Icma.az
close
up
RU
Zəngəzur dəhlizinin açılması “Konstitusiya və Suverenlik İli”nin ən böyük hadisəsi ola bilər

Zəngəzur dəhlizinin açılması “Konstitusiya və Suverenlik İli”nin ən böyük hadisəsi ola bilər

Yeniazerbaycan saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycan dövləti 2024-cü ili böyük uğurlarla başa vurdu. əldə olunan nailiyyətlər 2025-ci il üçün də mühüm perspektivləri şərtləndirir. Ölkəmiz son 21 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə inamla, uğurla, ləyaqətlə inkişaf edib. Əsas uğurumuz isə  ərazi bütövlüyümüzü və suverenliyimizi təmin etmək olub. Eyni zamanda, gələcəyə də böyük ümidlə baxırıq. Qarşımızda yeni ümummilli hədəflər dayanır. Şübhə yoxdur ki, Azərbaycan Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə “Konstitusiya və Suverenlik İli” elan olunan 2025-ci ildə də yeni reallıqlar və çağırışlar şəraitində öz məqsədlərinə doğru inamlı addımlar atacaq.

Hər bir ölkənin uğurlu inkişafı sabitlik faktorundan çox asılıdır. Bu gün dünyada baş verən hadisələr ciddi narahatlıq doğurur. Ayrı-ayrı regionlarda yeni müharibələr, qarşıdurmalar, münaqişələr alovlanır. Belə bir təlatümlü mənzərə fonunda respublikamız sabitlik və inkişaf adası kimi fərqlənir. Ölkəmizdə güclü həmrəylik mühiti bərqərar olub. Dövlətin öz siyasətini cəmiyyətin sosial sifarişlərini nəzərə almaqla həyata keçirməsi vətəndaş məmnunluğunun artmasını şərtləndirir, insanlar ölkə rəhbərliyinə, Prezidentə dərin inam bəsləyirlər.

Azərbaycan, həmçinin regionda da möhkəm sabitliyin, davamlı sülhün təmin olunmasını istəyir. Respublikamızın 44 günlük müharibənin və 23 saatlıq lokal xarakterli antiterror tədbirlərinin nəticələrinə uyğun olaraq yaratdığı yeni reallıqlar Cənubi Qafqaz coğrafiyasında inam və əməkdaşlıq mühitinin formalaşmasına münbit zəmin yaradıb və bundan istifadə olunmalıdır. Təəssüf doğuran haldır ki, Ermənistan üzləşdiyi məğlubiyyətlərdən nəticə çıxarmayaraq yenidən silahlanma yolu tutub. Bu, məğlub ölkəni faciəyə aparan bir yoldur. 2025-ci ildə ölkəmizin hərbi xərcləri 8,4 milyard manat olacaq. Bu isə o anlama gəlir ki, Ermənistanın Azərbaycanla rəqabət aparmaq imkanları yoxdur və gələcəkdə də olmayacaq. 

“Konstitusiya və Suverenlik İli”inin ilk günlərində Prezident İlham Əliyev qarşıda dayanan hədəflərlə bağlı önəmli mesajlar verdi. Belə ki, dövlətimizin başçısı yanvarın 7-də yerli televiziya kanallarında müsahibəsi zamanı Zəngəzur dəhlizinin açılması mövzusuna da xüsusi toxunub.  Cənab Prezident bir daha bəyan etdi ki, Zəngəzur dəhlizinin açılması Ermənistanın öhdəliyidir. Paşinyanın hakimiyyətinin  məsələyə yanaşmada qeyri-konstruktivlik nümayiş etdirməsi yanlışdır.

Aydındır ki, Ermənistanın məqsədi Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında kommunikasiyanın bərpasına mümkün qədər əngəl olmaqdır. Lakin rəsmi İrəvan bu layihənin gerçəkləşməsinin qarşısını almaq iqtidarında deyil. Nəzərə almaq lazımdır ki, 10 noyabr 2020-ci il üçtərəfli Bəyanatının 9-cu bəndində bu məsələ öz əksini tapır. Həmin bənddə qeyd olunur: “Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidmətinin orqanları həyata keçirir. Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcək”. Buradan göründüyü kimi, indiki Ermənistanın ərazisində yerləşən Zəngəzurdan hərəkət maneəsiz olmalıdır.

Ümumiyyətlə, regionda kommunikasiyaların bərpası təkcə Azərbaycan üçün deyil, bütün ətraf ölkələr üçün böyük önəm kəsb edir. İlk növbədə, Zəngəzur dəhlizi Naxçıvanla Azərbaycanın əsas hissəsini birləşdirəcək. Bununla da Naxçıvanın 30 ildən çox davam edən blokadasına son qoyulacaq. Bu layihə Avropa ilə Asiyanı, Şimalla Cənubi birləşdirəcək nəqliyyat habı olacaq. Zəngəzur dəhlizinin açılması Ermənistana da iqtisadi gəlirlər qazandıracaq. Amma Ermənistanın havadarları Zəngəzur dəhlizinin açılmasına imkan vermir, Paşinyan da onların sözü ilə oturub-durur. Əgər  belə davranış davam edərsə, Ermənistan üçün heç yaxşı olmayacaq. Cənab  Prezidentin dediyi kimi, regionda söz sahibi Azərbaycan dövlətidir, hərbi üstünlük və digər amillər də ölkəmizlə hesablaşmağı zəruri edir. Ermənistan bu dəhlizi xoşluqla açmasa, sonda nəticə etibarilə dəhlizi açmağa məcbur qalacaq. Daha doğrusu, Azərbaycan onu məcbur edəcək. Cənab Prezidentin bu mesajından qarşı tərəf nəticə çıxarmalıdır.

Nəzərə alaq ki, Naxçıvanla birbaşa coğrafi bağlantı suveren dövlət olaraq bizim haqqımızdır. Əgər bu   proses cari ildə reallaşarsa, “Konstitusiya və Suverenlik İli”nin xalqımıza böyük töhfəsi olacaq. Xalqımız bu məqsəd uğrunda Prezidentimizin qətiyyətinə inanır!

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 09 Yanvar 2025 16:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see256

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see175

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see159

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see137

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see136

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see132

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri