Icma.az
close
up
RU
“Zelenski cəsur, mərd, vətənpərvər bir insandır” MÜNASİBƏT BİLDİRİLDİ

“Zelenski cəsur, mərd, vətənpərvər bir insandır” MÜNASİBƏT BİLDİRİLDİ

Sia Az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Ukrayna Prezidenti Volodimir Zelenski cəsur, mərd, vətənpərvər bir insandır. Onun Ukrayna torpaqlarının bir qarışını da Rusiyaya güzəştə getmək istəmədiyinə zərrə qədər şübhəm yoxdur. İnanıram ki, əlində olsa o, Rusiya ilə hələ 10-15 il müharibə edər”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Turan Rzayev deyib.

Turan Rzayev sözlərinə belə davam edib: “Amma Zelenski siyasətçi deyil. Yaxşı prezident də deyil. Ümumiyyətlə, yaxşı rəhbər nəyi nə zaman etməli olduğunu biləndir. Müharibəni bitirmək və ya müharibəyə başlamaq məharət, ağıl və iradə tələb edir. Bu məziyyətlər bir rəhbərdə, dövlət başçısında yoxdursa, gec-tez Zelenskinin vəziyyətinə düşməyə məhkumdur.

Bu gün geosiyasi vəziyyət və reallıqlar Kiyevin əleyhinədir. Buna görə mövcud şərtlərə uyğun addım atmaq lazımdır. Bəli bu, hətta müəyyən ərazilərin itkisi hesabına olsa belə. Azərbaycan da vaxtilə Ukraynanın bu gün içərisində olduğu durumla üzləşmişdi. Torpaqlarımızn 20 faizi Ermənistan tərəfindən işğal edilmişdi. Özü də bu gün Ukraynaya yardım edən ölkələrin bir çoxu Ermənistana yardım edirdi. Yəni təklənmişdik. Xoşbəxtlikdən 1994-cü ildə mərhum prezident Heydər Əliyev ağıllı davranaraq iradə nümayiş etdirdi və o dövrün şərtləri ilə atəşkəs razılaşmasının əldə edilməsinə nail oldu. Bu addımı o dövr üçün məğlubiyyət sayanlar vardı. Lakin Azərbaycan 44 günlük müharibə və lokal xarkaterli antiterror tədbirləri ilə torpaqlarını işğaldan azad etdi.

Zelenski də bu gün eynən bunu etməlidir. Ukrayna bu gün müəyyən ərazilərini itirə bilər. Amma Rusiyanın ilk büdrədiyi an hərəkətə keçə bilər. Unutmamaq lazımdır ki, Rusiyanın başındaheç də həmişə Stalin, Putin kimi şəxslər olmur. Həm də Mixail Qorbaçov, Boris Yeltsenlər də ola bilir. Ola bilsin, Volodimir Zelenski Ukraynanın torpaqlarını işğaldan azad etməsini görməyəcək. Amma mütləq bir gün Ukrayna xalqının yetişdirəcəyi bir başqa şəxs buna nail olacaq.
Bu gün Zelenskidə olmayan məzihətlərə sahib bir lider çıxıb torpaqları işğaldan azad edəcək. Ədalət topaldır, yavaş yeriyir, amma gedəcəyi yerə gec-tez çatır. Əmin olduğum bir digər məsələ də budur ki, ABŞ-ın Rusiya ilə işi hələ bitməyib. Bunu görmək üçün H. Kissincer olmağa ehtiyac yoxdur. Vaşinqton üçün hazırda prioritetlər dəyişib. Amma gec-tez ABŞ diqqətini yenidən Rusiyaya yönəldəcək. Bu dəfə Ukrayna qurban yox, qalib olacaq!”.

Ayşən Vəli

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:181
embedMənbə:https://sia.az
archiveBu xəbər 03 Mart 2025 12:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see487

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see438

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see338

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see288

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see279

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see275

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see270

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see263

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see245

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see237

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see229

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see223

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see221

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see217

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see212

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see208

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see207

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see195

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see187

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri