Icma.az
close
up
RU
Статья не опубликована
Zelenski Ərdoğanın çətiri aıtında... Deputatdan açıqlama

Zelenski Ərdoğanın çətiri aıtında... Deputatdan açıqlama

Aznews.az saytından alınan məlumata görə, Icma.az bildirir.

“Beynəlxalq münasibətlər sistemində “çətir” anlayışı xüsusi yer tutur və iki əsas kontekstdə istifadə edilir. Birinci kontekst sırf praktiki məqsəd daşıyır – yağışlı havada və ya təhlükəsizlik baxımından mühafizəçilər tərəfindən tutulan çətir. İkinci kontekst isə simvolik məna daşıyır: bir tərəfin digər tərəfin üzərində çətir tutması onun himayəsi və ya proteksiyası altında olduğunu göstərən diplomatik bir jest hesab olunur. Bu tip simvolik məqamlar beynəlxalq diplomatiyada ciddi nəzərə alınır. Ümumiyyətlə, bədən dili diplomatik münasibətlərdə mühüm elementlərdən biridir. Məsələn, son görüşlərdən birində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın verdiyi bədən dili siqnalları, o cümlədən “bəyənmə” işarəsi, müxtəlif siyasi məqamlara işarə kimi qəbul edildi”.

Bu fikirləri AzNews.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Allahverənov deyib.

Deputat qeyd edib ki, bu görüşün önəmini artıran məqamlardan biri də Ukrayna Prezidenti Volodimir Zelenskinin əvvəlcə Rusiya rəsmiləri ilə danışıqlara qatılmaq ehtimalı ilə bağlı yayılan xəbərlər, lakin son anda qərarını dəyişərək Türkiyəyə səfər etməsi idi.

Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Ukrayna Prezidenti Volodimir Zelenskinin görüşü həm yerli, həm də dünya mediasında gündəm olub. Xüsusilə rəsmi qarşılanma mərasimi zamanı çəkilən görüntülər maraqla qarşılanıb. Belə ki, yağış yağdığından Ərdoğan çətirini Zelenski ilə paylaşıb və tərəflər birgə foto çəkdirib.

“Bu, Ukrayna diplomatiyasının strategiyasında mühüm bir dönüş kimi qiymətləndirilir. Bəzi ekspertlər hesab edirlər ki, ABŞ və Türkiyə arasında bu məsələyə dair müəyyən bir iş bölgüsü mövcuddur: Türkiyə Rusiya ilə, ABŞ isə Ukrayna ilə danışıqlar apararaq tərəfləri yaxınlaşdırmağa çalışır. Digər yanaşmaya görə isə ABŞ-ın dəstəyinin zəiflədiyini hiss edən Ukrayna Avropa daxilində yeni təhlükəsizlik zəmanətləri axtarır. Bu kontekstdə Avropada gedən proseslər – müdafiə sisteminin təkmilləşdirilməsi, vahid Avropa ordusunun yaradılması və bu prosesdə Türkiyə və Böyük Britaniyanın iştirakı xüsusi diqqət çəkir. Türkiyə və Böyük Britaniyanın birgə əməkdaşlığı, Almaniyanın da əlavə edilməsi ilə regionda güclü hərbi-siyasi blokun formalaşmasına səbəb ola bilər”.

Deputat daha sonra bildirib:

“Zelenskinin Ərdoğanla görüşündən sonra NATO Baş katibi Mark Rütte ilə birbaşa təmas qurması da diqqətçəkən məqamlardandır. Burada Türkiyənin Ukraynaya təhlükəsizlik zəmanəti verə biləcəyi məsələsi müzakirə olunub. Zelenski hesab edir ki, təhlükəsizlik zəmanətinin təmin olunması üçün ABŞ, Böyük Britaniya, Türkiyə və bəzi digər dövlətlər prosesdə fəal iştirak etməlidir. Gələcəkdə atəşkəs və ya sülh razılaşması əldə olunarsa, beynəlxalq güclərin təmas xəttində yerləşdirilməsi gündəmə gələ bilər. BMT-nin sülhməramlı qüvvələrinin – “mavi dəbilqəlilər”in, eləcə də Türkiyə və Böyük Britaniya əsgərlərinin burada iştirak etməsi ehtimalı müzakirə olunur. Bütün bu proseslər göstərir ki, Türkiyə həm Qara dəniz hövzəsindəki strateji mövqeyinə, həm də Rusiya və Ukrayna ilə münasibətlərinə görə bu münaqişənin həllində mühüm vasitəçi rolunu oynayır. Fevral ayının sonuna qədər bu mövzuda yeni qərarların qəbul olunması gözlənilir”.

Rəfiqə NAMAZƏLİYEVA,

AzNews.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:79
embedMənbə:https://www.aznews.az
archiveBu xəbər 20 Fevral 2025 19:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see413

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see278

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see226

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see204

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see180

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see165

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see160

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see160

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see159

Bakıda Şaxta baba lar dalaşdı VİDEO

04 Dekabr 2025 17:37see145

10 nəhəng qida şirkəti insan sağlamlığını belə məhv edir... Siyahıda “Coca cola , Nestle” kimi şirkətlər var

04 Dekabr 2025 11:53see140

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see140

Borclu sakinlərə görə bütün binanın istiliyi kəsilirsə... Ekspert

05 Dekabr 2025 08:31see140

Tanınmış şirkətin milyon yarımlıq dələduzluğu işində Hökm oxundu

04 Dekabr 2025 11:29see136

Ritual əşyalarının olduğu sirli bir məzar aşkar edilib...

05 Dekabr 2025 21:47see130

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see130

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see129

Piastri Norrisə kömək etməyəcək

05 Dekabr 2025 00:16see128

Dövlət Turizm Agentliyi ölkəyə turist axınının azalmasına münasibət bildirib

04 Dekabr 2025 11:02see128

İraqdan Hizbullah və husilərlə bağlı şok qərar: Maliyyə hesabları donduruldu

04 Dekabr 2025 19:19see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri