Zəngəzur dəhlizi ilə bütün enerji resursları və logistik yollar Türkiyəyə çatdırılacaq
Apa.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Yaxın zamanda Zəngəzur dəhlizi üzərindən bütün enerji resursları və logistik yollar Türkiyəyə çatdırılacaq.
"APA-Economics"in Türkiyəyə ezam olunmuş müxbiri xəbər verir ki, bunu Türkiyə-Suriya qaz boru kəmərinin açılışı mərasimi çərçivəsində Türkiyə Respublikasının energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, hazırda Azərbaycandan elektrik enerjisi Gürcüstan üzərindən Türkiyəyə çatdırılır.
"Eyni zamanda Orta Asiyadakı digər enerji mənbələri və digər logistik məsələlər Azərbaycan üzərindən Türkiyəyə, Türkiyə üzərindən isə Avropaya çatdırılacaq", - nazir qeyd edib.
Alparslan Bayraktar vurğulayıb ki, Azərbaycandakı təbii sərvətlərin - neft, qaz, bununla yanaşı elektrik enerjisinin Türkiyəyə ixracı ilə bağlı bütün layihələri Azərbaycanla birlikdə aparılır.
"Bu istiqamətdə mühüm irəliləyişlər var. Bu günədək həyata keçirilən layihələrə misal olaraq Bakı-Tibilisi-Ceyhan, Bakı-Tibilisi-Ərzurum kəmərləri, eləcədə Naxçıvan-Türkiyə elektrik interkonnektorunu qeyd edə bilərəm", - nazir əlavə edib
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:40
Bu xəbər 02 Avqust 2025 12:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















