Zelenskini İstanbuldakı görüşə razı salan şəxsin adı məlum oldu
Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.
ABŞ və avropalı rəsmilər Ukrayna Prezidenti Volodimir Zelenskinin Rusiya ilə birbaşa danışıqlara razılıq verməsinə çox çətinliklə razı sala bilib.
Oxu.Az xəbər verir ki, bu barədə "The Washington Post" diplomatik mənbələrə istinadən məlumat yayıb.
Belə ki, Volodimir Zelenski tabeliyində olan rəsmi şəxslərə Rusiya nümayəndələri ilə görüşməyi qadağan etmək niyyətində olub.
"ABŞ və Avropa rəsmiləri Volodimir Zelenskini heç olmasa Prezident Aparatının rəhbəri Andrey Yermakı və xarici işlər naziri Andrey Sibiqanı Türkiyəyə göndərməyin vacibliyinə inandırmağa çalışıblar, lakin bu zaman onlar Ukrayna liderinin müqaviməti ilə üzləşiblər. Volodimir Zelenski ümumiyyətlə İstanbula getməyin mənasını görməyib" - deyə mənbə iddia edib.
Daha sonra məsələyə ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff müdaxilə etməli olub. O, Ukrayna liderini inandıra bilib ki, Rusiya ilə birbaşa danışıqlar hər kəs üçün faydalıdır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 15 May 2025 09:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















