Zelenski Sandu ilə görüşdü
Unikal.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Ukrayna lideri Volodimir Zelenski Moldova prezidenti Maya Sandu ilə görüşüb.
"Unikal" xəbər verir ki, bu barədə Ukrayna prezidentinin "Telegram" kanalında bildirilib. Görüşdə Ukraynada davamlı sülhə nail olmaq və ikitərəfli əməkdaşlığı gücləndirmək üçün addımlar müzakirə edilib.
"Ukrayna üçün indi prioritet ən azı 30 gün ərzində tam atəşkəsdir. Bu, diplomatiya üçün əsas yaratmalıdır", - məlumatda deyilir.
İki ölkə lideri həmçinin enerji təhlükəsizliyi, Avropaya inteqrasiya, Avropada seçkilərin nəticələrinin siyasi proseslərə təsiri və “Rusiya üçün hibrid təhdidləri” müzakirə ediblər.
Zelenski Sanduya Ukraynaya verdiyi dəstəyə və Avropaya inteqrasiya prosesində Kiyevə kömək etmək istəyinə görə təşəkkür edib.
Baxış sayı:89
Bu xəbər 16 May 2025 22:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















