Icma.az
close
up
RU
Menu

Boşalan evlər MİDA ya verilsə, Bakıda mənzillər ucuzlaşacaq İqtisadçı Bu gün Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Bakıdakı Hövsan Yaşayış Kompleksinin I və II mərhələləri, Binəqədi Yaşayış Kompleksi, eləcə də Sumqayıt, Lənkəran, Şirvan və Yevl

Sözün işığında yaşayan insan

Sosial iqtisadi inkişafa dair Yeni Strategiya üzrə Tədbirlər Planının layihəsi təqdim edilib

Tibbi sığortadan kəsilən pullar korrupsiya və lüzumsuz xərclərə gedəcək Partiya sədri

Əmtəə bazarlarında qızılın qiyməti 4000 dollardan aşağı enib

Bakıda keçiriləcək Art Weekend çərçivəsində XVII əsrə aid hamamda “Axar yaddaş” adlı unikal ekspozisiya təqdim olunacaq VİDEO

Karvan Yevlax Elşad Əhmədova tapşırılır? Dəqiqləşdi

Ukraynada müharibəni bitirməklə bağlı müzakirələr başladı Plan hazırdır

Əhmədzadə haqda sensasion faktlar üzə çıxdı 20 dən çox eskort qadınla süni adada...

Dabaq xəstəliyinə qarşı ictimai narahatlıq ət bazarlarını vurdu , ət dükanlarında satış həcmi azalmağa başladı

Marko Materassi məşqçilik karyerasını niyə bitirdiyini izah edib

Minatəmizləmə sahəsində Azərbaycan NATO əməkdaşlığı müzakirə edilib

Amazon kütləvi ixtisarlara hazırlaşır

WUF13 ün rəsmi sosial media səhifələri fəaliyyətə başlayıb

Azərbaycanda yeni LAYİHƏ 1 milyon manatdan çox...

Rusiya klubundan rəsmi təklif: Rədd edib, Qarabağ da qaldı

KİV: HƏMAS Qəzzada atəşkəsi pozub

Rusiya Qırğızıstana ərzaq yardımı göndərdi

Bu yaş dövründə idman edənlərin beyni gec qocalır

İncəsənət xadimləri bu həftəsonu Heydər Əliyev Mərkəzində toplaşacaq Video

Zəfərin hördüyü ilmələr: “H10” dron layihəsinin hazırlandığı iş otağından REPORTAJ

Zəfərin hördüyü ilmələr: “H10” dron layihəsinin hazırlandığı iş otağından REPORTAJ

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 11 iyun, Göyçək Mahmudlu, Fərid Bağırov, AZƏRTAC

Azərbaycan Texniki Universitetinin (AzTU) tələbələri müasir dövrün tələbinə uyğun layihə reallaşdırıblar. Onlar indi müharibələrdə xüsusi rola malik olan dron modeli yaradıblar. AZƏRTAC-ın əməkdaşı AzTU-da dron layihəsinin hazırlandığı iş otağında “M.AERO” komandasının üzvləri olan həmin tələbələrlə həmsöhbət olub. Onlar söhbət zamanı Vətən müharibəsində qazanılan Qələbədən ruhlanaraq bu addımı atdıqlarını bildiriblər.

Tarixi Qələbə gənclərin inkişafına təkan verir

Cəmiyyətin aparıcı təbəqəsi olan gənclər Vətəni işıqlı sabaha, nurlu gələcəyə daşıyan dinamik qüvvədir. Fiziki və mənəvi cəhətdən sağlam, dünyada gedən prosesləri qavrayan, müasir texnologiyalarla işləməyi bacaran, əqidəli, milli-mənəvi dəyərlərə malik gənclər hər bir dövlətin sözün əsl mənasında canlı sərvəti hesab oluna bilər. İnkişaf və inteqrasiyanı təmin edən gənclərin uğurlu addımlarını dəstəkləyən hər bir dövlət öz xoşbəxt, firavan gələcəyinə investisiya yatırmış olur.

Azərbaycanda da dövlət siyasətinin mühüm prioritetlərindən biri gənclərin inkişafı, cəmiyyətdə sağlam mövqe tutmaları, bütün sahələrdə irəli getmələridir. Ölkəmizdə həyata keçirilən gənclər siyasəti gənclərin dövlət idarəçiliyində, cəmiyyət həyatının bütün sahələrində iştirak edən güclü sosial təbəqəyə çevrilməsini təmin edib. Azərbaycan gənci bu gün ona göstərilən etimadı yüksək səviyyədə doğruldur. Təkcə son 5 ilə nəzər salsaq, gənclərimizin dövlətimiz, Vətənimiz və xalqımızın rifahı naminə etdiyi fədakarlıqları böyük qürur hissi ilə qeyd edə bilərik. Məhz ərazi bütövlüyümüz və suverenliyimiz naminə irəli atılan minlərlə gənc öz qanı və canı bahasına şanlı Zəfərə imza atdı, Azərbaycan gəncliyinin qısa müddətdə tarixin gedişinə necə təsir edə biləcəyini nümayiş etdirdi. Sevindiricidir ki, Zəfərimiz bununla yekunlaşmadı, gənclərin inkişafına təkan verən uğur yoluna çevrildi. Tarixi Qələbə gəncləri daha böyük işlər görməyə, Zəfəri taclandıran fəaliyyətlərlə çıxış etməyə ruhlandırdı.

Vətən müharibəsindən ruhlanan gənclərin töhfəsi

AzTU-nun tələbələri də Qələbəmizdən ilhamlanaraq öz məharətlərini ortaya qoyublar. Beş gəncin birlikdə ərsəyə gətirdiyi “M.AERO H10” dronu Azərbaycan gənclərinin təkcə döyüş meydanında deyil, zəka savaşında da uğurlara imza ata biləcəyinin göstəricisidir. “EMEDIA GROUP” Media Təşkilatının gənclər sektorunun üzvləri olan tələbələrə ən böyük dəstəyi də elə təşkilat verib.

Universitetin Nəqliyyat və logistika fakültəsinin tələbəsi, layihənin və “EMEDIA GROUP” Media Təşkilatının gənclər sektorunun rəhbəri Rəşvin Şirəlizadə son illər aparılan müharibələrdə dronların böyük rol oynadığını, bunun bariz nümunəsinin 44 günlük haqq savaşımız olduğunu qeyd edib: “Dövrümüz texnologiya, dron dövrüdür. Texnologiyanın hansı üstünlüklər gətirdiyinin bariz nümunəsi 2020-ci ildə 44 gün davam edən İkinci Qarabağ müharibəsidir. Buradan həvəslənərək dron hazırlamağa, bu sahəni genişləndirməyə və töhfələrimizi verməyə qərar verdik. Dronu ölkəmizdə gənclər siyasətinin əsasını qoymuş Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinə ehtiram əlaməti olaraq “H10” adlandırdıq. Layihənin əsas dəstəkçisi “EMEDİA GROUP” Media Təşkilatı oldu. İnnovativ layihənin təqdimatı da məhz “EMEDIA GROUP” Media Təşkilatının və Yeni Azərbaycan Partiyası Nərimanov Rayon Təşkilatının birgə təşkilatçılığı ilə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin əziz xatirəsinə və anadan olmasının 102-ci ildönümünə həsr edilmiş “Gələcəyin səmasında Azərbaycan imzası” tədbirində gerçəkləşdi. Həmin tədbirdən sonra Müdafiə Sənayesi Nazirliyi ilə Azərbaycan Texniki Universiteti arasında memorandum da imzalandı. Hazırda həmin dron üzərində təkmilləşdirmə işləri aparılır. Bizim işimizə verilən dəyər növbəti layihələrin ərsəyə gəlməsi üçün motivasiyadır. Dəstək olan hər kəsə minnətdarıq”.

AzTU-nun Maşınqayırma və robototexnika fakültəsinin tələbəsi, mühəndis Anar Məmmədov dronun funksiyaları barədə ətraflı məlumat verib: “H10” dronu iki ədəd avtopilot sisteminə malikdir. Bunlardan biri yerdəki, digəri isə əsas avtopilot sistemidir. Dron ümumilikdə üç növ idarəetmə sisteminə malikdir və bizə mexaniki, yarı və tam avtonom uçuş imkanları verir. Dron üzərində iki – vəzifə və izləmə kameraları mövcuddur. Biri normal uçuş qaydasını izləməyə xidmət edir. Bizim dronumuz kamikadze tipli uçuş aparatı olduğuna görə vəzifəsini icra edən zaman əsas funksiyasını yerinə yetirən kameradır. “H10” dronu 5 kilometr radiusda idarəetmə sisteminə malikdir. Təbii ki, bunlar stansiyalardan asılı olaraq dəyişir. Dron üzərində FV sistemlər, avtopilot sistemlər mövcuddur. Bütün avtopilotlar, kamera sistemləri, minikompüterlərin hər biri komandamız tərəfindən hazırlanıb”.

Həmin fakültənin tələbəsi, mexanik Adil Orucov modelin 3D formatını yaradıb: “Bunun üçün “Solidworks” proqramından istifadə edilib. Həmçinin modelin simulyasiyası və material seçimini tətbiq etmişəm”.

Fakültənin digər tələbəsi, proqramçı Elmir Nəbiyev dronun avtopilot və təhlükəsizlik sistemini yazıb. “Avtopilot sistemi ona görə lazımdır ki, siqnal itən vaxt dron son əmrləri yerinə yetirir və havada özünü tənzimləyib uça bilir. Təhlükəsizlik sistemi isə kiberhücumlar zamanı özünü qoruyur. Sürətlə siqnal tezliklərini dəyişir və kibercinayətkarların hücumları uğursuz nəticələnir”, - deyə proqramçı qeyd edib.

Fakültənin tələbəsi, elektrik və elektronika üzrə mütəxəssis İsmayıl Rəhimli layihədə elektrik və elektrik dövrələr qurub, dron üzərində 1400 kilovat gücə malik motordan, 7,4 Volt (2S) gərginliyə malik batareyadan istifadə edib. Onun sözlərinə görə, dörd servomatordan ikisi qanad altında səmada sağa-sola manevrlər, biri quyruq hissəsində eniş və qalxış, biri isə ön təkərin açılıb-bağlanması üçün istifadə olunub.

Gələcəyə inam və yeni layihələr reallaşdırmaq arzusu

Göründüyü kimi, çalışqanlığı, məqsədyönlüyü və peşəkarlığı ilə fərqlənən gənclər öz ideyalarını Vətənimizin işıqlı gələcəyini təmin edəcək amallara yönəldiblər. Komanda üzvləri qəlblərində daşıdıqları Vətən sevgisi və beyinlərində formalaşan böyük ideyaları ilə bütöv və müstəqil Azərbaycanın daha da inkişaf etməsində pay sahibi olmağı hədəfləyiblər. Söhbətimiz əsasında bu cür layihələrin davamlı olacağını əminliklə qeyd edən gənclərə uğurlar arzuladıq və beynəlxalq arenalarda Azərbaycan gəncliyinin özünəməxsus beyin məhsulu ilə layiqli təmsil olunacağı günü böyük səbirsizliklə gözlədiyimizi bildirdik.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:99
embedMənbə:https://azertag.az
archiveBu xəbər 12 İyun 2025 11:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Boşalan evlər MİDA ya verilsə, Bakıda mənzillər ucuzlaşacaq İqtisadçı Bu gün Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Bakıdakı Hövsan Yaşayış Kompleksinin I və II mərhələləri, Binəqədi Yaşayış Kompleksi, eləcə də Sumqayıt, Lənkəran, Şirvan və Yevl

29 Oktyabr 2025 16:41see257

Sözün işığında yaşayan insan

28 Oktyabr 2025 08:28see200

Sosial iqtisadi inkişafa dair Yeni Strategiya üzrə Tədbirlər Planının layihəsi təqdim edilib

28 Oktyabr 2025 19:38see182

Tibbi sığortadan kəsilən pullar korrupsiya və lüzumsuz xərclərə gedəcək Partiya sədri

29 Oktyabr 2025 14:33see177

Əmtəə bazarlarında qızılın qiyməti 4000 dollardan aşağı enib

28 Oktyabr 2025 09:20see169

Bakıda keçiriləcək Art Weekend çərçivəsində XVII əsrə aid hamamda “Axar yaddaş” adlı unikal ekspozisiya təqdim olunacaq VİDEO

28 Oktyabr 2025 15:58see155

Karvan Yevlax Elşad Əhmədova tapşırılır? Dəqiqləşdi

28 Oktyabr 2025 06:16see154

Ukraynada müharibəni bitirməklə bağlı müzakirələr başladı Plan hazırdır

28 Oktyabr 2025 21:15see148

Əhmədzadə haqda sensasion faktlar üzə çıxdı 20 dən çox eskort qadınla süni adada...

28 Oktyabr 2025 14:31see143

Dabaq xəstəliyinə qarşı ictimai narahatlıq ət bazarlarını vurdu , ət dükanlarında satış həcmi azalmağa başladı

29 Oktyabr 2025 18:30see137

Marko Materassi məşqçilik karyerasını niyə bitirdiyini izah edib

28 Oktyabr 2025 20:46see133

Minatəmizləmə sahəsində Azərbaycan NATO əməkdaşlığı müzakirə edilib

28 Oktyabr 2025 17:06see132

Amazon kütləvi ixtisarlara hazırlaşır

28 Oktyabr 2025 07:04see131

WUF13 ün rəsmi sosial media səhifələri fəaliyyətə başlayıb

29 Oktyabr 2025 18:21see129

Azərbaycanda yeni LAYİHƏ 1 milyon manatdan çox...

28 Oktyabr 2025 19:10see126

Rusiya klubundan rəsmi təklif: Rədd edib, Qarabağ da qaldı

28 Oktyabr 2025 20:42see126

KİV: HƏMAS Qəzzada atəşkəsi pozub

28 Oktyabr 2025 20:13see124

Rusiya Qırğızıstana ərzaq yardımı göndərdi

28 Oktyabr 2025 11:43see123

Bu yaş dövründə idman edənlərin beyni gec qocalır

28 Oktyabr 2025 21:07see122

İncəsənət xadimləri bu həftəsonu Heydər Əliyev Mərkəzində toplaşacaq Video

28 Oktyabr 2025 16:55see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri