Zehni fəaliyyət bu xəstəliyi ləngidir
Icma.az, Olke.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Yeni araşdırma göstərib ki, zehni aktivliyi qorumaq Alzheimer xəstəliyinin inkişafını gecikdirə bilər.
Ölkə.az xəbər verir ki, oxumaq, yazmaq, xarici dil öyrənmək, şahmat oynamaq və ya müxtəlif məntiq tapmacalarını həll etmək kimi fəaliyyətlər beynin fəaliyyətini gücləndirərək demensiya riskini azalda bilər.
Çikaqodakı “Rush University Medical Center” alimlərinin apardığı tədqiqatda 53–100 yaş arasında olan təxminən 2 000 nəfər 8 il ərzində müşahidə edilib. Araşdırmanın nəticələri “Neurology” jurnalında dərc olunub. Məlum olub ki, zehni fəaliyyətlə müntəzəm məşğul olan insanlarda Alzheimer xəstəliyinin yaranması orta hesabla təxminən 5 il daha gec baş verir.
Mütəxəssislər bildirib ki, beynin davamlı məşq etdirilməsi “kognitiv ehtiyat” adlanan qoruyucu mexanizmi gücləndirir. Bu isə beynin yaşlanma və xəstəlik nəticəsində yaranan zədələrə qarşı daha davamlı olmasına kömək edir. Alimlər həmçinin fiziki aktivlik, yuxu və sağlam həyat tərzinin də beyin sağlamlığı üçün mühüm olduğunu vurğulayıb.(saglamolun)
Baxış sayı:190
Bu xəbər 23 Mart 2026 04:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















