Icma.az
close
up
RU
Menu

Paşinyanın Moskva səfərinin əsas məqsədi nə olacaq? ŞƏRH

Azərbaycanı Düşənbədə onlar təmsil edəcək

Kəlbəcərin yüksəkliyində yenidən doğulan Zar BÖYÜK QAYIDIŞA SAYILI GÜNLƏR QALDI

Flik “Barselona”dan ayrıla bilər

Soyuq hava infarkt və insult riskini artıra bilər Günay İsmayılova

Bülbül Vokal Məktəbinin məzunu Hamburq Musiqi və Teatr Ali Məktəbinə qəbul olunub (Foto)

Cek Qriliş “Mançester Siti”dən “Everton”a qayıtdı

Azərbaycan futbolunun əfsanəsi

Sahibkarlar AQTA dan narazıdır: Obyektlər arasında şəxsi maraqlara uyğun seçim edilərək qərar verilir

ABŞ da kommersiya məqsədli neft ehtiyatları 4,5 milyon barel azalıb

Musa Quliyev: “Maaş artımı ciddi islahatlara və yenilənmələrə ehtiyacı olan səhiyyə sahəsinə mühüm təkan olacaq”

Bir dəqiqə ərzində demensiyanı müəyyənləşdirməyə imkan verən sadə test açıqlandı

Endirim, yoxsa qiymət oyunları? Cibinizdən belə pul çıxır

Azərbaycanın Mərkəzi Asiya və ŞƏT müstəvisində geosiyasi imkanları təhlil olunub

ABŞ də atışmada ikisi polis olmaqla bir neçə insan güllələnib

Əməkdar artist Züleyxa Hacıyeva vəfat etdi

Tramp açıqladı: Ancaq bu hada Putinlə görüşərəm

Kartınızdan xəbərsiz pul çıxır? Səbəbini öyrənin

“” portalı “2025 ci ilin ən yaxşı Milli İxracın Təşviqi Platforması” mükafatına layiq görülüb

“Nestlé” vitamin və qida əlavələri biznesini 1 milyard dollara satır

Zəngəzur dəhlizi və “Fransa koordinatorluğu”

Zəngəzur dəhlizi və “Fransa koordinatorluğu”

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Dekotini rəsmi Parisin yeni məkrinin anonsunu verir

Fransanın Xarici İşlər Nazirliyində Ermənistanla əməkdaşlıq üzrə koordinator postu yaradılıb. Bu barədə məlumatı ölkənin İrəvandakı səfiri Olivye Dekotini dünən Ermənistan–Fransa mərkəzləşdirilməmiş əməkdaşlığı ilə bağlı Gorusda keçirilmiş 5-ci konfransdakı çıxışında verib. Əslində, hər şey aydındır. Fransanın Ermənistanı himayəyə götürdüyü də, birincinin ikincini illüziya bataqlığında boğmaq üçün əlindən gələn hər şeyi etdiyi də.

Beləliklə, səfir Dekotini bildirib ki, belə bir koordinatorluğun dünyada analoqu yoxdur. Diplomat haqlıdır. Çünki beynəlxalq müstəvidə Ermənistanı Fransa kimi alətə çevirən ikinci dövlətə rast gəlinmir. Ancaq hesab edirik ki, rəsmi Parisin ayrıca koordinatorluq kimi post təsis etməsinə ehtiyac yoxdur. Onsuz da Fransanın xarici siyasəti ancaq Ermənistan üzərində qurulub. Belə təsəvvür var ki, o boyda ölkə işini-gücünü buraxıb yalnız haylarla məşğuldur. Daha yaxşı olar ki, tez bir zamanda referendum keçirilsin və Ermənistan Fransanın quberniyasına çevrilsin. Yəni, de-fakto mövcud olan durum hüquqi cəhətdən də rəsmiləşsin.

Bəli, Prezident Emmanuel Makron administrasiyası özünün erməni təəssübünü göstərmək üçün dəridən-qabıqdan çıxır. Bu mənzərə istər-istəməz, yada 2025-ci il yanvarın 14-də imzalanmış ABŞ-Ermənistan Strateji Tərəfdaşlıq Xartiyası adlandırılan və pafosla təqdimatı aparılan sənədi xatırlatdı. Məlum olduğu kimi, sənədin ərsəyə gəlməsindən cəmi altı gün sonra Birləşmiş Ştatlarda Prezident Donald Tramp dövlət başçısı kimi fəaliyyətə başladı və hazırda sözügedən xartiyadan nəinki danışan, adını belə tutan yoxdur. Heç şübhəsiz, Makron prezidentlikdən gedəndən sonra Fransa XİN-dəki koordinatorluq da tarixin zibilliyinə göndəriləcək.

Amma hələlik Ermənistan üzrə ayrıca koordinatorluğa “ehtiyac” var. Bunu səfir Dekotininin bildirdikləri də təsdiqləyir. Onun sözlərinə görə, Ermənistanla Fransa arasında çoxşaxəli əlaqələr mövcuddur. Əlaqələrin məqsədi də var. Söhbət geosiyasi vəziyyətə təsir göstərməkdən gedir. Yəni, Paris və İrəvan birləşib qlobal duruma təsir göstərəcəkmişlər. Hər halda, yanaşmanın bəsit olduğunu təxmin etmək o qədər də çətin deyil. Fransa kimi dövlətçilik ənənələrinə malik ölkə nə günə qalıb ki, onun geosiyasi duruma təsir vasitəsi Ermənistandır. Amma təəccüblənməyək. Çünki Makron Fransası, həqiqətən, pis gündədir.

Əlbəttə, belə konfransın Gorusda, daha dəqiq desək, Sünikin – Zəngəzurun mərkəzində keçirilməsi sıradan məsələ deyil. Fransa erməni avantürasına mənəvi obraz qazandırmaqla məşğuldur. Elə səfir Dekotininin digər söylədikləri də fikrimizin sübutudur. Məsələn, o deyir ki, Gorus Qarabağdan köçkün düşmüş ermənilərin məskunlaşdığı bölgədir. Halbuki həmin ermənilərin böyük hissəsi İrəvana sığınıb, əhəmiyyətli qismi isə ümumən ölkəni tərk edib. Yəni, fransız səfir ağ yalan danışır.

Dekotininin Gorusun sülh yaradan şəhər olmasına dair ucuz populizmini də bir kənara qoyuruq. Başlıca məqam diplomatın Gorusu kəsişən şəhər kimi qələmə verməsidir. Onun sözlərinə görə, əsas fəaliyyət sülhün qurulmasına yönəldilib: “Gorus yenidən yolayrıcına çevriləcək və bizim burada varlığımız, məncə, çox əhəmiyyətlidir”.

Dekotini nə söylədiyinin fərqindədir. Diplomat ölkəsinin Ermənistan hakimiyyətinin “Dünyanın kəsişməsi” avantürasının müdafiəsinə qalxdığını vurğulayır. O zaman belə bir sual yaranır: Görəsən, Azərbaycan torpaqları işğalda qalanda Fransanın rəhbərliyində kiminsə yadına Gorusu kəsişən nöqtəyə çevirmək düşürdümü? Əsla yox! Digər tərəfdən, erməni iqtidarının “Dünyanın kəsişməsi” təşəbbüsünün Azərbaycanın Zəngəzur dəhlizi ideyasına qarşı olduğu məlumdur. Yəni, indi səfir Dekotini Gorusu kəsişmə nöqtəsinə çevirməklə, ölkəsinin açıq şəkildə məhz Zəngəzur dəhlizinə qarşı çıxdığını ortaya qoyur. Belə nəticəyə gəlmək olar ki, barəsində əvvəldə söz açdığımız koordinatorluğun başlıca missiyası da elə budur.

Əvvəldə Fransanın Ermənistanı illüziya bataqlığında boğduğuna dair fikir də bildirmişdik. Sonda bir daha həmin fikrin üzərində dayanaq. Məsələ ondadır ki, rəsmi İrəvan var gücü ilə Ermənistanı regional kommunikasiyaların açar fiquruna çevirmək niyyəti güdür. Fransa bu məqsədə “erməni kartı”nı daim işlək vəziyyətdə saxlamaq vasitəsi kimi yanaşır. Halbuki rəsmi Paris başda olmaqla, ermənipərəstlərin unutduqları bir məqam var – Cənubi Qafqazda Azərbaycanın razılığı olmadan heç bir layihə gerçəkləşə bilməz.

Azərbaycan isə mövqeyində qətidir. Ölkəmiz Zəngəzur dəhlizini böyük Orta Dəhliz ideyasının tərkib hissəsi kimi görür. Mövcud xüsusdakı başlıca məqamlardan biri də Naxçıvana yoldur. Rəsmi Bakı yolun maneəsizliyində - heç bir gömrük və sərhəd nəzarəti olmadan fəaliyyət göstərməsində maraqlı və israrlıdır. Yol “Azərbaycandan Azərbaycana yol” statusu daşımalıdır.

Ermənistan məsələnin bu qoyuluşu ilə razı deyil. Ona görə də ölkəmiz Tehranla Naxçıvana yolun İran ərazisindən keçməsi barədə razılıq əldə edib. Ancaq görünən budur ki, Fransa başda olmaqla dünya ermənipərəstləri məsələnin bu tərəfi ilə də razı deyillər. Onlar Ermənistanın qlobal marşrutdan kənarda qalma reallığı ilə barışa bilmirlər və heç şübhəsiz, qarşıdakı müddətdə vəziyyəti gərginləşdirmək, ümumən Orta Dəhliz ideyasının gerçəkləşməsinə maneçilik törətmək istəyəcəklər. Bu məntiqlə Gorus, daha doğrusu, Sünik əsas nöqtədir. Həm də ona görə ki, Fransa başda olmaqla, ermənipərəstlər yaxşı bilirlər ki, onların regionda vəziyyəti destabilizə etmək cəhdləri ölkəmizin müqaviməti ilə üzləşəcək. Fransa XİN-də yaradılmış koordinator postu əslində, bu perspektivi əlavə nəzarətdə saxlamaq vasitəsi kimi “cəlbedicidir”. Koordinatorluğun məkrli niyyətə hesablandığını təsdiqləyən ən mühüm məqam da budur.

C.ƏVƏZ
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 03 İyun 2025 10:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Paşinyanın Moskva səfərinin əsas məqsədi nə olacaq? ŞƏRH

02 Sentyabr 2026 17:44see486

Azərbaycanı Düşənbədə onlar təmsil edəcək

02 Sentyabr 2026 03:20see298

Kəlbəcərin yüksəkliyində yenidən doğulan Zar BÖYÜK QAYIDIŞA SAYILI GÜNLƏR QALDI

03 Sentyabr 2026 12:02see294

Flik “Barselona”dan ayrıla bilər

02 Sentyabr 2026 03:18see288

Soyuq hava infarkt və insult riskini artıra bilər Günay İsmayılova

02 Sentyabr 2026 15:27see238

Bülbül Vokal Məktəbinin məzunu Hamburq Musiqi və Teatr Ali Məktəbinə qəbul olunub (Foto)

02 Sentyabr 2026 17:03see235

Cek Qriliş “Mançester Siti”dən “Everton”a qayıtdı

02 Sentyabr 2026 02:48see229

Azərbaycan futbolunun əfsanəsi

03 Sentyabr 2026 00:27see226

Sahibkarlar AQTA dan narazıdır: Obyektlər arasında şəxsi maraqlara uyğun seçim edilərək qərar verilir

03 Sentyabr 2026 10:01see222

ABŞ da kommersiya məqsədli neft ehtiyatları 4,5 milyon barel azalıb

03 Sentyabr 2026 00:30see218

Musa Quliyev: “Maaş artımı ciddi islahatlara və yenilənmələrə ehtiyacı olan səhiyyə sahəsinə mühüm təkan olacaq”

02 Sentyabr 2026 17:43see211

Bir dəqiqə ərzində demensiyanı müəyyənləşdirməyə imkan verən sadə test açıqlandı

02 Sentyabr 2026 05:49see204

Endirim, yoxsa qiymət oyunları? Cibinizdən belə pul çıxır

02 Sentyabr 2026 20:16see191

Azərbaycanın Mərkəzi Asiya və ŞƏT müstəvisində geosiyasi imkanları təhlil olunub

02 Sentyabr 2026 20:20see184

ABŞ də atışmada ikisi polis olmaqla bir neçə insan güllələnib

03 Sentyabr 2026 02:50see181

Əməkdar artist Züleyxa Hacıyeva vəfat etdi

02 Sentyabr 2026 21:50see177

Tramp açıqladı: Ancaq bu hada Putinlə görüşərəm

03 Sentyabr 2026 03:24see168

Kartınızdan xəbərsiz pul çıxır? Səbəbini öyrənin

02 Sentyabr 2026 17:42see161

“” portalı “2025 ci ilin ən yaxşı Milli İxracın Təşviqi Platforması” mükafatına layiq görülüb

02 Sentyabr 2026 18:21see160

“Nestlé” vitamin və qida əlavələri biznesini 1 milyard dollara satır

03 Sentyabr 2026 00:41see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri