Icma.az
close
up
RU
Zəngilan bu gün təkcə azad olunmuş bir rayon deyil Millət vəkili

Zəngilan bu gün təkcə azad olunmuş bir rayon deyil Millət vəkili

525.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

20 oktyabr tariximizin şanlı səhifələrindən biri, Zəngilan şəhərinin işğaldan azad olunduğu gündür. Cənab Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamına əsasən bu tarix rəsmi olaraq Zəngilan Şəhəri Günü kimi qeyd olunur. 20 oktyabrın Zəngilan şəhəri günü kimi müəyyən olunması Zəngilanın tarixi, mədəni və strateji əhəmiyyətinə verilən yüksək dəyərin göstəricisidir.

Bu fikirləri 525.az-a Milli Məclisin deputatı Fatma Yıldırım deyib.

Deputat bildirib ki, 2020-ci ilin 20 oktyabrında Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Rəşadətli Azərbaycan Ordusu Zəngilan rayonunu düşmən işğalından azad etdi. Bu, yalnız hərbi qələbə deyildi. Bu, həm də tarixi ədalətin bərpası, xalqımızın əzminin və birliyinin təntənəsi idi. Zəngilanın azad olunması ilə Azərbaycan-İran sərhədində 132 kilometrlik ərazi üzərində tam nəzarət bərpa olundu və bu strateji uğurla Vətən müharibəsinin gedişində yeni mərhələ başlandı. Zəngilanın azad olunmasında şücaət göstərmiş 6974 hərbi qulluqçunun “Zəngilanın azad olunmasına görə” medalı ilə təltif olunması isə dövlətimizin qəhrəman övladlarına olan yüksək ehtiramının bariz nümunəsidir.

Millət vəkilinin sözlərinə görə, bu gün biz artıq Zəngilanı Böyük Qayıdışın önündə gedən bir rəmz kimi tanıyırıq. Məhz burada Ağalı kəndində ilk “Ağıllı kənd” layihəsi həyata keçirildi. 200 ailəlik bu müasir kənddə ekoloji cəhətdən təmiz enerji sistemləri, yüksək sürətli internet, qabaqcıl sosial xidmətlər və tam dayanıqlı yaşayış infrastrukturu təmin olunub. Burada məskunlaşan ailələr peşə və bacarıqlarına uyğun işlə təmin edilir, dövlət tərəfindən onların rifahı üçün hərtərəfli dəstək göstərilir.

Eyni zamanda, Zəngilan bu gün mühüm nəqliyyat və logistika qovşağı kimi də ölkəmizin gələcəyinə xidmət edir. Zəngilan Beynəlxalq Hava Limanı artıq fəaliyyətə başlayıb, Horadiz-Zəngilan-Ağbənd dəmir yolu, Zəngilan-Horadiz avtomobil yolu isə regionun iqtisadi inkişafını sürətləndirəcək əsas layihələrdəndir. Bu nəqliyyat arteriyaları ölkəmizi Naxçıvanla, oradan isə türk dünyası ilə birləşdirən Zəngəzur dəhlizinin gerçəkləşməsində mühüm rol oynayır.

Fatma Yıldırım qeyd edib ki, Zəngilanda mədəni irsin bərpası da diqqət mərkəzindədir. İşğal zamanı dağıdılmış və təhqir olunmuş Zəngilan şəhər məscidi Heydər Əliyev Fondunun dəstəyi ilə bərpa olunmuş, orijinal memarlıq üslubu qorunaraq yenidən ibadətə açılmışdır.

Bundan əlavə, turizm potensialı da sürətlə inkişaf etdirilir. 2024-cü il mayın 18-də istifadəyə verilmiş “Ağalı” hoteli bölgəyə yeni nəfəs gətirir və Zəngilanın ekoturizm mərkəzinə çevrilməsi istiqamətində atılmış mühüm addımlardandır.

Deputat bildirib ki, Zəngilan bu gün təkcə azad olunmuş bir rayon deyil. O, dirçəlişin, yenidənqurmanın və inkişafın rəmzinə çevrilmişdir. Bu uğurların təməlində isə möhtərəm Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyəti, dövlət siyasətinin ardıcıllığı və xalqımızın sarsılmaz birliyi dayanır:

"20 oktyabr Zəngilan Şəhəri Günü münasibətilə bütün həmvətənlərimizi təbrik edir, Zəngilanın dirçələn torpaqlarında əbədi sülh və rifah arzulayıram".

Sevinc QARAYEVA

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:231
embedMənbə:https://525.az
archiveBu xəbər 20 Oktyabr 2025 10:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see361

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see264

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see250

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see238

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see231

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see228

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see224

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see222

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see216

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see214

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see200

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see190

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see189

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see189

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see187

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see184

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see183

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see172

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see172

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri