Icma.az
close
up
RU
Zelenski Tramp qarşısında niyə geri çəkilir? Ukraynanın aqibəti ilə bağlı yeni suallar

Zelenski Tramp qarşısında niyə geri çəkilir? Ukraynanın aqibəti ilə bağlı yeni suallar

Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ötən həftə Ağ Evdə Donald Trampla Volodimir Zelenski arasında gərgin görüş baş verdi və daha sonra Zelenski İngiltərəyə gedib, orada mühüm görüşlər keçirəndən sonra, rəsmi Vaşinqton ilə Kiyev arasında münasibətlər daha da kəskinləşdi. Birləşmiş Ştatlar Ukraynaya yardımını dayandırdı, Tramp isə Zelenskiyə qarşı əlavə cəbhə açdı. Lakin son xəbərlərə nəzər salanda, Kiyevin mövqeyini dəyişdirdiyi görünür. Belə ki, əvvəl Ukrayna prezidenti amerikalı həmkarının ona Rusiya ilə sülh bağlaması istiqamətində atacağı addımlarla bağlı şərtlərindən sonra, etirazı səbəbilə Ağ Evdən "qovulmuşdusa", indi sülh əldə etmək üçün Trampın rəhbərliyi altında işləməyə hazır olduğunu bəyan edib:

"Ukrayna ABŞ ilə "istənilən vaxt və istənilən əlverişli formatda" faydalı qazıntılar üzrə saziş imzalamağa hazırdır", - deyə Zelenski ötən gün diqqətə çatdırıb.

Elə həmin gün Donald Tramp Konqresdəki çıxışında Baydeni ABŞ tarixinin ən bərbad prezidenti adlandırıb və Birləşmiş Ştatların heç bir zəmanət olmadan Ukraynanın müdafiəsinə milyonlarla dollar pul xərclədiyini, müharibəyə son qoyulacağını qeyd edib.

Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) sədri, türkiyəli siyasi tədqiqatçı Hasan Oktay Oxu.Az-a açıqlamasında deyib ki, Fransa və İngiltərə müaribənin davam etməsini, digər tərəfdən isə hamının qəbul edəcəyi sülhün bərqərar olmasını istəyirlər:

"Gələn həftə Fransa və İngiltərə Zelenski ilə Amerikaya səfər edəcək və Trampla görüşəcək. Trampın Zelenskiyə qarşı davranışı fonunda Ukrayna liderinin Trampa sazişlə bağlı məktub yazmasını nəzərə alsaq, gedişat sülh atmosferini meydana gətirir. Zelenski Trampla ilk görüşündə ABŞ prezidentinin ukraynalı həmkarının əleyhinə olan sülh şərtləri irəli sürəcəyi düşünülürdü, lakin sonrakı dövrdə Tramp Ukrayna böhranını Avropa İttifaqına həvalə etməklə, Rusiyaya tətbiq etdiyi embarqoları yumşaldaraq Ukrayna-Rusiya sülhdən daha çox Tramp-Putin sülhünə çevirmiş kimi görünür. Tramp əslində mesaj verdi ki, ABŞ Avropa İttifaqı üzərindəki qalxanı qaldırır, Amerika artıq kənarda maliyyə və hərbi yardımla etməyəcək, dolayısı ilə Ukrayna məsələsində də Rusiya ilə Avropanı bir-birinə qarşı qoyacaq və müəyyən mənada bunu da yeni həll yolu kimi təqdim edir. Trampın planı əvvəlcə Ukraynanı razı salmaq, daha sonra ola bilsin ki, Aİ-ni özündən asılı salaraq Çinə qarşı böyük əməliyyat keçirməkdir".

Mərahim Nəsib

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:96
embedMənbə:https://oxu.az
archiveBu xəbər 06 Mart 2025 15:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see258

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see242

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see234

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see189

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see187

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see185

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see183

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see178

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see177

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see171

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see161

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see155

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see152

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see151

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see148

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see146

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see146

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see143

Andrey Demçenko: İmişli də eyni şərtlərdə oynayırdı

23 Yanvar 2026 17:28see143

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri