Icma.az
close
up
RU
Zəngəzur dəhlizi beynəlxalq nəqliyyat və logistika sistemində mühüm rol oynayacaq

Zəngəzur dəhlizi beynəlxalq nəqliyyat və logistika sistemində mühüm rol oynayacaq

Ses qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Əl-Ərəbiyyə televiziya kanalına verdiyi müsahibə regional və qlobal siyasət baxımından mühüm siyasi sənəd xarakteri daşıyır. Dövlət başçısının açıqlamaları həm Cənubi Qafqazda formalaşmış yeni reallıqları, həm də Azərbaycanın beynəlxalq münasibətlər sistemindəki mövqeyini əks etdirdi. Bu müsahibə bir daha təsdiqlədi ki, Azərbaycan müstəqil diplomatiyası və ardıcıl siyasi kursu ilə regionun strateji istiqamətlərini müəyyənləşdirən əsas aktora çevrilmişdir. Ən əsası müsahibədə avqustun 8-də Donald Trampın vasitəçilik səyləri ilə Ermənistan və Azərbaycan arasında imzalanmış tarixi razılaşmaya xüsusi diqqət yetirilmişdir. Cənab Prezident bildirmişdir ki, “Azərbaycan və Ermənistanın Ağ Evdə Prezident Trampın iştirakı ilə bu sənədi paraflaması müharibənin başa çatdığını göstərir. Bu, mərhələlərlə 30 ildən artıq davam edən müharibənin sonudur və həm Cənubi Qafqaz regionu, həm də daha geniş mənada Mərkəzi Asiya və Yaxın Şərq üçün tamamilə yeni imkanlar açır. Prezident İlham Əliyev müsahibədə açıq şəkildə bəyan etdi ki, Qarabağ münaqişəsi artıq tarixə qovuşmuş, Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam şəkildə bərpa etmişdir. Bu, yalnız hərbi qələbə deyil, həm də diplomatik qələbədir. Çünki ölkəmiz beynəlxalq hüquqa əsaslanan mövqeyini həm siyasi, həm də praktiki planda təsdiq etdi. Bu mərhələdən sonra Azərbaycanın əsas hədəfi bölgədə davamlı sülhün təmin olunmasıdır. Cənab Prezidentin vurğuladığı kimi, sülh müqaviləsinin imzalanması təkcə iki dövlətin münasibətlərini normallaşdırmaq deyil, bütövlükdə Cənubi Qafqazda sabitliyin möhkəmlənməsi deməkdir.

Müsahibənin ən mühüm məqamlarından biri Prezident İlham Əliyevin Zəngəzur dəhlizi ilə bağlı açıqlamaları idi. Dövlət başçısı qeyd etdi ki, bu layihə yalnız Azərbaycan üçün deyil, region ölkələri və Avrasiya məkanının iqtisadi-siyasi xəritəsi üçün strateji əhəmiyyət kəsb edir. Zəngəzur dəhlizi Türk dünyasının birləşdirici xətti kimi çıxış etməklə yanaşı, beynəlxalq nəqliyyat və logistika sistemində də mühüm rol oynayacaq. Azərbaycan artıq Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin ayrılmaz parçasıdır. Bu isə ölkəmizin geoiqtisadi mövqelərinin daha da güclənməsinə gətirib çıxarır. Prezident İlham Əliyevin sözlərindən aydın olur ki, Bakı bu layihəyə sadəcə regional iqtisadi təşəbbüs kimi yox, həm də geosiyasi sabitlik və əməkdaşlıq faktoru kimi yanaşır. Müsahibədə ön plana çıxan digər vacib məqam Azərbaycanın balanslaşdırılmış xarici siyasət kursunun bir daha nümayiş etdirilməsidir. Prezident İlham Əliyev vurğuladı ki, Azərbaycan həm İslam aləmi, həm Qərb, həm də qonşu dövlətlərlə münasibətlərdə bərabərlik və qarşılıqlı hörmət prinsipini əsas götürür. Azərbaycan bu gün enerji, nəqliyyat və təhlükəsizlik məsələlərində qlobal əməkdaşlığın etibarlı tərəfdaşına çevrilmişdir. Dövlət başçısının bəyanatları göstərdi ki, ölkəmizin diplomatiyası yalnız ikitərəfli əlaqələrə deyil, çoxtərəfli platformalara da önəm verir. Bu siyasət Azərbaycanı beynəlxalq münasibətlərdə etibarlı və sabit tərəfdaş kimi tanıdır.
Əl-Ərəbiyyə müsahibəsi həm də Azərbaycanın Yaxın Şərq ölkələri ilə əlaqələrinin yeni mərhələyə qədəm qoyduğunu göstərdi. Prezident İlham Əliyev açıq şəkildə vurğuladı ki, Azərbaycan müsəlman dünyasının bir hissəsi kimi İslam həmrəyliyinə xüsusi önəm verir və bu istiqamətdə hər zaman aktiv mövqedə olub. Bununla yanaşı, Bakı beynəlxalq təşkilatlarla əməkdaşlıqda konstruktiv mövqe tutur. Azərbaycanın Qoşulmama Hərəkatına sədrlik dövründə göstərdiyi fəaliyyət, həmçinin qlobal təhlükəsizlik və əməkdaşlıq məsələlərinə verdiyi töhfələr müsahibədə də əks olundu. Prezident İlham Əliyevin açıqlamaları ilə beynəlxalq ictimaiyyətə bir sıra strateji mesajlar ünvanlandı. Azərbaycan postmünaqişə dövründə regional sabitliyin əsas təminatçısıdır, sülh gündəliyi alternativsizdir və Ermənistan üçün də yeni imkanlar açır, Zəngəzur dəhlizi regional əməkdaşlığın mühüm sütununa çevriləcək və Azərbaycanın diplomatiyası balans, çoxtərəfli əməkdaşlıq və milli maraqlar üzərində qurulub. Bu mesajlar bir daha göstərdi ki, Azərbaycanın mövqeyi həm region daxilində, həm də beynəlxalq münasibətlər sistemində real güc amilinə çevrilib.
Prezident İlham Əliyevin Əl-Ərəbiyyə televiziyasına müsahibəsi Azərbaycanın diplomatik mövqeyinin strateji çərçivəsini müəyyənləşdirən mühüm siyasi bəyanat oldu. Dövlət başçısının açıqlamaları təsdiqlədi ki, Azərbaycan bu gün Cənubi Qafqazın siyasi gündəliyini müəyyənləşdirən aparıcı qüvvədir və regional inteqrasiyanın əsas lokomotividir. Müsahibə həm də Azərbaycanın beynəlxalq ictimaiyyətə ünvanladığı açıq mesajdır: Azərbaycan müstəqil siyasəti, güclü diplomatiyası və strateji baxışları ilə sabitliyin, əməkdaşlığın və inkişafın təminatçısıdır.

David İbramxəlilov
YAP Qusar rayon təşkilatının sədri

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:81
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 01 Sentyabr 2025 14:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see268

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see229

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see206

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see199

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see175

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see168

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see157

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see152

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see149

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see148

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see146

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see145

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see142

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see138

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see137

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see131

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see129

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see129

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see129

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri