Icma.az
close
up
RU
Zelenskinin Rusiyanın legitimlik şərti qarşısında tələbi: Alternativ üsullar da var

Zelenskinin Rusiyanın legitimlik şərti qarşısında tələbi: Alternativ üsullar da var

Bakivaxti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Ukrayna prezidenti Volodimir Zelenski "Ukrayna NATO-ya üzv olarsa, postumu tərk edərəm" açıqlamasını məqsədli şəkildə ortalığa atıb. Bu bəyanat təsadüfdən gündəmə gəlməyib".

Bunu Bakıvaxtı.az-a açıqlamasında politoloq Natiq Miri deyib.

Ekspert vurğulayıb ki, Rusiya Federal Təhlükəsizlik Xidməti ABŞ və Rusiya nümayəndə heyətinin Ər-Riyadda görüşündən sonra dezinformasiya əməliyyatı keçirdi:

"Çox maraqlıdır ki, bu dezinformasiya əməliyyatı müəyyən mənada öz məqsədinə də çatdı. ABŞ prezidenti səviyyəsində Zelenski "diktator" adlandırıldı. Ardınca Zelenskinin Ukrayna cəmyyətində heç bir nüfuzunun olmadığı, reytinqinin 4 faiz civarında olduğu bildirildi. Nəhayət, üçüncü bir məqam ortalığa atıldı ki, mütləq mənada Ukraynada seçkilər keçirilməlidir. Qeyd olundu ki, indiki hakimiyyət legitim deyil”.

N.Miri deyib ki, əslində bu, dezinformasiya əməliyyatı idi. Məqsəd o idi ki, Rusiya 3 il ərzində ərbi-siyasi cəhətdən Ukraynada əldə edə bilmədiklərini məhz ABŞ-nin əliylə etmək istədi.

Müsahibimizə görə, burada əsas hədəflərdən biri növbəti seçkilərin keçirilməsi, Rusiyayönlü kukla bir namizədin ortalığa çıxarılması, cəmiyyətdə qütbləşmənin artırılması və xaos planının həyata keçirilməsidir:

“Nəticə etibarilə Ukraynanın tamamilə parçalanmasına zəmin yaratmaq və Qərbin bu prosesdən əlini çəkməsinə nail olmaqdır. Zelenski bütün bu dezinformasiya əməliyyatına bir cümlə ilə cavab verdi. Bildirdi ki, heç bir seçki olmayacaq, çünki Ukraynada hərbi vəziyyətdir. Belə məqamda seçkinin olmaması normaldır. Ancaq Donald Tramp Rusiyanın bu hiyləsinə getdi. Rusiyanın Trampın yanına yerləşdirdiyi adamlar var".

Analitik xatırladıb ki, İkinci Dünya müharibəsi davam edərkən Böyük Britaniyada seçkilər keçirilməmişdi:

"ABŞ-də Trumen 4 dəfə prezident oldu, amma seçkilər keçirilmədi. Baxmayaraq ki, müharibə Amerikada getmirdi. Buna rəğmən, seçkilər keçirilmədi və təbii qəbul olundu. Amerika prezidentinin qol çəkdiyi sənədlər bugünədək legitim sayılır. Bu faktın özü Zelenskinin haqlı olduğunu göstərir. Zelenski Ukraynanın təhlükəsizlik məsələsini gündəmə gətirərək bəyan edir ki, prezident kreslosundan yapışmayıb. Haqlı olaraq öncə Ukraynanın təhlükəsizliyinin təminatını istəyir, ondan sonra gedəcəyini bildirir”.

Natiq Miri: Zelenski ölkənin təhlükəsizlik məsələsini gündəmə gətirərək bəyan edir ki, prezident kreslosundan yapışmayıb

Həmsöhbətimiz xatırladır ki, Bayden administrasiyası dönəmində də Ukraynanın NATO-ya qəbul edilməsinə qarşı çıxan Qərb dövlətləri vardı. Macarıstan, Slovakiya kimi ölkələr buna qarşı çıxırdılar. Eyni zamanda Almaniyanın keçmiş kansleri Şolst bunun əleyhinə idi:

“ABŞ sözdə dəstək versə də, Ukraynanı NATO-ya sürükləyə bilmədi. Bunlar reallıqlardır və Türkiyə xarici işlər naziri Hakan Fidan da məhz bu reallıqları dilə gətirdi. Əslində Zelenski özü də bilir ki, bu gün Ukraynanı NATO-ya qəbul etməyəcəklər. Ancaq Rusiyanın "legitimlik" şərti qarşısında elə bir tələb irəli sürür ki, istər-istəməz ham geri çəkilmək məcburiyyətində qalır”.

Politoloq hesab edir ki, alternativ üsullar da var. Onlardan biri ABŞ və Ukrayna arasında təbii minerallarla bağlı müqavilənin imzalanmasıdır:

“Amma istəklər fərqlidir. Tramp öz hədəflərini ən yüksəkdən qoyur və davamlı təzyiqlər fonunda əsl istəklərinə nail olur. ABŞ prezidenti neft-qaz mənbələrini, hətta limanları belə tələb edirdi. Zelenski buna dirəniş göstərdi. Artıq sərt ritorikada düşüş var və Kiyevin istəkləri fonunda intensiv danışıqlar gedir. Yəni Ukraynanın tələbləri nəzərə alınacaq".

Aydın Baxış

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:139
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 27 Fevral 2025 14:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see214

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see198

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see180

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see167

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see156

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see156

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see155

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see154

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see149

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see145

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see143

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see141

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see137

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see135

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see133

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see133

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see133

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see129

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see128

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri