Zelenski: Trampla qalmaqalı müzakirə etmək istəmirəm
Missiya.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Tramp və vitse-prezidenti Ceyms Devid Vens ilə bağlı insidentin səbəblərini başa düşdüyünü, lakin baş verənləri müzakirə etmək niyyətində olmadığını bildirib.
Missiya.Az “Report”a istinadən xəbər verir ki, o, bu barədə Londonda keçirilən sammitin yekunları üzrə Ukrayna və Britaniyadan olan KİV nümayəndələri ilə söhbəti zamanı söyləyib.
“Baş verənləri müzakirə etmək istəmirəm. Düşünmürəm ki, bu formatda güclü əlaqələr qurmağa davam etmək olar. Əminəm ki, bu vəziyyət keçəcək. Qarşıda daha vacib şeylər var və hamımız konstruktiv olmağa davam etsək, o zaman müsbət nəticə əldə olunacaq”, - Zelenski deyib.
Ukrayna lideri vurğulayıb ki, insidentin mahiyyətini başa düşsə də, təfərrüatları özündə saxlamağa üstünlük verir. O, həmçinin müttəfiqlərdən, o cümlədən də amerikalılardan konstruktiv dialoqu davam etdirəcəklərini gözlədiyini söyləyib və onları kimin təcavüzkar olduğunu xatırlamağa çağırıb.
 Baxış sayı:64
Baxış sayı:64 Bu xəbər 03 Mart 2025 19:31 mənbədən arxivləşdirilmişdir
Bu xəbər 03 Mart 2025 19:31 mənbədən arxivləşdirilmişdir



 Daxil ol
Daxil ol
 Xəbərlər
Xəbərlər Hava
Hava Maqnit qasırğaları
Maqnit qasırğaları Namaz təqvimi
Namaz təqvimi Qiymətli metallar
Qiymətli metallar Valyuta konvertoru
Valyuta konvertoru Kredit Kalkulyatoru
Kredit Kalkulyatoru Kriptovalyuta
Kriptovalyuta Bürclər
Bürclər Sual - Cavab
Sual - Cavab İnternet sürətini yoxla
İnternet sürətini yoxla Azərbaycan Radiosu
Azərbaycan Radiosu Azərbaycan televiziyası
Azərbaycan televiziyası Haqqımızda
Haqqımızda Əlaqə
Əlaqə 
 
 
 
 TDSMedia © 2025 Bütün hüquqlar qorunur
TDSMedia © 2025 Bütün hüquqlar qorunur
 







 Günün ən çox oxunanları
Günün ən çox oxunanları



















