Icma.az
close
up
RU
Zəhərə dönən toylarımız: Məsuliyyət yükünü kim daşıyır?

Zəhərə dönən toylarımız: Məsuliyyət yükünü kim daşıyır?

Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bu gecə Bakıda 32 nəfərin toyda zəhərlənməsini araşdırır.

Bu barədə AQTA məlumat yayıb.Baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmamasına dair AQTA mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları araşdırmalara başlayıb:

"Hadisənin baş verdiyi şadlıq evində istehlaka təqdim edilmiş və baxış zamanı mövcud olan bütün qida məhsullarından nümunələr götürülüb.Bununla yanaşı, işçi masalardan və qida ilə təmasda olan səthlərdən yaxmalar götürülərək laborator müayinələrə təqdim olunub. Hazırda araşdırma davam etdirilir. Araşdırmaların nəticələri ilə bağlı əlavə məlumat veriləcək".

Xatırladaq ki, hadisə aprelin 18-də, axşam saatlarında paytaxtın general Mehmandarov küçəsində yerləşən "Venesiya" şadlıq sarayında qeydə alınıb.
Mərasim zamanı zəhərlənən 32 nəfər (23 qadın, 9 kişi) Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Onların bəzilərinin vəziyyətinin ağır olduğu bildirilir. Zəhərlənənlər arasında qonaqlarla yanaşı, toyda çıxış edən müğənnilərin də olduğu qeyd olunur.Xəstələrə tibbi xidmətlər göstərilib, mədələri yuyulub, infeksionist baxışı olub. Zəruri tibbi xidmətlərdən sonra onların hər biri evə buraxılıb. 

Qeyd edək ki, ölkədə toy və yas mərasimlərində kütləvi zəhərlənmə hallarının baş verməsi ilk hadisə deyil. Bugünədək dəfələrlə belə hallar müşahidə edilib. Hadisənin başvermə səbəbi kimi də əsasən mərasimlərdə köhnə qidaların servis edilməsi göstərilir.

Kütləvi zəhərlənmə hallarının artmasının əsas səbəbi nədir? 

Məsələ ilə bağlı Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, Sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova "Cebheinfo.az"a bildirib ki, ümumiyyətlə, yay aylarında zəhərlənmələrin sayı digər fəsillərə nisbətən daha çox olur:

"Xüsusilə də bu kütləvi qidalanma, məclislərdə, restoranlarda daha çox özünü göstərir. Çünki çox miqdarda qidaların hazırlanması və xüsusilə də temperatur rejiminin yüksək olduğu bir vaxtda soyuducuda saxlanılmalı olan yüksək rsik qrupuna aid olan qidaların açıq hava şəraitində saxlanılması onların tərkibinin pozulmasına, onlarda kimyəvi dəyişiklik olmasının, eyni zamanda bioloji dəyişiklik olması zəhərlənməyə gətirib çıxarır. 

Xüsusilə də nəzərə almaq lazımdır ki, yüksək risk qrupundan olan qidalar var və buna ilk növbədə mayonezli salatları göstərmək olar. Çünki onların tərkibində həm bişirilmiş tərəvəzlər, eyni zamanda zülal tərkibli ət və və ən təhlükəlisi mayonezdən istifadə olunur ki, bu qidalarda uzun saat əvvəldən hazırlandığı üçün açıq havada qaldıqda insan orqanizmində bir çox fəsadlara gətirib çıxarır.

Eyni zamnda da bu kimi qidaların yaxşı olar ki, yay mövsümündə istifadəsi azaldılsın və belə qidalar soyuq temperaturda saxlanılmalıdır. Artıq süfrəyə verildiyi anda qarışdırılması tövsiyə olunandır.Ancaq bəzən elə olur ki, məclisdə bir neçə saat əvvəldən onlar artıq hazır vəziyyətdə masalara düzülür ki, bu da onların uzun müddət qalıb xarab olmasına gətirib çıxarır.

Bəzi hallarda mayonezlər bu kimi temperaturda qaldıqda keyfiyyəti aşağı düşür və insan orqanizmində zəhərlənmələrə gətirib çıxarır. Mayonezlərin üzərində 3-6 ay ərzində istifadə olunması göstərilsə də, bəzən məclislərdə böyük çəkilərdə olan qablaşdırmadan istifadə olunur.

Bunlarda ağzı açıldıqdan sonra belə, uzun müddət istifadə olunur. Belə halda müddəti keçmiş məhsulların istifadə olunması riskləri də var".

Onun fikrincə, eyni zamanda da bir çox qarışıq, bir-biri ilə uyğun olmayan yeməklərin qəbulu da həzm sisteminin çətinləşməsinə, sağlamlıq problemlərinə gətirib çıxarır: 

"Yaxşı olar ki, qızardılmış yeməklərdən çox istifadə olunmasın. Eyni zamanda da bir neçə çeşid ətdən istifadə etdikdə bu da insan orqanizmində həzm probleminin olmasına, maddələr mübadiləsinin aşağı düşməsinə  gətirib çıxarır.Bəzən olur ki, qızarmalar, qovurmalar bir neçə gün öncə hazırlandığı və ət də risk qrupuna aid olduğu üçün köhnə yeməklər sırasında olduğuna görə immun sistemi zəif olan, xroniki xəstəliyi olan, həssas, yuxarı yaşlı insanlarda, azyaşlılarda sağlamlıq probleminə gətirib çıxarır.

Bu qidalarla birlikdə qazlı, rəngli içkilərdən istifadə etmək isə vəziyyəti daha da ağırlaşdırır. Çünki həmin qidaların tərkibindəki kimyəvi qatqı maddələri insan orqanizmdəki zəhərlənməyə, bir çox problemlərin olmasına gətirib çıxarır. 

Ona görə insanlar bir çox hallarda toy məclislərindən sonra mədədə ağırlıq, şişkinlik, hətta bir neçə gün sonra baş ağrısı, qarın nahiyəsində ağrılarla şikayətlənirlər.Bu da həmin qidalanma rejiminin pozulması, köhnə qidaların qəbulu, yaxud təzə qida olsa belə, düzgün şəraitdə saxlanılmadan tərkibi pozulmuş, xarab olmuş məhsullardan istifadə edildiyi halda bu kimi hallar baş verir.

Ona görə yaxşı olar ki, toy məclislərində zəhərlənmələrdən qaçmaq üçün qarışışdırılmış tərəvəzli, ətli qidalar var ki, onlardan uzaq dursunlar.
Daha təzə bişən, bişirildiyi anda servis edilən, daha az yağda bişirilmiş məhsullar, təzə tərəvəzlərdən hazırlanana salatlardan istifadə etsinlər.
Xüsusilə bu qaydalara yay mövsümündə daha çox əməl etsinlər ki, zəhərlənmələrdən uzaq qala bilsinlər".  

Nigar Abdullayeva
"Cebheinfo.az"

Açar sözlər: Zəhərlənmə qida toy AQTA Məhsəti Hüseynova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:289
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 19 Aprel 2025 15:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see330

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see322

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see313

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see272

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see269

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see254

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see250

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see249

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see248

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see236

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see234

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see232

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see214

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see212

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see211

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see206

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see195

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see194

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see184

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri