Əsgərlikdən yaxın aylarda qayıtdığını deyən Toğrul Teymurov bildirir ki, xidmətə getməzdən əvvəl müharibə haqqında müəyyən təsəvvürləri var idi:

– Televiziyada gördüklərim, eşitdiklərim, oxuduqlarım hər biri fərqli hiss yaşadırdı. Hərbi hissədə olduğum zaman başa düşdüm ki, müharibə tamamilə başqa bir reallıqdır. Orada hər şey daha ciddi, məsuliyyətli və ağırdır. Xidmət etdiyim müddətdə gerçəkləri daha yaxşı dərk etdim, anladım ki, düşmənlə üz-üzə gəlmək böyük iradə, dözüm və cəsarət tələb edir. Bəzən bir addım belə nəyisə dəyişir. Amma Azərbaycan əsgəri bu çətinliyin öhdəsindən gəlməyi bacarır. Çünki onun qəlbində Vətən sevgisi var.

Hərbi Qənimətlər Parkına gələndə xidmət günlərimi xatırlayıram. Bu park mənim üçün gördüklərimin, öyrəndiklərimin canlı təsdiqidir. Burada nümayiş olunan qənimətlərə baxanda qələbənin nə qədər böyük zəhmət və əziyyət hesabına əldə olunduğunu görürük. Hərbi hissədə olduğumuz vaxtlarda belə bu park haqqında çox danışılırdı. Əsgərlər arasında bu parkın adı xüsusi qürurla çəkilirdi. Hətta səngərdə bu barədə söhbətlər olurdu. Deyirdik ki, orada bizim Zəfərimizin sübutları sərgilənir. Bu, bizə motivasiya verirdi.

Hərbi Qənimətlər Parkı Azərbaycanın Zəfərini bütün dünyaya göstərir. Bu, həm də bir mesajdır – Azərbaycan əsgəri öz torpağını qorumaq uğrunda canından keçməyə hazırdır və bunu sübut edib. Azərbaycanın qazandığı Zəfər tarixin yaddaşına qızıl hərflərlə yazılmış milli qürur səhifəsidir. Bu qələbə illərlə formalaşan iradənin, sarsılmaz inamın və bir xalqın öz torpağına sahib çıxmaq əzminin nəticəsidir.

Vətən müharibəsi zamanı düşmənin 522 yük maşınının qənimət kimi götürülməsi hərbi gücün, düzgün strategiyanın və cəsarətin göstəricisidir. Hər bir qənimət düşmənə verilən cavab, eksponatlar isə Azərbaycan əsgərinin gücünü dünyaya göstərən mesajdır. Qarabağ Azərbaycandır!

Ləman TƏHMƏZ
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:358
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 11 Aprel 2026 02:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see361

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see264

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see250

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see238

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see231

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see228

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see224

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see222

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see216

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see214

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see200

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see190

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see189

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see189

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see187

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see184

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see183

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see172

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see172

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri