Icma.az
close
up
RU
Zəhra Bədəlbəyli: Bu gün uşaqlara yol açsaq, sabah onlar ölkəmizin fəxri olacaqlar MÜSAHİBƏ

Zəhra Bədəlbəyli: Bu gün uşaqlara yol açsaq, sabah onlar ölkəmizin fəxri olacaqlar MÜSAHİBƏ

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 26 sentyabr, Aytac Haqverdiyeva, AZƏRTAC

Uşaqların inkişafı, onlar üçün bərabər imkanların yaradılması və inklüzivlik bu gün təkcə Azərbaycanda deyil, bütün dünyada getdikcə daha çox aktuallaşan mövzulardır. Xüsusilə neyromüxtəlif uşaqlarla iş, xüsusi təhsil və inklüziv təhsil yanaşmalarının düzgün tətbiqi həm pedaqoqların, həm də valideynlərin diqqət mərkəzindədir. Bu məsələlərdə müəllimlərin uşaqlara yanaşma tərzi, onlara göstərilən qayğı və düzgün davranış böyük əhəmiyyət kəsb edir. Məhz bu kontekstdə Azərbaycan Uşaq Fondunun sədri Zəhra Bədəlbəylinin fəaliyyəti xüsusi əhəmiyyət daşıyır. Artıq 30 ildən çoxdur ki, fond uşaqların hüquqlarının müdafiəsi, onların dəstəklənməsi və inklüziv layihələrin həyata keçirilməsi istiqamətində ardıcıl və məqsədyönlü iş aparır. Azərbaycan Uşaq Fondunun sədri Zəhra Bədəlbəylinin AZƏRTAC-a uşaqlarla iş metodları, inklüziv və xüsusi təhsilin fərqləri, həmçinin müəllimlərin pedaqoji yanaşmalarının uşaqların inkişafına təsiri barədə ətraflı müsahibəsini təqdim edirik.

- Zəhra xanım, özünüz və fəaliyyətiniz haqqında qısaca danışardınızmı?

-Mənim həyatım musiqi ilə başlayıb. Uşaqlıqdan pianonun səsi ilə böyümüşəm, ilk duyğularımı notlarla ifadə etmişəm. Zaman keçdikcə musiqi məni poeziyaya, poeziya isə səhnəyə gətirdi. Mən şeir yazdım, mahnılara sözlər bəstələdim, böyük konsertlər və tədbirlər təşkil etdim. Bu yol mənim yaradıcı, təşkilatçı, insan ruhuna toxunan, həm də böyük kütlələrlə işləməyi bacaran kimliyimi formalaşdırdı.

Bütün bunların içində ən dəyərli missiya isə uşaqlarla işləmək oldu. Mənim həyatımda Azərbaycan Uşaq Fondunun xüsusi yeri var. Fond artıq 35 ildən çoxdur fəaliyyət göstərir. Bu fond təkcə xeyriyyəçilik mərkəzi deyil, həm də bir ideyadır: uşaqlara səs vermək, onların arzularını gerçəyə çevirmək... Mən özümü bu missiyanın davamçısı kimi görürəm. Çünki əminəm ki, uşaqlar üçün edilən hər bir iş əslində millətin gələcəyi üçün edilən işdir.

- Sağlamlıq imkanları məhdud uşaqlarla işləməyə sizi nə təşviq etdi?

-Mən onlarla çoxdan yaxından tanışam, çünki tələbəlik illərindən belə xeyriyyə məqsədilə təşkil etdiyimiz konsertlər və digər tədbirlər tez-tez məhz belə uşaqlar üçün keçirilirdi. Mən ilk dəfə sağlamlıq imkanları məhdud uşaqlarla qarşılaşanda, onların gözlərinə baxanda hiss etdim ki, bu sadəcə fərqli uşaqlar deyil. Onlar bizim həyatımıza işıq gətirən güzgülərdir. Onların baxışında saflıq, içlərində sonsuz sevgi var. Mən o anda başa düşdüm ki, bu uşaqlarla işləmək sadəcə sosial məsələ deyil, vicdan məsələsidir. Onların da səhnəyə çıxmaq, dostları ilə oynamaq, özünü cəmiyyətin içində hiss etmək haqqı var. Məni bu yola gətirən məhz bu inanc oldu. Çünki hər bir uşaq istər sağlam, istər sindromlu olsun bizim gələcəyimizdir və həqiqətən, onların xüsusi qayğıya ehtiyacı çox böyükdür.

- Sizcə, bu uşaqların cəmiyyətə inteqrasiyasında ən böyük çətinliklər hansılardır?

- Ən böyük çətinlik onların özlərində deyil, bizim baxışlarımızdadır. Biz çox vaxt fərqli olandan qorxuruq. Halbuki fərqlilik zənginlikdir, biz hamımız eyni deyilik və elə bu müxtəliflik cəmiyyətimizi gözəl edir. Valideynlər çox zaman övladlarını cəmiyyətə çıxarmaqdan çəkinirlər, çünki laqeyd və bəzən sərt baxışlarla qarşılaşmaqdan qorxurlar. Bəzən hətta ailələr uşaqlarını gizlədir. Bu, çox ağrılı bir haldır. Çünki uşaq dünyaya gəlibsə, onun yaşamaq, sevilmək, qəbul olunmaq haqqı var. Mənim fikrimcə, bu uşaqların cəmiyyətə inteqrasiyasında ən böyük baryer qorxularımızdır. Onları aşmaq üçün isə həm dövlət proqramları, həm maarifləndirici layihələr var.

- Azərbaycanda sindromlu uşaqlar üçün təhsil imkanlarını necə qiymətləndirirsiniz?

- Son illərdə olduqca uğurlu addımlar atılıb. İnklüziv təhsil anlayışı artıq məktəblərdə gündəmə gəlir, müəyyən pilot proqramlar işə düşüb. Amma gəlin açıq danışaq ki, bu, hələ yolun başlanğıcıdır. Ümid edirəm ki, gələcək hər bir məktəb uşaqlar üçün açıq olar.

- Xüsusi və inklüziv təhsil arasında hansı fərqləri görürsünüz?

- Xüsusi məktəblər uşaqlara müəyyən komfort verir, amma onları təcrid edir. Sanki “qorunan bir ada” kimidir. Uşaq orada rahat ola bilər, amma o, real həyata çıxanda çətinlik çəkir. İnklüziv məktəblərdə isə vəziyyət başqa cürdür: uşaq həmyaşıdları ilə ünsiyyət qurur, gündəlik həyat bacarıqlarını mənimsəyir, dostluq etməyi, paylaşmağı öyrənir.

Bəli, inklüzivlik çətindir. Orada müəllim də, valideyn də, sinif yoldaşı da hazır olmalıdır. Amma bu, uşağın gələcəyinə verilən ən böyük sərmayədir. Çünki inklüziv məktəbdə uşaq özünü cəmiyyətin bir parçası kimi hiss edir, təcrid olunmur. Ümumiyyətlə, inklüzivlik təkcə təhsil ocaqlarında olmamalıdır. Çünki sendromlu uşağın yalnız uşaqlarla ünsiyyəti yoxdur. Onun cəmiyyətdə qəbul olunmasına ehtiyacı var, həm həmyaşıdlar, həm də böyüklər arasında... Bu isə artıq geniş şəkildə mediada və sosial şəbəkələrdə təbliq olunmalıdır.

- Müəllimlərin və pedaqoqların bu sahədə hazırlıq səviyyəsini necə dəyərləndirirsiniz?

- Müəllimlər arasında böyük ürəklə çalışan insanlar var. Onlar öz sevgiləri və səbrləri ilə çox iş görürlər. Amma ümumi sistemdə bəzən müəllimlər bu uşaqlara necə yanaşmalı olduqlarını, dərsi necə qurmalı olduqlarını bilmir. Bu sahədə pedaqoqlar xüsusi proqramlar, praktik kurslardan yararlana bilər. Çünki əsas məsələ sadəcə dərs keçmək deyil, eyni zamanda, psixologiya, empatiya, alternativ metodları bilməkdir. Mən arzu edirəm ki, müəllimlər bu sahədə daha çox dəstək alsın, özlərini tək hiss etməsinlər. Bu məsələyə dair mütəmadi olaraq xarici ekspertlərin treninqləri, mühazirələri keçirilməlidir.

- Valideynlərin övladlarının təhsili ilə bağlı rolu və münasibəti barədə nə deyə bilərsiniz?

- Valideyn övladın ilk müəllimidir. Əgər valideyn uşağına inanırsa, uşağın da qanadları açılır. Amma təəssüf ki, bəzən valideynlər özlərini təcrid edirlər, çünki “digərlərinin nə deyəcəyindən” qorxurlar.

Mənim fikrimcə, valideynlər üçün də xüsusi dəstək proqramları olmalıdır. Onlara öyrətmək lazımdır ki, övladlarını olduğu kimi qəbul etsinlər, utanc hissi ilə deyil, sevgi ilə yanaşsınlar. Çünki uşaq özünü valideynin gözlərində necə görürsə, həyatda da elə formalaşır.

- Sağlamlıq imkanları məhdud uşaqlarla işləyərkən hansı metodlardan və yanaşmalardan istifadə edirsiniz?

- Uşaq Fondu olaraq, biz hazırda konkret qruplara müəyyən metodları tətbiq etmirik. Lakin mən hesab edirəm ki, ən gözəl metod yaradıcı yanaşmadır. Musiqi, rəsm, teatr – bunlar uşaqlar üçün bir terapiyadır. Onlar öz hisslərini sözlərlə yox, mahnı ilə, fırça ilə, səhnə hərəkətləri ilə ifadə edə bilirlər. Mən görmüşəm ki, uşaq rəsm çəkərkən heç kimin anlamadığı duyğularını rənglərlə izah edə bilir. Bundan başqa, oyun da çox güclü vasitədir. Uşaqlar oyunda həm öyrənir, həm ünsiyyət qurur, həm də öz güclərinə inanırlar. Bu kimi metodların gələcək layihələrimizdə əks olunmasını çox istəyirik. Xüsusi proqramlarda onların yer almasına çalışacağıq.

- Uşaqların sosial və emosional inkişafını dəstəkləmək üçün hansı tədbirlər görürsünüz?

- Ən vacibi onları qəbul etməkdir. Uşaq hiss etməlidir ki, onu olduğu kimi sevirlər. Biz müxtəlif tədbirlər təşkil edərkən mütləq sindromlu uşaqları nəzərə alırıq, onları tədbirlərə cəlb edirik. Bəzi tədbirlərdə uşaqlar öz bacarıqlarını göstərir, alqış qazanır və bu, onların özünəinamını gücləndirir. Bəzi tədbirlərdə isə tamaşaçılar sırasında iştirak edirlər. Onların digər uşaqlarla səhnə paylaşmasına və ya zalda tamaşaçı kimi iştirak etməsinə tam hüquqları olsa da, bu hələ də sıradan bir məsələ deyil.

- Ən çox təsirləndiyiniz və yaddaqalan bir təcrübənizi bölüşə bilərsinizmi?

- Bir dəfə autizm mərkəzində biz uşaqlarla günümüzü keçirəndə, onlardan biri, balaca bir oğlan mənim yanıma gəlib bütün xırda məsələləri izah edirdi: kim niyə öz kaprizini göstərir, kim niyə susur və digər. Məni bu oğlan o qədər təəccübləndirdi… Sonra onlar üçün fortepiano və vokal ifası səslənəndə, o, heyranlıqla qulaq asırdı. Mən o zaman başa düşdüm ki, bu oğlan, sindromlu olmağına baxmayaraq, gələcəkdə cəmiyyətimizin nüfuzlu bir şəxsinə çevrilə bilər. Mən həmin an bir daha anladım: biz bu uşaqlara sadəcə yardım etmirik, biz cəmiyyətin öz ruhunu xilas edirik.

- Bu sahədə gələcək planlarınız və layihələriniz varmı?

- Bəli, planlarım çox böyükdür. Gələcəkdə xüsusi mərkəzlər açmaq niyyətindəyik. Burada uşaqlar oxumaqla yanaşı, həm də peşə öyrənəcək, müstəqil həyata hazırlanacaq. Onların valideynləri üçün xüsusi təlimlər keçiriləcək. Çox istərdik ki, bizim bu layihəmizə dəstək verənlər olsun. Ümid edirəm ki, gələcəkdə heç bir uşaq özünü kənarda hiss etməyəcək. Hər bir uşaq bizim gələcəyimizdir. Əgər biz bu gün uşaqlara yol açsaq, sabah onlar bizim ölkəmizin fəxri olacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:56
embedMənbə:https://azertag.az
archiveBu xəbər 26 Sentyabr 2025 12:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2025 ci ilin oktyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

24 Sentyabr 2025 18:39see225

Zelenski BMT də danışır: Dostlar və silahlardan başqa təhlükəsizlik zəmanəti yoxdur

24 Sentyabr 2025 17:46see191

Zelenskidən dünyaya vacib MESAJ

24 Sentyabr 2025 18:08see174

Qalatasaray və Fənərbaxça dan Real ın ulduzuna təklif

24 Sentyabr 2025 15:46see171

Xərçəng xəstəliyinin bu növünü yox etməyin çarəsi TAPILDI

24 Sentyabr 2025 17:43see170

Bakı təhlükəsizlik məkanına çevrilir: “Azərbaycan nümunəsi dünya üçün çox əhəmiyyətlidir”

24 Sentyabr 2025 23:49see167

Pul gözlənilmədən gələcək: Sentyabrın sonuna qədər varlana biləcək BÜRCLƏR

25 Sentyabr 2025 00:05see150

Bakıda tanınmış şirkət bahalı maşınlarını ucuz qiymətə satışa çıxardı SİYAHI

24 Sentyabr 2025 19:02see146

“Rebuild Karabakh” Hakatonu Gələcəyin şəhərlərini birlikdə quraq!

25 Sentyabr 2025 11:53see136

Cənubi Koreyada iki il ərzində polisə 60 minə yaxın zəng edən şəxs həbs olundu

25 Sentyabr 2025 05:12see134

Avropa Liqası: Fənərbaxça məğlub oldu günün nəticələri

25 Sentyabr 2025 01:02see133

Torpaq sahəsi almaq istəyənlərin NƏZƏRİNƏ: Hərrac keçiriləcək

24 Sentyabr 2025 20:24see129

Qarabağ ın rəqibinin Çempionlar Liqası heyətində dəyişiklik ediləcək

24 Sentyabr 2025 21:50see128

Putinlə Mişustinin maaşı artdı

24 Sentyabr 2025 21:33see124

Zelenski BMT Baş Assambleyasında çıxışını yekunlaşdırıb

24 Sentyabr 2025 18:36see123

Yollar yenə tıxaclıdır Siyahı

25 Sentyabr 2025 09:03see123

“Mina təhdidi köçkünlərin təhlükəsiz qayıdışına əngəl törədir” Prezident

25 Sentyabr 2025 21:38see121

Yol vergisi alınacaq AÇIQLAMA

25 Sentyabr 2025 12:00see121

Soyuqdəymə ilə qripi necə fərqləndirmək olar? AÇIQLAMA

25 Sentyabr 2025 04:05see120

Ərdoğan Makronla görüşdü

24 Sentyabr 2025 22:00see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri