Icma.az
close
up
RU
Zelenski işğalçı dövlətin paytaxtına gələrsə, gərək geri qayıtmasın Politoloq

Zelenski işğalçı dövlətin paytaxtına gələrsə, gərək geri qayıtmasın Politoloq

Icma.az, Redaktor.az portalına istinadən məlumat yayır.

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya lideri Vladimir Putini Kiyevə dəvət edib.

Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən politoloq Abutalıb Səmədov bildirdi ki, Putinlə Zelenskinin Moskvada, yaxud Kiyevdə görüşəcəkləri barədə iddianı ABŞ Prezidenti Donald Tramp səsləndirib:

"Bu prosesi diqqətlə izləyənlər isə dərhal anlamışdılar ki, bu qeyri-mümkündür. Bu barədə dəfələrlə müzakirələr aparılıb, buna bənzər dəvətlər olub. Bundan əvvəl də Zelenski Moskvaya dəvət olunub və Ukrayna Prezidenti bunu dərhal rədd edib. Putinlə Zelenski, təbii ki, son müzakirələri aparmaq üçün haradasa görüşməlidirlər. Bu görüş Əbu-Dabidə də ola bilər, İstanbulda da ola bilər, başqa bir neytral şəhərdə də baş tuta bilər. Amma bu görüş nə Moskvada, nə də Kiyevdə baş verə bilər. Zelenski Moskvaya gələ bilməz. Zelenski işğalçı dövlətin paytaxtına gələrsə, gərək geri qayıtmasın. Putinin Kiyevə getməsi isə ümumiyyətlə qeyri-mümkündür. Çünki Kiyevdə Putinə yaxşı münasibət bəsləyən bir nəfər belə tapmaq mümkünsüzdür. Bu səbəbdən onun Kiyevə getməsində heç bir məntiq yoxdur. Ancaq uyğun şəhərlər var və sülh sazişinə müəyyən qədər yaxınlaşan dövlət liderləri daha ciddi fikirlər səsləndirsələr, daha ciddi təkliflər versələr, təbii ki, bu, yaxşı olar. İnsanların başını bu qədər səviyyəsiz bəyanatlarla qarışdırmağa ehtiyac yoxdur. Nə Putin Kiyevə gələr, nə də Zelenski Moskvaya gedə bilər".

Müsahibimiz hesab edir ki, onların görüşü üçün ən uyğun yer İstanbuldur:

"Çünki danışıqların böyük əksəriyyəti İstanbulda keçirilib və tərəflər ən uğurlu nəticəyə də məhz İstanbulda yaxınlaşıblar. Tamamilə mümkündür ki, son nöqtə də İstanbulda qoyula bilər. Hələlik üç məsələ razılaşdırılmayıb, lakin bunların içində ən çətini, təbii ki, ərazi məsələsidir. Zelenski yaxşı anlayır ki, bu tələbi qəbul etməkdən başqa çarəsi yoxdur və vaxt keçdikcə daha çox Ukrayna torpaqları işğal olunur. Əgər qarşılıqlı hücumlar şəraitində müharibə davam etsəydi, bəlkə də nəyəsə ümid edərək sülhü ləngitmək olardı. Ancaq hadisələr Ukraynanın xeyrinə inkişaf etmədiyinə görə nə qədər tez ABŞ və Rusiyanın irəli sürdüyü tələblər qəbul olunarsa, mən hesab edirəm ki, bu, Ukrayna üçün bir o qədər yaxşı olar".

Nuriyyə NATİQQIZI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:23
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 30 Yanvar 2026 14:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see502

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see229

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see221

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see208

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see207

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see199

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see198

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see195

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see193

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see183

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see179

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see176

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see173

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see171

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see155

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see154

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see151

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see149

Tramp əlindəki göyərmələrdən danışdı: 5 saat yatıram...

28 Yanvar 2026 23:33see143

Mançester Siti ni London klubuna dəyişəcək

28 Yanvar 2026 20:10see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri