Icma.az
close
up
RU
Zəngəzur dəhlizi ilə bağlı müzakirələrə START VERİLİR

Zəngəzur dəhlizi ilə bağlı müzakirələrə START VERİLİR

Modern.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

ABŞ-dan olan nümayəndə heyəti Zəngəzur dəhlizi ("Tramp marşrutu" - TRIPP) məsələsini müzakirə etmək üçün bu həftə Ermənistana səfər edəcək. Məlumata görə, amerikalılar dəhlizin texniki və siyasi detallarını, həmçinin layihəyə yatırılacaq investisiyanın həcmi, prioritetlər və tikinti işlərinə başlama müddətini müzakirə edəcəklər.

Qeyd edək ki, bu gün xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə səfərdə olan ABŞ-ın Orta Dəhliz üzrə Sertifikatlaşdırılmış Ticarət Missiyasının nümayəndələrini qəbul edib. Məlumata görə, görüş zamanı, cari ilin 8 avqust tarixində Vaşinqtonda Azərbaycan və ABŞ Prezidentlərinin və Ermənistanın Baş nazirinin iştirakı ilə aparılmış müzakirələr və imzalanmış sənədlərin tarixi əhəmiyyəti qeyd olunub, bu razılaşmaların regional sülh və tərəqqiyə töhfəsi qeyd edilməklə yanaşı, Azərbaycan-ABŞ əlaqələri üçün böyük perspektivlər açdığı vurğulanıb.Bu xüsusda Azərbaycanın qərb bölgələri ilə ölkəmizin Naxçıvan Muxtar Respublikası arasında maneəsiz gediş-gəlişi təmin edəcək layihənin əhəmiyyəti diqqətə çatdırılıb.
Modern.az-a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov bildirib ki, ümumiyyətlə, Azərbaycan ABŞ-lə münasibətlərin yeni mərhələsini açır:

“Sabah Parlamentin də bununla bağlı iclası olacaq. Azərbaycanla ABŞ tamamilə yeni, strateji əhəmiyyət kəsb edən məsələlər üzrə addımlar atır. İmzalanan sazişlər buna dəlalət edir. Azərbaycan-ABŞ arasında strateji tərəfdaşlıq xartiyasının hazırlanması məqsədilə xüsusi işçi qrupunun yaradılması üçün anlaşma memarandumu imzalanıb. Həmin anlaşma memarandumunda enerji, süni intellekt, müdafiə və sair sahələri əhatə edir. Bundan sonra ABŞ nümayəndələrinin səfəri bölgəyə daha tez-tez olacaq. O cümlədən Azərbaycan rəsmilərinin də ABŞ-yə  orada substantiv, ölkəmizin milli maraqlarını müdafiə edən və onları inkişaf etdirən səfərlərinin sayı artacaq”.

Komitə sədri vurğulayıb ki, Zəngəzur dəhlizi ilə bağlı məsələlərin hamsı danışıqlar əsasında müzakirə olunacaq:

“Bu gün əsas məsələ ondan ibarətdir ki, proses artıq başlayıb. ABŞ artıq öz siyasi iradəsini ortaya qoyub. Bu proseslərin sürətlənməsi baxımdan önəmlidir və dünyaya mesajdır”.

Milli Məclisin deputatı Azər Allahverənov isə deyir ki, ABŞ-dən olan nümayəndə heyətinin Ermənistana səfərinin Zəngəzur dəhlizinin daha tez bir vaxtdaaçılacağı ilə əlaqədar ümidlər yaradır:

“Ermənistan cəmiyyətinin zəngəzur dəhlizi ilə bağlı mövqeyi və ölkənin siyasi rəhbərliyinin iradəsi önəmli faktorlardır. Görünən odur ki, ABŞ-dən gələn nümayəndə heyəti həm texniki, həm də siyasi məsələləri müzakirə edəcək. Gələcək siyasətin əsas konturlarının müzakirə olunması baş tutacaq. Çünki müəyyən danışıqların aparılması, vəziyyətin müəyyən aspektlərinin öyrənilməsi, ABŞ  nümayəndə heyətində müəyyən prespektiv işlərin və ya planların nədən ibarət olması ilə bağlı məlumatın olmasına köməklik göstərmiş olacaq. İnvestisya, həmin  layihənin açılması ilə bağlı müddət hətta ola bilər ki səyyar qaydada yerində öyrəniləcək. ABŞ tərəfi tək İrəvana yox, Zəngəzura da gedəcək. Dəhlizin açılması ilə bağlı görülməli işlərin nədən ibarət olduğu və onların icra edilməsinin təxmini müddətlərinin müəyyən olunması baxımdan bu, vacibdir. Səfər praktiki cəhətdən işlərin yetirilməsi üçün əlverişli mühitin yaradılması məqsədini daşıyır”.

Deputat vurğulayıb ki, Zəngəzur dəhlizinin girş-çıxış elementləri Azərbaycanın əsas ərazisi ilə Naxçıvanı əlaqələndirən təmas xətlərində müəyyən rejimin razılaşdırılması, işləmə prinsipi və başqa məsələlər də müzakirə tələb edən hallardır:

“Hələlik ABŞ-dən gələn nümayəndə heyəti ümumilikdə məsələni öyrənib, mənzərinin nədən ibarət olmasını öyrənməyə çalışır. Lokal şəkildə Azərbaycanla nəsə müzakirəyə ehtiyac varsa, növbəti mərhələlərdə bu təmaslara ehtiyac olacaq. Azərbaycanın üzərinə düşən bəzi vəzifələr olacaq ki, Zəngəzur dəhlizinin çəkilməsi, burada zəruri infrasturukturun qurulması, işlərin spesifikasını müəyyənləşdirmək üçün görüşlər olacaq. Bunun da növbəti mərhələlərdə olması gözlənilir. Bu, təbii ki, mənim şəxsi qənaətimdir. Görünən odur ki, lokal qaydada hər hansı məsələnin öyrənilməsinə ehtiyac varsa, onda ABŞ nümayəndə heyəti ilə Azərbaycanın aidiyyəti orqanları ilə əlaqələr qura bilər. Bu gün proseslər ABŞ-lə Ermənistan arasındadır. Azərbaycanın istəyi dəhlizin tez bir zamanda istifadəyə verilməsi və nəhayət yüklərin ,gələcəkdə də vətəndaşların Naxçıvan Muxtar Respublikasına təhlükəsiz gediş gəlişinin təmin olunmasıdır”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:187
embedMənbə:https://modern.az
archiveBu xəbər 10 Sentyabr 2025 17:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see276

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see265

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see255

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see252

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see249

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see235

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see235

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see234

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see229

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see226

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see217

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see215

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see214

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see213

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see208

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see208

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see203

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see202

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see196

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri