Icma.az
close
up
RU
Zəngəzur dəhlizinin açılması perspektivi olmasaydı, Azərbaycan Prezidenti görüşdə iştirak etməzdi Deputat

Zəngəzur dəhlizinin açılması perspektivi olmasaydı, Azərbaycan Prezidenti görüşdə iştirak etməzdi Deputat

Icma.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Amerika Birləşmiş Ştatlarında keçiriləcək üçtərəfli görüş regionda sülhün əldə olunması baxımından mühüm dönüş nöqtəsi kimi qiymətləndirilə bilər. Belə görüşlərin təşkili, adətən, əvvəlcədən razılaşdırılmış məsələlərin mövcudluğuna işarədir. Çünki bu səviyyədə yəni, üç ölkə prezidentinin iştirakı ilə heç bir görüş təsadüfən baş tutmur. Bu baxımdan deyə bilərik ki, ortada nəticəsi liderlərə əvvəlcədən məlum olan bir proses var".

Bu fikirləri Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu ABŞ-də keçirilən üçtərəfli görüşdən və bu görüşdən sonra İran Prezidenti Məsud Pezeşkianın Ermənistana olacaq səfərindən danışarkən bildirdi.

"Zəngəzur dəhlizinin açılması ilə bağlı real perspektiv olmasaydı, Azərbaycan Prezidenti bu görüşdə iştirak etməzdi. Bu mənada hesab edirəm ki, üçtərəfli görüşdən sonra biz həm kommunikasiyaların açılması, həm də sülh prosesinin irəliləməsi baxımından yeni mərhələyə qədəm qoyacağıq.

Eyni zamanda, bəzi mənbələrdə görüş zamanı üçtərəfli momerandumun imzalanmasından bəhs olunur. Bu isə müzakirə olunan məsələ ilə bağlı razılığın əldə olunması, hüquqi-siyasi çərçivədə sənədləşdirilməsi və son mərhələdə texniki detallara keçid anlamına gəlir".

Deputatın fikrincə, Zəngəzur dəhlizinin açılması yeni bir mərhələnin başlanğıcı olacaq.

"Bu kontekstdə regional aktorların davranışları da çox şey ifadə edir. Məsələn, şimal qonşumuzun getdikcə daha aqressiv mövqe tutması, cənub qonşumuzun isə Ermənistanla əlaqələri yumşaq formada dərinləşdirməyə çalışması dolayısı ilə bu ölkəyə təsir göstərərək geri çəkilməsini təmin etməyə yönəlik ola bilər.

Lakin mənə elə gəlir ki, İran prezidenti Məsud Pezeşkianın səfərinə nəzər yetirdikdə fərqli mənzərə ilə qarşılaşırıq. O, İranın maraqlarını daha obyektiv və hüquqi əsaslarda irəli sürən liderdir ki, bu da onu əvvəlki prezidentlərdən fərqləndirir. Pezeşkian siyasi reallığı düzgün qiymətləndirir və ölkəsinin maraqlarını bu reallıq fonunda önə çəkir. O, Zəngəzur dəhlizinin İran üçün zərərli deyil, əksinə, yeni imkanlar yaradan bir layihə olduğunu anlayır və bu fikri İran ictimaiyyətinə də təlqin etməyə çalışır.

Bu səbəbdən hesab edirəm ki, ABŞ-də baş tutacaq üçtərəfli razılaşmadan sonra İran Prezidentinin Ermənistana səfəri də daha praqmatik xarakter daşıyacaq. Kommunikasiyaların açılmasına qarşı çıxan bir mövqe olmayacaq və bu da regional dövlətlərin hər biri üçün müsbət nəticələr doğuracaq", - deyə Hikmət Babaoğlu əlavə etdi.

Xədicə BAXIŞLI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:126
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 07 Avqust 2025 19:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see201

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see184

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see170

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see168

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see162

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see150

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see148

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see147

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see146

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see144

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see142

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see142

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see140

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see136

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Şəhid qızı olan məhkəmə hakimi yol qəzasında öldü

22 Dekabr 2025 20:56see133

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri