Zəngəzur dəhlizinin açılması regional iqtisadiyyatda yeni mərhələnin başlanğıcıdır Türk şərhçi
Apa.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Cənubi Qafqazda baş verən son proseslər fonunda Zəngəzur dəhlizinin açılması və onun idarəetməsinin Amerika şirkətinə həvalə olunması regional siyasətdə və iqtisadiyyatda yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir.
Bu sözləri Türk siyasi şərhçi Engin Özer APA-ya açıqlamasında bildirib.
Bölgədə nəzərdə tutulan investisiyalar İrəvan üçün mühüm inkişaf imkanı yaradacaq.
Özerin fikrincə, iqtisadi baxımdan zənginləşən ölkələr arasında münaqişə ehtimalı azalır və bu, Azərbaycan üçün də müsbət haldır.
Ekspert hesab edir ki, bu proses nəticəsində bölgədə ən çox iqtisadi güc itirəcək tərəf İran olacaq.
Onun fikrincə, İran bundan sonra Cənubi Qafqazdakı iqtisadi proseslərdən daha çox təcrid olunacaq: “Prosesdən İran və bəzi ölkələr iqtisadi zərər görə bilər. Çünki indiyə qədər Ermənistan və Azərbaycana yönələn yüklər tranzit daşınırdı. Zəngəzur dəhlizi işə düşdükdə həmin ölkələr tranzit gəlirindən məhrum olacaq. Eyni zamanda, dəmir yolu bağlantılarının tamamlanması ilə Qazaxıstan buğdasının Azərbaycanın limanlarından istifadə olunaraq Orta Şərqə daşınması, hətta yeni neft kəmərlərinin yaradılması kimi layihələr gündəmə gələ bilər.”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:117
Bu xəbər 09 Avqust 2025 17:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















