Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Zobu olanlar xurma yesin Təsiri

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Çörəklərin içində narkotik gizlətdilər

Atəşkəs təklifimizi rədd etdi

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

Zəhərli göbələkləri necə ayırd etmək olar?

Zəhərli göbələkləri necə ayırd etmək olar?

Icma.az bildirir, Hurriyyet portalına istinadən.

Ekspertlər son günlər baş verən zəhərlənmə hallarının səbəblərini açıqladı...

Göbələk meşə sahələrində, yol kənarlarında və ağacların dibində tez-tez rast gəlinən bitkidir. Ancaq göbələk görəndə ağlımıza gələn ilk “zəhərlidirmi?” sualdır. Adətən yeyilməsi məsləhət bilinməyən göbələkləri səhvən istehlak etdikdə zəhərlənmə baş verir. Çünki forma və rəng baxımından bir-birinə tam bənzəyən müxtəlif növ göbələklər var.

Dünyada 10 000-dən çox göbələk növü var, lakin onlardan yalnız 50-100-ü potensial zəhərlidir. Göbələk zəhərlənmələrinin böyük əksəriyyətində zəhərli təsirlər yüngül və ya orta dərəcədə şikayətlərlə nəticələnir və ölüm halları nadir hallarda baş verir. Eyni göbələk yeməyi yeyən insanların hamısı zəhərlənə bilməz. Bir insanın heç bir şikayəti olmadığı halda, digərində hətta ölümlə nəticələnə bilər.

Göbələklərdən zəhərlənmələr əlverişli şəraitin olduğu fəsillərdə, yəni payız və yaz aylarında tez-tez olur. Bu fəsillərdə yağış, günəş işığı, torpaq və temperatur şəraiti göbələk növlərinin inkişafı üçün lazımi şərait yaradır. Xəstələrin 80%-də qəbul edilən göbələk növü müəyyən edilə bilməz. Buna görə də mövcud simptomlar və şikayətlər diaqnozda vacibdir.

Qeyd edək ki, göbələklər zülal, karbohidrat, aminturşular, B, C, D, E, PP vitaminləri, fosfor, kalium, sink, dəmir, kalsium, yod mineralları və fol turşusu ilə zəngindir. Həmçinin, tərkibində yağlar az olduğu üçün azkalorili qida sayılır. Sink və B qrupu vitaminləri ilə zəngin olması sayəsində göbələyin istehlakı fiziki və zehni yorğunluğu, stresi aradan qaldırır.

Məsələ ilə bağlı qida təhlükəsizliyi üzrə eksper Seymur Qafarov “Hürriyyət”ə bildirdi ki,  insanların gündəlik qəbul etdiyi qidalar - tərəvəz, ət, dəniz yönümlü olmaqlar bir neçə qrupa bölünür: “Göbələk isə gündəlik istifadə olunan tərəvəz məhsulları içərisində həm mövsümü, həm də il boyu olaraq istifadə edilə bilər. Göbələklər turşu, qızardılmış və pörtlənmiş halda istehlak oluna bilər. Göbələyin pis faktorlarından biri də zəhərli qida olmasındadır. Zəhərli olduğunu da müəyyən etmək çox çətindir. Çünki bir çox zəhərli göbələklər yeməli göbələklərə oxşayır. Onlara fikir vermək mütləqdir.  Zəhərli göbələklər formasına və rənginə görə yeməli göbələklərə bənzəyirlər. Zəhərli göbələklərin papaq hissəsi parlaq və zolaqlı ola bilər. Zəhərli göbələklər “qırmızı milçəkqıran”, “gəlin göbələyi” olaraq da bilinir. Ağ göbələklər xüsusilə daha təhlükəlidir. Ağ göbələklər bəzən “ölüm mələyi” adlandırılır. Ağ rəngdə və çox zəhərli olur. İyisi isə pis və kimyəvi qoxuya malik ola bilər. Amma bəzi zəhərli göbələklər xoş iy verir. Bunun üçün qoxusu tək göstərici hesab olunmur. Bəzi göbələklər ağ və solğun olur. Diqqət yetirmək lazımdır ki, solğun olmasın. Bəzi göbələklər kəsildikdə süd kimi axıntı buraxır. Belə göbələklərin də bəzilər zəhərli ola bilər”.

Ekspert deyir ki, istehlakçılar göbələk alarkən mütləq diqqətli olmalıdırlar: “Yeməli göbələyin içərisinə bircə ədəd zəhərli göbələyin qarışması belə, zəhərlənməyə yol aça bilir. Ona görə də yol kənarında açıq satılan yox, qablaşdırılmış məhsullara üstünlük verilməlidir. Qablaşdırılmış məhsulu alarkən isə etiket məlumatları mütləq nəzərdən keçirilməlidir. Çünki yeməli göbələklər də bəzən zəhərlənməyə səbəb olur. Bu da məhsulun yararlılıq müddəti ötdükdə, düzgün şəraitdə saxlanmadıqda baş verir”.

Tibb üzrə fəlsəfə foktoru, Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov bildirir ki, əsasən iki növ zəhərli göbələk diqqəti cəlb edir: “Bunlar qırmızı papaqlı və ağ nöqtələri olan “milçəkqıran”dır. Papaqlı, uzunsov göbələk olan solğun əzvaydır. Solğun əzvayın 1 və ya 2 ədədi 10-15 nəfəri zəhərləyib öldürə bilər. “Milçəkqıran” zəhərli göbələklər içərisində ikinci yerdədir. Amma solğun əzvay zəhərlənmə cəhətdən daha üstündür. Zəhərlənmə maddələri daha zəngindir. 2-3 gün sonra təsiri başlayır.

Statistikaya görə, 95-98 faiz zəhərlənmənin qarşısını almaq mümkün deyildir. Çox vaxt da xoşagəlməz mənzərə ilə nəticələnir. Əsasən qida zəhərlənməsi zamanı birinci əlamətlər ürək bulanma, tək-tək hallarda qusma, qarın nahiyəsində köp, bir müddət şikayətlər özünü biruzə vermir. Ondan sonra şikayətlət aqressiv şəkildə dərinləşir. Həkimlərin səyinə baxmayaraq, vəziyyət daha da pisləşir”.

Həkim vurğulayır ki, ilk yardım çox vacibdir: “Mədə zond vasitəsilə təmizlənməli, imalə olunmalıdır. Mütləq müayinələr olunub, tədbirlər başlamalıdır. Reanimasiya şəraitində tədbirlər davam olunmalıdır”.

Aynurə İSMAYIL

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:287
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 05 Noyabr 2024 15:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see355

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see297

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see288

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see287

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see270

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see266

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see263

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see254

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see254

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see253

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see236

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see235

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see227

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see219

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see217

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see214

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see212

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see209

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see203

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri