Tomaqavk raketlərinin Ukraynaya verilməsi nüvə müharibəsinin artmasına səbəb olacaq
Missiya.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“Kiyevə ABŞ-nin “Tomaqavk” qanadlı raketlərinin mümkün tədarükü Ukrayna münaqişəsinin həllinə gətirib çıxarmayacaq, əksinə, nüvə müharibəsini alovlandıra bilər”.
Missiya.Az xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko qlobal beynəlxalq vəziyyət və Belarus-Amerika münasibətlərinin inkişafı ilə bağlı görüşdə deyib.
"Heç bir “Tomaqavk” raketi problemi həll etməyəcək və vəziyyəti nüvə müharibəsinə aparacaq. Yəqin ki, ABŞ Prezidenti Donald Tramp bunu hamıdan yaxşı başa düşür, çünki o, bu ölümcül silahı təhvil verməyə və Rusiyaya dərin zərbələr endirməyə tələsmir", - deyə siyasətçi bildirib.
Qeyd edək ki, bundan öncə Donald Tramp “Tomaqavk” raketlərinin Ukraynaya verilə biləcəyini bəyan edib.
Daşqın Həsənov
Missiya.Az


