Zelenski “Tomaqavk” raketlərinin Ukraynaya verilməməsinin səbəbini açıqldı
Icma.az bildirir, Azpolitika.az portalına istinadən.
Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, ABŞ-dən uzaqmənzilli “Tomaqavk” raketlərinin alınması təkcə onların mövcudluğundan asılı deyil, həm də bu silahların effektiv istifadəsi və hərbi koordinasiya məsələləri ilə bağlıdır.
Bu barədə jurnalistlərə açıqlama verən dövlət başçısının sözlərinə görə, ABŞ Prezidenti Donald Tramp bu raketlərin Ukraynaya verilməsinə ehtiyatla yanaşır, çünki Rusiya ilə diplomatik səviyyədə görüşdən əvvəl gərginliyin artmasını istəmir.
“Tramp açıq şəkildə dedi ki, Tomaqavklar Amerikaya da lazımdır. Məncə, o, ruslarla görüşənə qədər eskalasiyadan çəkinir”, — Zelenski vurğulayıb.
Ukrayna lideri həmçinin qeyd edib ki, Kiyev hazırda Avropa liderləri ilə birgə ABŞ-a silah tədarükü üçün müraciət məsələsində mövqeləri uzlaşdırır:“Biz Tramp ilə görüşdən dərhal sonra Avropa liderləri ilə danışdıq. Onlar da bu məsələ ilə bağlı ona müraciət etmək niyyətindədirlər. Hazırda daimi koordinasiya aparılır".
"AzPolitika.info"
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:41
Bu xəbər 20 Oktyabr 2025 14:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















