Icma.az
close
up
RU
Zelenski Putinlə masaya oturmağa razılaşdı, qalır tarix və yer...

Zelenski Putinlə masaya oturmağa razılaşdı, qalır tarix və yer...

Icma.az bildirir, Turkstan.az portalına istinadən.

“Əgər bu, sülhə nail olmağın yeganə yoludursa, o zaman Rusiya Prezidenti Vladimir Putinlə danışıqlar masası arxasına oturmağa hazıram”. Turkustan.az xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Vladimir Zelenski britaniyalı jurnalist Pirs Morqana müsahibəsində deyib.

“Əgər bu, yeganə konfiqurasiyadırsa, o zaman ukraynalılar üçün sülh əldə etmək və insanları itirməmək naminə biz buna gedəcəyik”, - deyə Zelenski bildirib. O əlavə edib ki, Kreml rəhbəri ilə şəxsi əlaqə bu halda heç bir əhəmiyyət kəsb etmir: “Onu düşmən hesab edirəm və düşünürəm ki, o da məni düşmən sayır”. “ABŞ Ukraynadakı müharibədən milyardlarla gəlir və əvəzsiz döyüş təcrübəsi əldə edib”. Bunu da Ukrayna Prezidenti müsahibəsində deyib. Onun sözlərinə görə, Amerika şirkətləri Rusiyanın Ukraynada apardığı genişmiqyaslı müharibənin yaratdığı böyük tələbat səbəbindən son 50 ildə ən yüksək qiymətə silah müqavilələri bağlayıblar: “Bütün Avropa ölkələrinin buna tələbatı var. İnsanlar qorxurlar. Bu, nəhəng pullardır. Amerika şirkətləri hətta lisenziyalardan da milyonlar qazanıblar, çünki onların Avropada ofisləri var. Ona görə də bu, milyardlarla gəlir deməkdir”.

Bundan əlavə, dövlət başçısı Ukraynada inkişaf etdirilən texnologiyaların Qərb ölkələrinin istifadəsinə verildiyini vurğulayıb. Onun dediyinə görə, xüsusilə Birləşmiş Ştatlar müasir genişmiqyaslı quru müharibəsində təcrübə qazanıb. Özü də təkcə kəşfiyyat məlumatlarından deyil, həm də Amerika silahlarından istifadə edən hərbçilərin təcrübəsindən yararlanıb: “Hansı Amerika silahları işləyir, nə işləmir, nə effektivdir. Biz özümüz Rusiya texnikasına, elektrik şəbəkəsinə və hərbi hədəflərinə qarşı ABŞ-da olmayan PUA-lar hazırlamışıq”.

“Rusiya ilə müharibədə 45 min 100 nəfərə yaxın ukraynalı həlak olub”. Zelenski açıqlayıb. Bundan əlavə, prezident yaralıların sayını açıqlayıb. Onun sözlərinə görə, söhbət təxminən 390 min yaralıdan gedir: “Elə insanlar var ki, yaralanıb, sonra cəbhə xəttinə qayıdıb və yenidən yaralanıb. Yəni yaralanma sayı yaralıların sayından çoxdur”. O əlavə edib ki, əsir götürülən ukraynalı müdafiəçilərin dəqiq sayı məlum deyil. Ancaq söhbət minlərlə insandan gedir. Döyüşlər zamanı minlərlə insan da itkin düşüb. Onların başına nə gəldiyi dəqiq məlum deyil". Ukrayna Prezidenti Vladimir Zelenski amerikalı jurnalist Taker Karlsonun Rusiya lideri Vladimir Putin üçün işlədiyini iddia edib. “Taker Putin üçün işləməyi və ona yaltaqlanmağı dayandırmalıdır”, - o bildirib.

Ukrayna liderinin açıqlamalarında ritorikanın dəyişdiyi müşahidə olunur. Əvvəla, Putinlə dialoqa hazır olduğunu bildirir. Halbuki Rusiyanın gələcək prezidenti ilə danışacağını demişdi və imzaladığı fərmana əsasən, Moskva ilə dialoqa veto qoyulub. İndi isə məlum olur ki, sülh naminə tet-a-tet görüşə razıdır. Hərçənd Kreml lideri bildirmişdi ki, Zelenski qeyri-legitim prezidentdir və yeganə qanuni orqan Ali Radadır. Bununla yanaşı, Putin Zelenskinin də danışıqlarda iştirakını istisna etməmişdi. Habelə, bu açıqlamalarda ABŞ-a da ittihamlar var. Xüsusən də müharibədən milyardlar qazanmasına kinayə ilə vurğu edir.

Qabil Hüseynli

Professor Qabil Hüseynlinin sözlərinə görə, müharibənin tezliklə yekunlaşması gözlənilməsə də, tərəflərdən danışıqlarla bağlı pozitiv bəyanatlar gəlməkdədir. Onun nəzərincə, müharibənin qalibi yoxdur və olmayacaq: “Rusiya "xüsusi hərbi əməliyyatı" başa çatdıra bilmir. Ordu bir qəsəbəni işğal etmək üçün aylarla qan itirir. Pokrovski və Kupyansk istiqamətlərində rus qoşunları əməlli-başlı ilişiblər. Onlara azı 6 ay lazımdır ki, cəbhənin bu hissəsində hədəflərinə çata bilsinlər. Əgər indiki reallıqlar çərçivəsində atəşkəs əldə olunacaqsa, nə Rusiya Donbasın ilhaqını tam həyata keçirmə bilməyəcək, nə də yaxın gələcəkdə konflikt həll olunacaq. Deməli, Putin dayanmaq istəyir və anlayır ki, bütün Donbası götürmək üçün onlar illər lazımdır. Ona görə də qələbə yoxdur və elan edilə bilməz. Əgər rusların resursları və potensialı qalıbsa, gərək hərbi əməliyyatları davam etdirsinlər. Ancaq biz yorğunluq müşahidə edirik".

Q.Hüseynli Ukraynanın da müharibədən yorulduğunu düşünür: “Təbii ki, işğala məruz qalan, hər gün itkiləri olan, şəhərləri bombalanan bir ölkənin və xalqın dinc həyata qayıtmağa ehtiyacı var. Ən azından yeni qurbanlar olmayacaq. Amma ukraynalılar böyük qəhrəmanlıq nümayiş etdirdilər, rus ordusu haqda mifləri dağıtdılar, döyüşməkdən çəkinmədilər. Ümumiyyətlə, Ukrayna xalqı və dövləti işğal qarşısında məğrur dayandı. Sadəcə, kollektiv Qərb dəstəyi xəsisliklə verdi, yubanmalar, logistikada gecikmələr, hücum silahlarının çox sonradan tədarükü, əks-hücum əməliyyatları və Rusiyanın dərinliklərinin vurulması ilə bağlı qərarlar lazımi anda olmadı. Bu da rusların bəzi ərazilərdə irəliləyişinə gətirib çıxardı. Bütün hallarda, Rusiya strateji olaraq məğlubdur və torpaqları işğalda saxlaması ilə münaqişə yekunlaşmayacaq. Ukrayna istədiyi zaman həmin ərazilərini geri qaytarmaq üçün əməliyyatlara başlaya bilər. Yəni atəşkəsə əməl olunmayacaq. Bu da Ukraynanın legitim hüququdur ki, əraziləri uğrunda mübarizəni davam etdirsin. Rusiya isə o regionlara insanları köçürə bilməyəcək. Ona görə də Putinlə Zelenskinin masada oturması mümkündür, lakin münaqişə bitməyəcək. Tərəflər arasında mümkün görüş yerinə gəldikdə isə Qərb mediasında Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirliyinin adları çəkilir, amma mən bura ev sahibi kimi Türkiyəni də versiya olaraq əlavə edərdim”. /musavat.com/

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:90
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 06 Fevral 2025 10:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Təsadüf, yoxsa səssiz yazılmış ssenari? Məryəm Bağırova yazır

16 İyul 2025 12:49see171

Tramp 17 Patriotun Ukraynaya çatdırıldığını açıqladı

14 İyul 2025 22:13see158

Ağstafa: “Suverenlik yolunun başlanğıcı”

14 İyul 2025 18:51see119

Dolların bahalaşması manata necə təsir edəcək? AÇIQLAMA

14 İyul 2025 18:51see118

Rusiya təbliğatının qəhrəmanı rusların onu döyməsindən şikayətlənib...

14 İyul 2025 21:39see117

Çimərlikdə batma təhlükəsi ilə üzləşən uşaq xilas olundu

15 İyul 2025 00:50see116

Çin “Tuencou 9” yük gəmisini orbitə göndərib

15 İyul 2025 07:50see114

Üçqat çempiondan Tur de Frans ın təşkilatçılarına etiraz

15 İyul 2025 00:59see113

Zelenski Kelloqla görüşdü

14 İyul 2025 16:20see113

Merilinin pasport fotosu bu qiymətə satıldı Fotolar

15 İyul 2025 00:27see113

“Milan” Modriçi açıqladı

14 İyul 2025 23:01see113

Alim Qasımov yenidən rep deməsi ilə gündəmdə Video

15 İyul 2025 10:54see112

Mərkəzi Asiya Avrasiyanın əsas regionuna çevrilir

15 İyul 2025 20:21see112

Səbail in yerli oyunçulardan ibarət 11 liy i məlumdur ADLAR

15 İyul 2025 17:49see112

FİFA PSJ nin baş məşqçisi və futbolçusunu cəzalandıra bilər

15 İyul 2025 07:32see111

Ursula von der Leyen Trampa nifrət edir

15 İyul 2025 14:24see111

Ukraynanın 55 PUA sı vurulub

15 İyul 2025 08:24see111

Hansı atalar qız övladlarına daha çox qayğı göstərir?

15 İyul 2025 20:22see111

Polis təbiətin də keşiyindədir

14 İyul 2025 17:33see110

Çoxmərtəbəli binalarda yaşayanların NƏZƏRİNƏ

16 İyul 2025 00:37see110
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri