Icma.az
close
up
RU
Zelenski: Trampın “Tomahawk”larla bağlı tələsməməsinin səbəbi var

Zelenski: Trampın “Tomahawk”larla bağlı tələsməməsinin səbəbi var

Icma.az bildirir, Qaynarinfo portalına istinadən.

Ukrayna prezidenti Vladimir Zelenski bəyan edib ki, ABŞ-ın Ukraynaya uzaqmənzilli "Tomahawk” raketlərini verməsi məsələsi yalnız onların mövcudluğu ilə bağlı deyil — bu, həm də onların effektiv istifadəsi və hərbi əməliyyatların koordinasiyası ilə əlaqəlidir.

Qaynarinfo xəbər verir ki, Zelenski bu barədə "RBK-Ukrayna”ya açıqlamasında bildirib.

"Məsələ sadəcə ‘Tomahawk”larda deyil. Söhbət silahın necə istifadə olunmasından gedir. Səndə ATACMS ola bilər, amma onları necə tətbiq edirsən? Bu, hərbi məqsədlər və koordinasiya məsələsidir”, – o deyib. Prezident qeyd edib ki, ABŞ tərəfi, o cümlədən prezident Donald Tramp raketlərin ötürülməsinə ehtiyatla yanaşır, çünki o, Rusiya ilə diplomatik danışıqlar başlamazdan əvvəl gərginliyin artmasını istəmir:

"Uzaqmənzilli silahlarla bağlı ikinci məsələ, məhz "Tomahawk”larla əlaqədardır. Prezident Tramp açıq şəkildə dedi ki, bu raketlər Amerikanın özünə lazımdır. Mənim fikrimcə, o, "ruslarla” görüşənədək eskalasiyanın artmasını istəmir”.

Zelenskinin sözlərinə görə, Kiyev Avropa liderləri ilə bu məsələni koordinasiya edir və onlar da ABŞ-a silah təchizatının sürətləndirilməsi üçün müraciət etməyi planlaşdırırlar:

"Biz Tramp ilə görüşdən dərhal sonra Avropa liderləri ilə danışdıq. Onlar da özləri bu məsələ ilə bağlı Trampa müraciət etmək istəyirlər. Biz daimi koordinasiyadayıq”, – deyə o əlavə edib.

Qeyd edək ki, Tramp, Putinlə telefon danışığından sonra Ukraynaya "Tomahawk” raketlərinin verilməsinə hələ razılıq verməyib. Qərb müşahidəçiləri bunu Putinin diplomatik qələbəsi kimi qiymətləndirirlər — Kreml, Ukraynanın güclənməsinin qarşısını alaraq, diplomatik danışıqlar bəhanəsi ilə cəbhədə əlavə bir neçə həftə vaxt qazanıb.

Amerikalı analitik, Saratoga Foundation analitik mərkəzinin rəhbəri Qlen Hovard isə hesab edir ki, Tramp administrasiyasının tərəddüdləri zəiflik deyil, əksinə Kremlə qarşı təzyiq strategiyasının bir hissəsidir.

Alpər

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:222
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 20 Oktyabr 2025 15:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see368

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see270

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see255

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see244

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see240

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see237

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see233

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see230

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see226

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see219

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see208

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see198

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see195

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see193

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see193

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see193

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see192

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see180

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see180

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri