Zəngəzur dəhlizinin açılması hamının böyük uğuru kimi qiymətləndirilməlidir Deputat
Icma.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Birləşmiş Ərəb Əmrirliklərində keçirilən görüş konstruktiv atmosferdə keçib. Zəngəzur dəhlizinin açılması və inkişafı da müzakirə olunan məsələlər arasında olub.
Zəngəzur dəhlizi açılarsa, regionda vəziyyət və buna reaksiyalar necə olacaq?
Redaktor.az-a danışan millət vəkili Asim Mollazadə bildirdi ki, Zəngəzur dəhlizi açılarsa, bu, Şərqlə Qərb, Cənub-Şimal istiqamətlərində intensiv əməkdaşlığa xidmət edəcək.
"Demək olar ki, bu, hamının bir növ böyük uğuru kimi qiymətləndirilməlidir. Digər dövlətlərin Zəngəzur dəhlizinin açılmasına münasibəti ancaq müsbət ola bilər. Mənfi reaksiyalar ümumiyyətlə bölgədə sabitliyi pozmaq istəyən qüvvələr tərəfindən ola bilər", - deyə o, fikrini yekunlaşdırdı.
Aytəkin TOFİQQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:44
Bu xəbər 11 İyul 2025 17:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















