Icma.az
close
up
RU
Zəhərli insanları necə tanımaq olar? 4 əsas xüsusiyyət

Zəhərli insanları necə tanımaq olar? 4 əsas xüsusiyyət

Icma.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Peşəkar mühitdə və gərgin vəziyyətlərdə bəzi insanlar "toksik davranış" (zərərli davranış) kimi qiymətləndirilən xüsusiyyətlər nümayiş etdirə bilər. 
Demokrat.az
"Your Tango" nəşrinə istinadən xəbər verir ki, psixoloqlar belə davranışların əksər hallarda insanın “pis xarakteri” ilə deyil, daxili narahatlıq, nəzarəti itirmək qorxusu və şəxsi çətinliklərlə bağlı olduğunu bildirirlər.
Mütəxəssislər qeyd edirlər ki, bu cür insanlara empatiya ilə yanaşmaq vacib olsa da, iş mühitində öz psixi sağlamlığını qorumaq üçün onların davranışlarını vaxtında tanımaq lazımdır.
1. Başqalarının inkişafına mane olurlar
Əsas əlamətlərdən biri digər insanların irəliləyişinə maneə yaratmaq meylidir. İş mühitində bu, həmkarına kömək etməkdən yayınmaq və ya tapşırıqları bilərəkdən çətinləşdirmək kimi özünü göstərə bilər.
Məqalə müəllifinin fikrincə, bu davranış çox vaxt daxili güvənsizlik və nəzarət vasitəsilə gücsüzlük hissini kompensasiya etmək istəyi ilə əlaqədardır.
2. Münasibətlərə həddindən artıq “hesab-kitab” yanaşması
Digər xüsusiyyət isə edilən yaxşılıqların daim hesablanmasıdır — kim kimə nə qədər borcludur prinsipi ilə davranmaq.
Belə münasibətlərdə yardım əməkdaşlıq deyil, qarşılığında nəsə gözlənilən bir mübadilə kimi qəbul edilir.
Ekspertlər bildirirlər ki, sosial əlaqələr müəyyən mənada qarşılıqlı olsa da, həddindən artıq “xal toplamaq” kollektivdə etimadı zəiflədə bilər.
3. Mənfi emosiyaları başqalarının üzərinə yönəldirlər
Daha bir əlamət şəxsi narazılığı ətrafdakılardan çıxmaqdır. Psixologiyada bu, emosiyaların transferi kimi izah olunur — insan problemin əsl səbəbinə deyil, yaxın ətrafındakı şəxslərə aqressiya göstərir.
Belə hallar xüsusilə yüksək stress və sərt iyerarxiyanın olduğu mühitlərdə daha çox müşahidə olunur.
4. Kiçik problemləri şişirdirlər
Bu tip insanlar başqalarının xırda səhvlərinə həddindən artıq əhəmiyyət verərək onları böyük münaqişəyə çevirə bilirlər. Bu davranış çox vaxt özünü təsdiqləmək və ya nəzarəti nümayiş etdirmək vasitəsi kimi istifadə olunur.
Mütəxəssislər belə münasibəti daxili güvənsizlik və öz nüfuzunu qoruma ehtiyacı ilə əlaqələndirirlər.
Psixoloqların fikrincə, belə insanlarla münasibətdə ən düzgün yanaşma məsafəni qorumaq və anlayış nümayiş etdirməkdir — toksik davranışdan uzaq durmaq, lakin bunu insanlara qarşı nifrət formasına çevirməmək vacibdir.
Jalə
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:99
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 15 May 2026 10:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see362

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see339

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see282

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see272

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see262

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see252

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see241

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see233

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see231

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see226

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see222

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see220

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see210

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see209

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see201

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see187

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see178

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see170

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see170

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri