Icma.az
close
up
RU
Menu

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Ən çox qazanan televiziya aktyorları...

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

2027 ci ildən Bakıya köç daha da artacaq?

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

Litva, İslandiya və Estoniya yığmalarından inamlı qələbə Millətlər Liqası

Dişlər yaddaş kartımızdır?

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

Zəfərdən sonra: Naxçıvan xilaskarlıq qalasından strateji qovşağa doğru

Zəfərdən sonra: Naxçıvan xilaskarlıq qalasından strateji qovşağa doğru

Redaktor.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Prezident İlham Əliyevin Naxçıvana səfəri ölkəmizin ayrı-ayrı regionlarına səfərlərindən daha üstün siyasi-iqtisadi məna daşıyır. Bir əsr əvvəl Qafqazlarda dəyişən siyasi xəritənin ağır mirasına malik bir bölgənin tarixi, geosiyasi mövqeyi və Azərbaycanın müstəqilliyində daşıdığı missiya ölkə başçısının məhz avqust ayında - Amerika Birləşmiş Ştatlarında imzalanan üçtərəfli anlaşmaların ildönümündə razılaşmanın strateji hədəflərinə doğru atılan mühüm addımları kimi dəyərləndirilə bilər. Naxçıvan Azərbaycan dövlətçiliyinin həm ən çətin illərinin yaddaşını özündə əks etdirir, həm də Zəfərdən sonrakı yeni regional arxitekturanın əsas coğrafi dayaqlarından biridir.  

Azərbaycan tarixində elə ərazilər var ki, onların siyasi çəkisi coğrafi ölçülərindən qat-qat böyükdür. Naxçıvan məhz belə məkandır. 1990-cı illərin əvvəllərində Azərbaycan dövlətçiliyi dağılmaq təhlükəsi qarşısında qaldığı zaman Naxçıvan blokadada yaşayan muxtar respublika olmasına baxmayaraq, dövlətçilik iradəsinin qorunduğu siyasi qalaya çevrildi. Ulu Öndər Heydər Əliyevin Ali Məclisə rəhbərlik etdiyi dövr sonradan bütün Azərbaycanın siyasi xilası ilə nəticələnən dövlətçilik salnaməsinin misilsiz mərhələsi oldu. Başqa sözlə, o illərdə Azərbaycanın Milli Qurtuluşu Bakıya Naxçıvandan gələn siyasi yolla başladı.

Ölkəmizin xilaskar muxtar respublikası indi Azərbaycanın Avrasiyaya açılan strateji qapılarından birinə çevrilir. Zəfərdən əvvəl Naxçıvanın əsas geosiyasi xüsusiyyəti onun blokadaya davam gətirməsi idi. Zəfərdən sonra isə əsas xüsusiyyəti onun çoxşaxəli bağlantı yaratmasıdır.

Göründüyü kimi, dövlət rəhbərinin dəfələrlə vurğuladığı 1990-cı illərin məğlub geosiyasətinin dəyişdirilməsi və yaradılan yeni reallıq təkcə sovetlərdən sonrakı Naxçıvanın Azərbaycanın əsas hissəsindən coğrafi baxımdan ayrılmış ərazi statusunu dəyişdirmir, eləcə də Cümhuriyyət dövrünün tarixi gerçəkliklərini müasir dövrümüzə qaytarır, Qarabağ, Şərqi Zəngəzur, Zəngilan, Ermənistanın cənubu, Naxçıvan və Türkiyə xətti üzərində yeni coğrafi, iqtisadi və logistik məkan formalaşdırır.

Vətən müharibəsində qazanılan Qələbənin ən mühüm nəticələrindən biri torpaqların azad edilməsi ilə bərabər, Azərbaycanın parçalanmış kommunikasiya coğrafiyasının yenidən birləşdirilməsidir.

Vaşinqton sənədi: gələcək tarixi birləşmənin siyasi-hüquqi özülü

2025-ci il avqustun 8-də Ağ Evdə imzalanan Birgə Bəyannamənin Naxçıvan üçün tarixi əhəmiyyəti də məhz burada meydana çıxır. Sənəddə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında Ermənistan ərazisindən maneəsiz bağlantının təmin olunması ayrıca təsbit edildi. Ermənistanın ABŞ və qarşılıqlı müəyyən ediləcək üçüncü tərəflərlə birlikdə TRIPP - “Trump Route for International Peace and Prosperity” layihəsinin çərçivəsini hazırlaması nəzərdə tutuldu.

Prezidentin siyasi iradəsi ilə hazırlanan hər bir maddənin siyasi mənası çox böyükdür. Çünki Azərbaycan tarixində ilk dəfə ölkənin əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz quru bağlantısı məsələsi ABŞ Prezidentinin şahidliyi ilə Ağ Evdə imzalanan beynəlxalq siyasi sənədin predmetinə çevrildi. Vaşinqton açıqlamasında həmin razılaşmaların Cənubi Qafqazın ticarət, tranzit, enerji, infrastruktur və texnologiya potensialını açacağı vurğulanırdı. Ona görə də 8 avqust tarixi anlaşması gələcək fiziki birləşmənin hüquqi və siyasi başlanğıcıdır.

2026-cı ildə proses artıq növbəti mərhələyə keçib. Yanvar ayında ABŞ və Ermənistan TRIPP-in icra çərçivəsini açıqlayıblar. Layihənin Ermənistan ərazisində maneəsiz multimodal bağlantı yaratmasını, Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı birləşdirməsini və Transxəzər ticarət yolunun mühüm halqasına çevrilməsini nəzərdə tutur. May ayında isə ABŞ və Ermənistan arasında TRIPP üzrə strateji əməkdaşlıq çərçivə sazişi imzalanıb.

Beləliklə, Vaşinqton razılaşması artıq siyasi bəyanat mərhələsini geridə qoyur və praktik icra mərhələsinə keçir.

Burada çox mühüm bir tarixi paralel yaranır. Heydər Əliyevin dövründə Naxçıvan Azərbaycanın dövlətçiliyinin qorunduğu siyasi məkan idi. İlham Əliyevin liderliyi ilə Zəfərdən sonra isə Naxçıvan Azərbaycanın ərazi-kommunikasiya bütövlüyünün bərpasının əsas məkanlarından birinə çevrilir. Əgər 2020-ci ildə Azərbaycan döyüş meydanında hərbi reallığı dəyişməsəydi, 8 avqust 2025-ci ildə Ağ Evdə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz bağlantı haqqında sənəd də imzalanmayacaqdı.

Şərqi Zəngəzurda inşası başa çatmaqda olan dəmir yolu xətti Qələbənin iqtisadi xəritəyə çevrilmiş formasıdır. Horadizdən Ağbəndə qədər azad Cəbrayıl, Zəngilan və vahidləşən Zəngəzur bir millətin tarixi bütövləşdirir. Azərbaycan Ordusunun yaratdığı yeni strateji coğrafiya döyüş meydanında əldə olunan uğurun yeni regional qaydalara, logistika mərkəzlərinə və iqtisadi inteqrasiyaya xidmət etməsi deməkdir.

Əsl sülh keçmiş düşmənlərin maraqlarını gələcək əməkdaşlıq sistemində bir-birinə bağlayan iqtisadi mexanizmlər yaradıldığı zaman dayanıqlı olur.

Naxçıvan artıq “eksklav” deyil, qovşaqdır. Uzun illər beynəlxalq mediada əsasən “Azərbaycanın əsas ərazisindən ayrı düşmüş eksklav” kimi təqdim edilirdi. İndi həmin təsvir köhnəlir. Yeni dövrdə Naxçıvanın əsas statusu bolşeviklərin əli ilə hazırlanan siyasi xəritələrin yenidən dəyişdirilməsi, artıq “ayrı düşən” ərazi yox, məhz qovşağa çevrilən məkan olması ilə müəyyənləşir.

Rəsmi Azərbaycan tranzit strategiyasına görə, TRIPP Azərbaycan-Ermənistan sərhədində Horadiz-Ağbənd dəmir yoluna birləşəcək, Naxçıvana uzanacaq, oradan isə Türkiyə və Avropaya çıxış yaradacaq. Eyni xətt həm Şərq-Qərb, həm də Şimal-Cənub nəqliyyat sistemlərinin yeni mühüm seqmenti kimi nəzərdə tutulur. Bununla Naxçıvanın bölgədəki rolu tamamilə yeni məzmun qazanır. Doğrudur, muxtar respublika Türkiyə, İran və Ermənistanla həmsərhəddir.

Lakin həmin xətlər artıq Naxçıvanı geosiyasi mühasirədə saxlaya bilmir, bazarlara çıxış, tranzit, enerji və sənaye inteqrasiyasının xəttinə qoşulmasına mane ola bilmir. Tam əksinə, hazırda qlobal savaşın tərəfinə çevrilən Rusiya və İran üçün də Zəngəzurun və Naxçıvanın yeni statusu yalnız iqtisadi xilas yolu əhəmiyyətinə malikdir.

Əvvəllər Azərbaycan-Türkiyə və Mərkəzi Asiya-Avropa yük axınlarının əsas hissəsi Gürcüstan istiqamətindən keçirdisə, yeni bağlantı Naxçıvan üzərindən ikinci strateji alternativ yaradacaq.  ABŞ Ticarət Nazirliyi də TRIPP-i Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun əlavə qərb çıxışı kimi qiymətləndirərək onun Mərkəzi Asiya və Xəzərdən Avropaya enerji, kritik minerallar və digər yüklər üçün yeni imkanlar yarada biləcəyini qeyd edib.

Financial Times isə 2026-cı ildə Orta Dəhlizin Asiya–Avropa ticarəti üçün geosiyasi baxımdan daha mühüm alternativə çevrildiyini, TRIPP-in əsas elementlərindən biri olduğunu qeyd edir. Beləliklə, Naxçıvan tarixən malik olduğu tranzit missiyasını yenidən bərpa etməyə başlayır. Bir zamanlar Şərqdən Qərbə, İrandan Anadoluya, Qafqazdan Yaxın Şərqə gedən İpək yolları Naxçıvanın iqtisadi həyatını müəyyən edirdi.

XX əsrin siyasi sərhədləri azərbaycanlıların tarixi coğrafiyasını bağladı. XXI əsrin yeni nəqliyyat, iqtisadi, eyni zamanda təhlükəsizlik xəritəsi isə onu yenidən açır. 15 milyon tonluq yeni arteriya yaradılır. TRIPP və Zəngəzur bağlantısının iqtisadi miqyası da kifayət qədər böyükdür.

Azərbaycanın rəsmi tranzit məlumatlarına əsasən, Horadiz–Ağbənd–Naxçıvan–Türkiyə istiqamətində formalaşdırılan xətt üçün ilkin hesablamalar illik 5,5 milyon sərnişin və 15 milyon ton yükdaşıma potensialını nəzərdə tutur. Logistika, anbar kompleksləri, gömrük və sərhəd xidmətləri, yük terminalları, istehsal müəssisələri, servis infrastrukturu, yeni otellər və əmək bazarı bütöv bir regionun gələcəyini dəyişəcək, İrəvan-Bakı əməkdaşlığının ayrılmaz qovşağına çevriləcək. Əslində, bundan sonra daha mühüm iqtisadi mərhələ başlayır: TRIPP-in ətrafında istehsal klasterləri, logistika və azad iqtisadi zonalar, emal sənayesi və ixrac yönümlü müəssisələr formalaşdırmaq mümkündür.

Yeni xətt yalnız dəmir yolu və avtomobil magistralı ilə məhdudlaşmır. Rəsmi Azərbaycan tranzit strategiyasında Zəngəzur/TRIPP xəttinin gələcəkdə qaz kəmərləri, elektrik ötürücü xətləri və fiber-optik kommunikasiya infrastrukturu üçün də platforma ola biləcəyi göstərilir.  Mərkəzi Asiyanın enerji ehtiyatları Xəzər üzərindən Azərbaycana, Azərbaycandan Naxçıvana, Naxçıvandan Türkiyə və daha sonra Avropa istiqamətinə yönələ bilər.

Eyni coğrafiyadan yaşıl elektrik enerjisi və rəqəmsal tranzit keçə bilər. Beləliklə, Naxçıvan təkcə nəqliyyat marşrutu kimi deyil, enerji və rəqəmsal kommunikasiyanın əsas arteriyalarından biri kimi formalaşa bilər.

Ötən əsrdə Naxçıvanın sərhədlərlə əhatə olunması onun iqtisadi məhdudiyyəti idi. XXI əsrdə həmin sərhədlərin üç regional bazara - Türkiyə, İran və Ermənistan istiqamətlərinə açılması onun üstünlüyünə çevrilə bilər.

Türkiyə ilə quru bağlantısının böyük strateji mənası tarixən Bakı-Ankara əlaqələrinin ən simvolik hissələrindən biri olub. Yeni nəqliyyat arxitekturasında həmin sərhədin əhəmiyyəti qat-qat artır.

TRIPP Naxçıvana çatdıqdan sonra Türkiyə istiqamətində Kars-Iğdır-Aralık-Dilucu dəmir yolu ilə Avropaya bağlantı nəzərdə tutulur. Azərbaycan tərəfdə 110 kilometrlik Horadiz-Ağbənd dəmir yolunun tikintisi aparılır, Türkiyə isə öz hissəsinin inkişafı üzərində işləyir.  Beləliklə, Azərbaycan-Türkiyə strateji müttəfiqliyi ilk dəfə coğrafi baxımdan daha geniş fasiləsiz iqtisadi arteriya əldə edə bilər. Türk dünyasının Mərkəzi Asiyadan Anadoluya qədər fiziki bağlantısı güclənir, həm də Azərbaycanın Orta Dəhlizdə çəkisini artırır.

İran amilini nəzərə aldıqda, Naxçıvanın geosiyasi dəyəri daha aydın görünür. 2026-cı ilin martında İran Naxçıvan ərazisinə pilotsuz uçuş aparatları ilə zərbə vurdu. Hadisə dinc vasitələrlə nizamlandı, ölkəmizi beynəlmiləl toqquşmaların hədəfinə yönəltməyə çalışanların planları iflasa uğradı, muxtar respublika milli təhlükəsizlik baxımından Azərbaycanın ən həssas strateji məkanlarından biri kimi qorundu.

Lakin məhz TRIPP Naxçıvanın tranzit asılılığının azalmasına imkan verə bilər. Əvvəllər Azərbaycan əsas ərazisindən Naxçıvana quru daşımalarının mühüm hissəsi İran üzərindən həyata keçirilirdisə, Ermənistan ərazisindən yeni yolun açılması Naxçıvana alternativ və daha birbaşa marşrut verəcək.

Vaşinqton Bəyannaməsi Ermənistan üçün beynəlxalq və daxili bağlantılardan qarşılıqlı faydanı ayrıca qeyd edir, sülhün iqtisadi əsaslarını yaradır. Ermənistan uzun illər təcavüzkarlıq siyasətinə görə regional enerji və nəqliyyat layihələrindən kənarda qalmışdı. İndi kommunikasiyalar açıldıqca İrəvan da Türkiyə, Azərbaycan, Xəzər hövzəsi və Mərkəzi Asiya bazarlarına çıxış əldə edə bilər.

Artıq “sülh iqtisadiyyatı” yaranır. Növbəti Ermənistan-Azərbaycan müharibəsinin qarşısını almaq və İrəvanı tarixən asılı olduğu mərkəzlərdən xilas etmək üçün qarşılıqlı ticarət və faydalı əməkdaşlıq ən yaxşı yoldur.

İndi Naxçıvan haqqında danışarkən yalnız subsidiyalar, sosial layihələr və blokadanın çətinliklərindən danışmaq kifayət etmir. Yeni mərhələdə Naxçıvanın iqtisadi modelinin özü dəyişir.

Beləliklə, Prezident İlham Əliyevin məqsədi Naxçıvanı regional iqtisadi sistemin mərkəzlərindən birinə çevirməkdir. 1990-cı illərin əvvəlində Heydər Əliyev Naxçıvanda Azərbaycan dövlətçiliyinin gələcəyini qoruyurdu. Lakin həmin coğrafi təcrid içərisindən Azərbaycanın siyasi birliyi doğuldu. İndi, bir nəsil sonra, Prezident İlham Əliyevin siyasəti Naxçıvanın qarşısında tamamilə yeni tarixi perspektivlər açır. Bir zamanlar yolların bağlandığı Naxçıvan indi yolların kəsişdiyi Naxçıvana çevrilir.

Vətən müharibəsinin ən böyük nəticəsi Azərbaycan xəritəsində yalnız sərhədlərin dəyişməzliyinin təmin olunması olmadı. Qələbə nəticəsində qalib regional arxitektura formalaşır.

Qarabağ və Şərqi Zəngəzur quruculuq və bağlantı məkanıdır. Ölkə başçısı hər iki ərazinin vahid iqtisadi-siyasi planda inkişaf etdirilməsinin zəruriliyini vurğulamışdı.

Məhz buna görə Prezident İlham Əliyevin Naxçıvana səfərinin siyasi mənası regionun gələcək iyirmi-otuzillik statusunu və bütövlükdə Cənubi Qafqazın təhlükəsizliyini, Ermənistanla imzalanacaq sülh müqaviləsinin gələcəyini müəyyənləşdirməyə xidmət edir.

“Zəif bənd”ə çevrilən və parçalanmanın simvolu adlandırılan bir diyarın ucqar yüz ili arxada qalıb. İndi Qalibiyyət Əsri başlanıb. Azərbaycanın ən güclü coğrafi, ərazi, siyasi və iqtisadi  məkanı məhz Naxçıvan torpağıdır.

Vətənin bütövlüyü Qarabağla bitmir, başlayır!

Zahid Oruc,

Milli Məclisin deputatı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:89
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 11 Avqust 2026 13:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

17 Noyabr 2026 09:13see400

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see321

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

16 Noyabr 2026 22:45see300

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see299

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see296

Ən çox qazanan televiziya aktyorları...

16 Noyabr 2026 20:52see291

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see289

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see275

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see273

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see269

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

16 Noyabr 2026 20:15see259

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

17 Noyabr 2026 09:14see254

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see253

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see247

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see235

Litva, İslandiya və Estoniya yığmalarından inamlı qələbə Millətlər Liqası

16 Noyabr 2026 23:35see230

Dişlər yaddaş kartımızdır?

17 Noyabr 2026 13:42see210

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

17 Noyabr 2026 14:52see207

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

17 Noyabr 2026 12:44see188

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri