Icma.az
close
up
RU
“Zəfərdən zirvələrə” gənclərlə görüş keçirilib FOTOLAR

“Zəfərdən zirvələrə” gənclərlə görüş keçirilib FOTOLAR

Icma.az, Sia Az portalına istinadən məlumatı açıqlayır.

Yeni Azərbaycan Partiyası Sabunçu Rayon Təşkilatı və Bakı Gənclər Mərkəzinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə “Zəfərdən zirvələrə” gənclərlə görüş keçirilib. SİA xəbər verir ki, tədbirdə Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan YAP Sabunçu rayon təşkilatının sədri Araz Xudadanov bildirib ki, Ümummilli lider Heydər Əliyev Azərbaycan xalqına təkcə siyasi müstəqillik deyil, həm də milli dövlətçilik ideologiyası, sosial-iqtisadi inkişaf modeli, hüquqi və dünyəvi dövlət quruculuğu ənənələri bəxş etmişdir. Onun müdrik və uzaqgörən siyasəti nəticəsində Azərbaycan XX əsrin sonunda müstəqilliyini bərpa etdikdən sonra varlığı real təhlükə altında olan bir dövlətdən regionun lider dövlətinə çevrilmişdir. Əldə olunmuş sabitlik, davamlı iqtisadi artım və beynəlxalq nüfuzun yüksəlişi məhz ümummilli liderin təməlini qoyduğu dövlət idarəçiliyi fəlsəfəsinin təzahürüdür.

YAP Gənclər Birliyinin üzvü, Bakı Gənclər Mərkəzinin direktoru Nərgiz Babayeva vurğulayıb ki, ulu öndərin gənclər siyasəti əsrlər boyu xalqımızın malik olduğu milli-mənəvi dəyərlər əsasında, eləcə də müstəqillik, dövlətçilik, azadlıq və onların qorunması uğrunda gənc nəslin yetişdirilməsindən ibarət olub. Ümimmilli liderimiz Heydər Əliyevin əsasını qoyduğu siyasət bu gün onun layiqli siyasi varisi cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Vətən Müharibəsi qəhrəmanı Zaur Hüseynov qeyd edib ki, Azərbaycan xalqı bu gün də Ulu öndər Heydər Əliyevin ideyalarına sədaqətini qoruyur və bu ideyaların Prezident İlham Əliyev tərəfindən yeni şəraitdə həyata keçirilməsini böyük ruh yüksəkliyi ilə dəstəkləyir. Müasir dövrün çağırışlarına cavab verən, milli maraqlara əsaslanan və xalqın rifahına xidmət edən bu kursun nəticəsində Azərbaycan 2020-ci ildə tarixinin ən şanlı səhifəsini – Vətən müharibəsində əldə olunan Zəfəri yazdı. Məhz bu uzaqgörən liderlik irsi, illərlə təməli qoyulan güclü dövlət idarəçiliyi, milli ruh, xalq-iqtidar birliyi və möhkəm ordu quruculuğu nəticəsində Azərbaycan torpaqlarını işğaldan azad etdi. 2023-cü ildə Xankəndi də daxil olmaqla ölkənin tam suverenliyinin bərpası ulu öndərin ideyalarının praktik nəticəsidir.

Tədbir gənclərin sualları ətrafında fikir mübadiləsi şəraitində davam edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:253
embedMənbə:https://sia.az
archiveBu xəbər 06 May 2025 16:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see479

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see368

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see316

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see304

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see267

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see263

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see258

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see258

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see248

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see238

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see233

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see229

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see225

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see220

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see213

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see211

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see202

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see201

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see198

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri