Icma.az
close
up
RU
“Zəngəzur Dəhlizinin açılmasında ən çox maneə yaradan dövlətlər İran və Rusiyadır” ŞƏRH

“Zəngəzur Dəhlizinin açılmasında ən çox maneə yaradan dövlətlər İran və Rusiyadır” ŞƏRH

Gununsesi saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Çindəki çıxışı böyük maraq doğurub. O, Cənubi Qafqazda sülh və sabitliyin vacibliyini vurğulayaraq, Azərbaycan və Ermənistan liderləri ilə keçirilən görüşlərdə əldə olunan razılaşmaların regionda normallaşma prosesini sürətləndirdiyini qeyd edib.

Ərdoğan bildirib ki, Zəngəzur Dəhlizi məsələsində tərəflər arasında ciddi fikir ayrılığı yoxdur. Onun sözlərinə görə, ABŞ səfərində aparılan danışıqlar bu istiqamətdə atılacaq addımlara həlledici təsir göstərib.

Prezident həmçinin vurğulayıb ki, zaman keçdikcə həm Rusiya, həm də İran əvvəlki narahatlıqlarının əsassız olduğunu anlayacaq.

Mövzu ilə bağlı Gununsesi.info-ya danışan Milli Məclisin deputatı Arzu Nağıyev bildirib ki, Rəcəb Tayyib Ərdoğanın bəyanatı bir daha göstərdi ki, Zəngəzur Dəhlizinin açılmasında ən çox maneə yarada biləcək dövlətlər İran və Rusiyadır:

“Qarabağ müharibəsindən əvvəl Türk dövlətləri arasında quru sərhədlərinin olmaması səbəbindən Azərbaycan və Türkiyə arasında hərəkət üçün üçüncü dövlətin ərazisindən istifadə zərurəti yaranırdı. Ərdoğanın həm Paşinyanla, həm də İlham Əliyevlə görüşündən sonra verdiyi açıqlama göstərir ki, bu məsələ yalnız Azərbaycanın və Ermənistanın işi deyil.

Dünya liderlərinin və region dövlətlərinin öz maraqları var və Zəngəzur Dəhlizi hər hansı daşınma və logistik əməliyyatlar üçün strateji əhəmiyyət kəsb edir. İran və Rusiya zaman-zaman müxtəlif bəyanatlarla bu ərazidə diqqət çəkirlər, lakin problemin həlli günlərin, ayların və illərin məsələsidir və inanıram ki, bu həll olunacaq”.

Deputat vurğulayıb ki, sülhün bərqərar olması və kommunikasiya xətlərinin açılması bir sıra qüvvələr üçün əlverişli deyil :

“Vaşinqton görüşündə Zəngəzur Dəhlizinə beynəlxalq zəmanət verilməsi, eyni zamanda Trumpın adının bu prosesdə çəkilməsi bu məsələni qlobal səviyyədə təmin etdi.

Ermənistan da artıq başa düşür ki, prosesdə beynəlxalq zəmanətlər mövcuddur və hər hansı problem yaranarsa, ABŞ rəhbərliyi öz öhdəliyini yerinə yetirməlidir. Daxildə müəyyən çətinliklər yarana bilər, lakin bu, artıq qlobal miqyaslı məsələdir və proseslərin gedişi onu göstərir ki, Zəngəzur Dəhlizinin açılması və əlaqəli məsələlər öz həllini tapacaq”.

Şəbnəm Rəhimova

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 05 Sentyabr 2025 16:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see279

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see260

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see232

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see211

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see203

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see181

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see175

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see172

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see162

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see162

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see157

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see150

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see149

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see145

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see145

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see144

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see144

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see143

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see142

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri