Icma.az
close
up
RU
Zelenskinin ABŞ la faydalı qazıntılarla bağlı sazişi imzalamaması Ağ Evi acıqlandırdı

Zelenskinin ABŞ la faydalı qazıntılarla bağlı sazişi imzalamaması Ağ Evi acıqlandırdı

Qaynarinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

ABŞ prezidenti Donald Trampın administrasiyası Ukrayna prezidenti Volodimir Zelenskinin ölkənin mineral ehtiyatlarının 50%-nə sahiblik hüququnu Amerika hərbi yardımının davam etdirilməsi müqabilində təhvil vermək barədə sazişi imzalamaqdan imtina etməsini "uzaqgörənlikdən uzaq” qərar kimi qiymətləndirib. 

Qaynarinfo xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının nümayəndəsi Brayn Hyuz Associated Press (AP) agentliyinə açıqlamasında bildirib.

Onun sözlərinə görə, ABŞ artıq Kiyevə əlavə yardım göndərməkdən "yorulub" və faydalı qazıntıların hasilatı üzrə razılaşma amerikalı vergi ödəyicilərinə Ukraynaya yatırılan vəsaitləri "geri qaytarmağa” imkan verəcək. "ABŞ-la bağlanacaq məcburi iqtisadi əlaqələr gələcək aqressiyaya qarşı ən yaxşı zəmanət olacaq və dayanıqlı sülhün ayrılmaz hissəsinə çevriləcək”, – deyə Hyuz Ukrayna hakimiyyətini bunu qəbul etməyə çağırıb.  

Zelenski isə Münhendə ABŞ-ın vitse-prezidenti Cey Di Vens ilə görüşdə sazişi imzalamaqdan imtina edərək bildirmişdi ki, bu razılaşma çərçivəsində Vaşinqton Kiyevə təhlükəsizlik zəmanətləri verməlidir. "Bizə bu sərvətləri qorumaqda kömək edin, birlikdə bundan qazanc əldə edək. Əgər ABŞ-dan təhlükəsizlik zəmanəti almasaq, hesab edirəm ki, bu iqtisadi razılaşma işləməyəcək. Hər şey ədalətli olmalıdır”, – deyə Zelenski vurğulayıb. 

AP-nin Ukrayna rəsmilərinə istinadən verdiyi məlumata görə, Münhendə aparılan danışıqlarda Tramp administrasiyasının nümayəndələri "müqavilə əsasında” hərəkət edir və müharibənin davam etdiyi şəraitdə yataqların necə qorunacağı məsələsini nəzərə almırdı.  

Faydalı qazıntıların hasilatına girişin ABŞ hərbi yardımı və təhlükəsizlik zəmanətləri müqabilində verilməsi təklifini ilk dəfə Zelenskinin özü irəli sürmüşdü. 13 fevralda o, ABŞ-ın maliyyə naziri Skot Bessentə belə bir tərəfdaşlıq sazişi təqdim edib. 14 fevralda Vaşinqton bu memorandumun yenidən işlənmiş variantını Kiyevə təqdim etsə də, Zelenski sənəddə təhlükəsizlik zəmanətləri ilə bağlı heç bir müddəa olmadığını əsas gətirərək onu imzalamaqdan imtina edib. O, bildirib ki, Vaşinqton və Kiyev sənəd üzərində işi davam etdirmək barədə razılığa gəliblər.  

Reuters mənbələrinin məlumatına görə, ABŞ Kiyev rəhbərliyinin sənədi "kor-koranə” imzalamasını istəyib, bu isə Zelenskidə narazılıq doğurub. O vurğulayıb ki, Kiyevdə "həmişə əvvəlcə hər şeyi oxuyurlar”. Daha əvvəl Tramp bəyan etmişdi ki, Ukraynaya hərbi yardım pulsuz olmamalıdır. O, ABŞ-ın artıq bu məqsədlər üçün milyardlarla dollar xərclədiyini xatırladaraq, gələcək dəstəyin davamı üçün 500 milyard dollar dəyərində nadir metallar yataqlarına çıxışın kompensasiya kimi təmin edilməsini tələb edib. "Belə bir saziş olmadan Ukrayna Rusiyanın nəzarəti altına düşmək riski ilə üzləşir”, – deyə Tramp xəbərdarlıq edərək, Kiyevin artıq bu şərtləri qəbul etməyə faktiki razılıq verdiyini bildirib.  

Zelenski isə qeyd edib ki, Ukrayna ehtiyatlarını ABŞ-a pulsuz vermək niyyətində deyil, lakin yataqların birgə işlənilməsinə hazırdır. O, həmçinin vurğulayıb ki, ölkənin mineral ehtiyatlarının təxminən 20%-i, o cümlədən nadir torpaq elementlərinin demək olar ki, yarısı hazırda Rusiyanın işğalı altındadır və buna görə də tərəfdaşlar Ukrayna Silahlı Qüvvələrinə daha güclü dəstək verməlidirlər. Əks halda, Moskvanın bu strateji əhəmiyyətli resursların bir hissəsini Şimali Koreya və İran kimi müttəfiqlərinə ötürmə riski var.

Alpər

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:73
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 17 Fevral 2025 13:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see281

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see261

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see235

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see213

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see205

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see184

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see176

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see176

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see165

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see163

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see160

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see152

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see151

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see150

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see148

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see147

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see147

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see145

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see144

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri