Icma.az
close
up
RU
ZƏNGƏZUR DƏHLİZİ: 5 illik zəhmətin ZƏFƏRİ

ZƏNGƏZUR DƏHLİZİ: 5 illik zəhmətin ZƏFƏRİ

Ses qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İlham Əliyev: Bu nəqliyyat marşrutu - qısaltması TRIPP kimi səslənən “Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu” daha bir tarixi nailiyyət olacaq. Amma yenə də, daha əvvəl qeyd etdiyim kimi, vaxt itirməməliyik. Biz bu işlərlə mümkün qədər tez məşğul olmalıyıq. Birləşmiş Ştatlar bu marşrutu idarə edəcək və ümidvaram ki, regiondakı bütün xalqların xeyrinə bu əlaqə xətlərini qurmaq üçün həmin mühüm vəzifələri öz üzərinə götürəcək investorlar tapılacaq.

1988-1993-cü illərdə Ermənistan Azərbaycana qarşı tamah dişini qıcayanda və bir-birinin ardınca torpaqlarımızı işğal edəndə Naxçıvan üçün də olmazın çətinlikləri yarandı. Çünki Naxçıvanın işğalı da düşmənin baş planında əsas yer alırdı. Başlanğıc olaraq artıq 88-89-cu illərdə Bakı-Naxçıvan qatarlarında hər gün yeni-yeni hadisələr törədilırdi. Qatarlar əvvəlcə daş yağışına tutulur, daha sonra isə gülləbaran edilirdi. Vaqonlar, pəncərələri deşik-deşik idi, yaxud da pəncərə şüşələri tamamilə qırılıb tökülmüşdü, yerinə nazik taxta lövhələr vurulmuşdu. Maşinistlər iki gündən bir döyülüb, təhqir edilirdi. Sərnişinlərin taleyi təhlükə altında idi və bu, ozamankı Azərbaycan rəhbərliyini əsla narahat etmirdi. Lakin naxçıvanlılar yenə də qatarlardan istifadə etmək məcburiyyətində idilər. Çünki paytaxt Bakıya bu nəqliyyat vasitəsi ilə gedib-gəlmək ucuz başa gəlirdi və odövrkü iqtisadiyyatı tənəzzülə uğramış ölkənin unudulmuş regionu olan Naxçıvanın əhalisi çox kasıb vəziyyətdə yaşadığı üçün həyatları təhlükə altında olsa da, bu nəqliyyatdan istifadə edirdilər.

Ermənistan ərazisindən Naxçıvana gələn elektrik enerjisi mütəmadi kəsilir, qaz kəməri partladılırdı. Nəticədə isə bu yerin əhalisi həftələrlə, aylarla işıqsız, qazsız qalır, qış aylarında Naxçıvanın sərt kontinental iqlimində soyuqdan donurdular. Elektrik enerjisinin kəsilməsi zavod, fabriklərin fəaliyyətinin dayanmasına, iş yerlərinin bağlanmasına, əhalinin aclıq, səfalətlə üzləşməsinə, xüsusilə isə informasiya blokadasına salınmasına səbəb olmuşdu. Əhali ölkədə olan hadisələrdən bixəbər yaşayırdı.

Prezident İlham Əliyev həmin günləri belə xatırlayır: “Mənim yadımdadır, 1990-cı illərin əvvəllərində atamın yanına gələrkən qaranlıq içində yaşayırdıq, biz özümüzü şam işığı ilə təmin edirdik. Ulu öndər Heydər Əliyev iş kabinetində neft lampasının işığında işləyirdi. Yəni biz o günləri yaxşı xatırlayırıq.

Təklənmiş adaya bənzəyən Naxçıvan

Ozamankı Azərbaycan rəhbərliyinin Naxçıvana ögey münasibətini də xatırlasaq, muxtar respublikanın son dərəcə acınacaqlı durumu göz önünə gəlir. Belə bir vaxtda Ulu Öndər Heydər Əliyevin Naxçıvana gəlişi əhalinin əsl nicatına çevrildi, hamı Onun timsalında böyük xilaskarını tapdı.

22 iyul 1990-cı il tariximizə böyük bir mərhələnin başlanğıcı, eyni zamanda naxçıvanlıların xilası tarixi kimi daxil oldu. On minlərlə insan muxtar respublikanın şəhər, qəsəbə və kəndlərindən axın-axın Naxçıvan şəhərinə, Ulu Öndərin ziyarətinə gəlir, ona tükənməz sevgisini bildirirdi. Elə həmin gün Naxçıvan şəhərinin mərkəzi meydanında keçirilən möhtəşəm mitinq də yüz minə yaxın insanın iştirakı da dahi rəhbərə xalqın sonsuz məhəbbət və inamının təntənəsi idi.

Təklənmiş bir adaya bənzəyən Naxçıvan görkəmli şəxsiyyətin gəlişi ilə nicat yoluna çıxdı. Azərbaycan Respublikasının Prezidenti cənab İlhаm Əliyev deyir: Sovet İttifaqının dağıldığı ərəfədə və ondan sonra Naxçıvan çox ağır günlər yaşayıb. O illərdə ancaq Ulu Öndər Heydər Əliyevin əzmkarlığı, qətiyyəti və siyasi bacarığı Naxçıvanı böyük bəlalardan qorudu. Azərbaycana edilmiş hərbi təcavüzdən – 1990-cı ilin 20 Yanvar faciəsindən sonra Heydər Əliyev sovet rəhbərliyini kəskin şəkildə ittiham etdi və Sovet İttifaqı Kommunist Partiyasından çıxdı. Bundan sonra ona qarşı böyük təzyiqlər başlandı. O, məcbur olub Moskvadan Bakıya döndü. Ancaq Bakıda ovaxtkı rəhbərlik təzyiqləri davam etdirirdi və Heydər Əliyev öz Vətəninə, doğulduğu yerə – Naxçıvana gəldi. Onun gəlişi Naxçıvanı böyük bəlalardan qurtardı. Naxçıvanlılar Heydər Əliyevi qorudular, Heydər Əliyev isə Naxçıvanı qorudu.

İllər ötdükcə, blokada Naxçıvanı düşmənə meydan oxudu. Məhv olma­ması, yaşaması ilə onların gözdağına çevrildi. Blokada Naxçıvanı informasiya blokadasını yarıb səsini dünyaya yaydı. Mənsub olduğu ölkə­nin rəhbərliyinin cəsarət edib toxuna bilmədiyi məsələlərə toxundu. 1990-cı il noyabrın 17-də Naxçıvan parlamentinin dahi şəxsiyyət Heydər Əliyevin sədrliyi ilə keçirilən sessiyasında Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının dövlət bayrağı kimi qəbul edilməsi haqqında tarixi qərar imzalandı. Dahi şəxsiyyətin təşəbbüsü və rəhbərliyi ilə Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adından “sovet sosialist” sözləri çıxarıldı.

Azərbaycanın müstəqilliyinə gedən yol Naxçıvandan başlandı. Bu yolun bələdçisi isə Ulu Öndərimiz Heydər Əliyev idi. 1991-ci ildə qazandığımız və 1920-ci ildəki kimi itirilmək təhlükəsi qarşısında olan müstəqilliyimiz məhz Ümummilli Liderimizin sayəsində xalqa bəxş olundu.

Qarabağın işğalı ilə yaşıd Naxçıvan blokadası

Biz 5 il əvvələ kimi 30 ilin torpaq həsrətliləri, həm də 30 ilin blokada Naxçıvanının insanları idik. 1990-cı illərin alın yazısına çevrilən bu iki acının da düyünü çözülüb artıq. Ölkə Prezidentinin həm hərb meydanında, həm siyasi müstəvidə bütün dünyaya nəyə qadir olduğumuzu göstərməsi ilə, dəmir yumruq ətrafında birləşməyimizlə, övladımızı itirib “Vətən sağ olsun!” deməyimizlə, dağılan, viranə qalan evlərimizə alın belə qırışdırmamağımızla, uçuq-söküklər altından yalnız bayrağımızı xilas edib köksümüzə sıxmağımızla bütün dünyaya milli mənliyin, torpaq sevgisinin nə olduğunu bəyan etdik. İndi illərlə acılarımıza susan dünya ölkələrinə həm hərbimizlə, həm də mənəvi dəyərlərimizlə örnəyik.

İkinci Vətən müharibəsi həm Qarabağla yaşıd olan Naxçıvan blokadasının 30 illik düyününü açmağa başladı. Müharibə bitən gün artıq Naxçıvanın da Qarabağ torpaqları kimi, həsrət qaldığı anası Azərbaycanın qoynuna sığına biləcəyi, həsrətin sona yetəcəyi ümidləri yarandı insanlarda. Çünki buna düşünülmüş siyasətin bəhrəsi olan 10 noyabr Bəyanatı ilə nail olmaqdaydıq. Ölkə Prezidentinin xalqımıza müraciətindən: “Doqquzuncu bənddə göstərilir ki, bölgədəki bütün iqtisadi nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan Respublikası vətəndaşların nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin orqanları həyata keçirir və tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcək. Bu 9-cu bənd sırf mənim təkidim nəticəsində Bəyanata salınmışdır. Çünki müzakirə olunan, uzun illər müzakirə olunan sülh planında belə açıq-aydın müddəa yox idi. Yəni nəzərə alınırdı ki, bütün kommunikasiyalar açılacaqdır və Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın əsas hissəsini birləşdirən dəhliz haqqında söz getmirdi. Hesab olunurdu ki, bu ümumi ifadə bunu ehtiva edir. Burada isə konkret göstərildi ki, Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın əsas hissəsi arasında dəhliz yaradılır və bu dəhlizin təhlükəsizliyini Ermənistan yox, Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin orqanları həyata keçirir. Yəni bu dəhliz tam təhlükəsiz olacaq. Eyni zamanda, ikinci məsələ - tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası - bu məsələni tam və gələcəyə hesablanmış çərçivədə həll etmək üçün əlavə də bənd salındı. Yəni bu nə deməkdir? O deməkdir ki, iki dəhliz olmalıdır. Əgər lazım olsa, iki dəhliz olmalıdır. Bu, bizim tarixi nailiyyətimizdir. Biz Naxçıvanı həm mühasirədən çıxarırıq, eyni zamanda yeni bir nəqliyyat damarını açırıq. Deyə bilərəm ki, bütün ölkələr buradan ancaq faydalanacaq. Azərbaycan öz ayrılmaz hissəsi olan Naxçıvanla birləşir”.

40 kilometrlik məsafədə bitən problem

2020-ci ildə 44 günlük İkinci Vətən müharibəsində əldə etdiyimiz tarixi Zəfər Naxçıvanın dəmir yolu məsələsini də gündəmə gətirdi. Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının Baş naziri və Rusiya Federasiyasının Prezidentinin 2020-ci il 10 noyabr tarixdə imzaladıqları Bəyanata dövlətimizin başçısının təşəbbüsü ilə Azərbaycan respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin bərpası, təhlükəsizliyinə zəmanət məsələsi də salındı.

Ermənistan üzərinə götürdüyü öhdəlikdən qaçsa da, bu nəqliyyat əlaqəsi Naxçıvanla Zəngilan arasındakı cəmi 40 kilometr məsafə olan Zəngəzur dəhlizi ilə mümkün olacaqdı. Çünki dövlət başçısının da dediyi kimi, bu gün Zəngəzur dəhlizi artıq dünyada qəbul edilmiş termindir.

Avqustun 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan Azərbaycan Respublikasının Prezidentinin və Ermənistan Respublikasının Baş nazirinin Amerika Birləşmiş Ştatlarının Vaşinqton şəhərində keçirilmiş görüşünə dair Birgə Bəyannaməni imzaladılar. Bəyannamədə Zəngəzur dəhlizinin açılması ilə bağlı müddəalar da yer alır.

Bu Bəyannamə dövlətimizin başçısının son beş ildə Zəngəzur dəhlizinin açılması-Naxçıvanın aid olduğu ölkə ilə quru yolunun bərpa olunması istiqamətində yorulmaz fəaliyyətinin uğurlu nəticəsidir. Baxmayaraq ki, bu yolda da olmazın maneələri ilə qarşılaşdıq.

Prezident İlham Əliyev Vaşinqtonda Azərbaycanın media nümayəndələrinə verdiyi müsahibədə bu barədə ətraflı danışdı: O ki qaldı, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında quru əlaqəsinə, bilirsiniz ki, bu mövzu ətrafında biz son beş ildə nə qədər şayiələr, nə qədər təxribatlar ilə üzləşmişik. Müxtəlif ölkələrin rəhbərləri Azərbaycanın guya ermənilərə hücum etməyi planlaşdırdığı barədə şayiələr yayırdılar, ölkəmizin bu ərazini guya güc yolu ilə ələ keçirməyi planlaşdırdığını deyirdilər. Bunun yalan məlumat olduğu barədə bütün cavablarımız nəticə vermirdi, çünki bu yanlış təsəvvür Vaşinqton da daxil olmaqla, artıq yaranmışdı. Bu azərbaycanofobiyanın hərəkətverici qüvvəsi Bayden administrasiyası idi və biz bunu dəqiq bilirik. Çünki bir çox hallarda avropalı tərəfdaşlarımızla söhbətlərdə onlar bizə bu məlumatın Baydenin komandasından gəldiyini deyirdilər. Onlar Azərbaycanın guya aqressiv niyyətləri barədə qəsdən şayiələr yayırdılar. Hətta Prezident Trampın administrasiyasının ilk aylarında bəzi dövlət qurumlarında köhnə komandanın hələ də çalışan nümayəndələrindən gələn belə yalanlar olub. Onların fəaliyyətinə əsas təsiri Azərbaycana nifrət edən “Human Rights Watch”, “Freedom House” kimi QHT-lər və ya USAID, “Azadlıq” radiosu göstərib. Bilirsiniz ki, Prezident Tramp dünyanı USAID adlanan bu fəlakətdən məharətlə xilas etdi. Beləliklə, bu, bizim üçün bu məlumatların yanlış olduğunu izah etmək bir növ çağırış idi. Ona görə də izah etməli idik ki, bizim belə bir niyyətimiz yoxdur.

Bu gün baş verənlərin nəticəsində isə Prezident Trampın şahidliyi ilə Ermənistanın Baş nazirinin şəxsən imzaladığı birgə bəyannamədə Azərbaycanın əsas hissəsindən Naxçıvan Muxtar Respublikasına maneəsiz keçidlə bağlı mövqeyimizi dəqiq əks etdirən müddəa var. Sənəddə bu, Ermənistanın suverenliynə hörmət prinsipi ilə qeyd olunub. Beləliklə, biz istəyirdik ki, Azərbaycanın bir hissəsindən digər hissəsinə maneəsiz giriş əldə edək. Yeri gəlmişkən, bu, həm də Ermənistanın 2020-ci il noyabrın 10-da imza atdığı öhdəlik idi, lakin beş il ərzində heç bir irəliləyiş olmamışdı. Ərazidə heç bir iş aparılmırdı. Bu illər ərzində biz dəmir yolunu az qala Ermənistan sərhədinə çatdırmışıq. Təxminən bir ildən az vaxt lazımdır, sürətlə işləsək, bəlkə də altı aya onu tamamilə Ermənistan sərhədinə çatdırarıq.

Biz Qafqazda sülhü bərqərar edirik

İkinci Vətən müharibəsindəki tarixi Zəfərə qədərki 30 il və müharibədən sonrakı 5 il ərzində Ermənistanın sülhdən və öhdəliklərindən boyun qaçırması səbəbilə 10 noyabr Bəyannaməsinin də reallaşmaması Azərbaycan və Ermənistan dövlət başçılarının Amerikada görüşməsi ilə uğurla nəticələndi. Amerika dövlət başçısının şahidliyi ilə imzalanan Birgə Bəyannamə Zəngəzur dəhlizinin açılması ilə yanaşı, həm də regionda sülhün bərqərar olmasına təminat verir.

İlham Əliyev: Bu, həqiqətən tarixi gündür - biz Qafqazda sülhü bərqərar edirik və bu fürsət təkcə bizim regionla məhdudlaşmayacaq. Prezident Trampın düzgün qeyd etdiyi kimi, “Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu” yeni bağlantı əlaqələri yaradacaq, sədləri aradan qaldıracaq və sərmayələr, firavanlıq, sabitlik sayəsində çoxsaylı ölkələr üçün bağlantı imkanları yaradacaq. Azərbaycan və Ermənistan Sovet İttifaqının süqutu nəticəsində eyni vaxtda müstəqillik əldə edib. Ancaq artıq o vaxt biz müharibə şəraitində idik. Biz müharibələrə, işğal dövrünə və qan tökülməsinə uzun illər sərf etdik. Bu gün tarixi gündür, çünki biz sülhü bərqərar edirik. Prezident Tramp Qafqaza sülh gətirir və biz buna görə ona minnətdarıq. Əminəm ki, Ermənistan ilə Azərbaycan sülhün əldə olunması üçün özlərində cəsarət və məsuliyyət tapacaq, xalqlarımız da barışacaqlar. Biz qarşıdurma və qan tökülməsi səhifəsini çevirəcəyik, uşaqlarımız üçün işıqlı və təhlükəsiz gələcək təmin edəcəyik. Mən çox şadam ki, biz bu gün yeni, gözəl tarix yazırıq.

Bütün xalq İkinci Vətən müharibəsində əldə etdiyimiz Zəfərə nə qədər sevinir, nə qədər qürur duyurdusa, Amerikada imzalanan Bəyannaməyə bir o qədər sevinir. Çünki həqiqətən də bununla regiona sülh gəlir. Üstəlik də Zəngəzur dəhlizi açılır. 35 ilə yaxın blokada şəraitində yaşayan Naxçıvan blokadadan çıxır. Bu, böyük qələbədir. Dövlət başçısının illərdən bəri həyata keçirdiyi işlərin uğurlu nəticəsi, Zəfər üstünə bir Zəfərin də gəlməsidir.

Mətanət Məmmədova

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi” istiqaməti çərçivəsində hazırlanıb

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:60
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 11 Avqust 2025 15:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Messi MLS dəki növbəti oyunu buraxacaq

10 Avqust 2025 12:54see197

İlham Əliyevlə Məhəmməd Şahbaz Şərif arasında telefon danışığı olub

10 Avqust 2025 16:52see174

Antonio Quterreşdən bəyanat: Qafqazda mühüm mərhələ...

09 Avqust 2025 21:41see132

Semaşko xəstəxanası koronavirusa görə bağlandı

11 Avqust 2025 04:51see129

Xərçəng kimləri hədəfə alır?

10 Avqust 2025 16:35see127

Qəzada ölən Aydan yeni məzun olubmuş FOTO

09 Avqust 2025 23:08see126

Ukraynalı general: “Atəşkəsə getmək və növbəti müharibəyə hazırlaşmaq lazımdır”

10 Avqust 2025 13:16see124

İlham Əliyev Ərdoğana zəng edib Nələr müzakirə olunub?

09 Avqust 2025 19:25see123

Erməni bloqer: Rusiya istehzalı müdafiə tonunda cavab verib, təxribatını əsaslandırmağa çalışacaq

09 Avqust 2025 19:22see122

Fərid Qayıbov: “Gəncə şəhər stadionu ölkənin ən yaxşı futbol arenası olacaq”

10 Avqust 2025 14:27see122

Kasım Jomart Tokayev İlham Əliyevə zəng edib

10 Avqust 2025 15:51see121

Dağıstanda yol qəzası olub

10 Avqust 2025 21:30see119

Yaponiyanın futbol millisinin ən yaxşı bombardiri vəfat etdi

11 Avqust 2025 04:42see119

Avropa liderləri Putindən əvvəl Trampla danışmaq istəyirlər

10 Avqust 2025 23:27see118

Azərbaycanın enerji diplomatiyasında yeni istiqamət: Yaxın Şərq bazarı

09 Avqust 2025 23:21see117

İngiltərə Superkubokunu bu klub qazandı

10 Avqust 2025 22:38see116

Azərbaycanlı gənc futbolçu Norveç klubunda

10 Avqust 2025 16:55see114

Rusiyanın 190 milyardı Ukraynaya verilir FT

11 Avqust 2025 09:00see113

Rusiyanın Zəngəzur həyəcanı: bunu heç kim gözləmirdi Sürpriz qərar

11 Avqust 2025 08:02see113

Ağdam və Xocavənddəki yanğın söndürülüb (Yenilənib)

10 Avqust 2025 16:55see112
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri