Putin Qrenlandiyaya qiymət qoydu “Alyaska ilə müqayisədə 250 milyon...”
Qafqazinfo saytından alınan məlumata görə, Icma.az bildirir.
Rusiya Prezidenti Vladimir Putin Qrenlandiyanın ABŞ tərəfindən Alyaskaya ödənilən məbləğlə müqayisədə təxminən 200-250 milyon dollar dəyərində olduğunu bildirib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Kreml açıqlama yayıb.
Bildirilib ki, Putin Rusiya Təhlükəsizlik Şurasının daimi üzvləri ilə onlayn görüşdə ABŞ və Danimarka ilə bağlı məsələlərə toxunub. Prezident keçmişdə ABŞ ilə Alyaskaya dair razılığa gəldiklərini xatırladıb:
“1867-ci ildə ABŞ ilə oxşar məsələləri həll etmişik. Məlum olduğu kimi, Rusiya Alyaskanı ABŞ-yə satıb. Alyaska 1.717.000 kvadrat kilometr əraziyə malikdir və o zaman ABŞ-yə 7,2 milyon dollara satılıb. Bugünkü inflyasiya ilə bu məbləğ təxminən 158 milyon dollara bərabərdir”.
Putin Qrenlandiyanın ərazisinin təxminən 2.166.000 kvadrat kilometr olduğunu qeyd edib:
“Bunu Alyaskanın satışı ilə müqayisə etsək, Qrenlandiyanın qiyməti təxminən 200-250 milyon dollar olardı”.
Rusiya Prezidenti ABŞ və Danimarkanın məsələləri öz aralarında həll etməli olduqlarını vurğulayıb:
“Danimarka həmişə Qrenlandiyanı bir müstəmləkə kimi görüb və ona sərt, hətta qəddarcasına yanaşıb. Amma düşünmürəm ki, hazırda heç kim bununla maraqlanmır”.
Putin Trampın diqqətində olan Qrenlandiya məsələsinin Rusiya üçün prioritet olmadığını da qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:94
Bu xəbər 22 Yanvar 2026 08:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















