Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

Zəngilanın doğum günü Lətif Şüküroğlu yazır

Zəngilanın doğum günü Lətif Şüküroğlu yazır

Icma.az bildirir, 525.az saytına əsaslanaraq.

Lətif ŞÜKÜROĞLU
Tarix üzrə fəlsəfə doktoru

Xalqın yaddaşına həkk olunmayan tarix neçə illər yaşadılsa da, nəhayətdə silinib getməyə məhkumdur. Müəyyən mənada onu suya yazılmış yazı ilə müqayisə etmək olar. Çünki olub-bitənləri, hətta olacaqları da ədalət və həqiqət meyarı ilə ölçən xalq ruhunu oxşamayan, ona zorla sırınan heç nəyi qəbul etmir, tez, ya gec layiq olduğu qiyməti verir. Atalarımız necə dəqiq deyib, "xalqın gözü tərəzidir". Mayası saflıq, dürüstlük və qədirbilənlikdən yoğrulan xalqın ruhu, yaddaşı da saf, ayna kimi olub.

Uzağa getməyək, bolşevik işğalı ilə gerçəkləşən sovet dönəmi ilə bağlı dəyərlərin mütləq əksəriyyəti o dövlətin süqutu ilə unudulub getdi. Çünki yaddaşlara məcburi yeridilmişdi, yalanın və qorxunun məhsulu idi. Ancaq əksinə, Şərqin ilk müstəqil dövləti olan Azərbaycan Xalq Cümhuriyyətinin unutdurulmasına, xalqın yaddaşından silinməsinə 70 il ərzində nə qədər cəhdlər göstərilsə də, bu, mümkün olmadı. Qədirbilən xalq ilk fürsətdə öz müstəqil dövlətini bərpa etdi və varisi olduğu Cümhuriyyətə, onun illərlə, ən ağır şərtlər altında qoruyub yaşatdığı dəyərlərinə sahib çıxdı. Bu mənada xalqın taleyinə, yaddaşına yazılan tarix və onu yaradanlar əbədiyaşardır. Məqamı çatanda xalq onları haqq etdikləri mərtəbəyə, hətta zamanın fövqünə yüksəldir. Bir toplumun qan yaddaşı belə yaranır.

Bu da bir həqiqətdir ki, Azərbaycan xalqı yaddaşına yazdıqlarını yaşatmağı da bacarıb və bu gün də bacarır. Min illərə dayanan tariximizdə xalq neçə dastanlar, rəvayətlər, nağıllar qoşub, bayatılar, nəğmələr söyləyib, qəlbinin döyüntülərini, duyğusunu ana laylasına, hikmətini, öyüdünü ata məsəlinə çevirib. Xalq yaddaşına yazdıqlarını həm də məhəbbətlə tərənnüm edib, sazında, sözündə yaşadıb tarixləşdirib, əbədi ruhuna hopdurub. Bununla daim diri tutduğu yaddaşını nəsillərə əmanət edib.

Xalqımızın yaddaşına əbədi yazılan belə gün və hadisələrdən biri. 2020-ci ilin 20 oktyabr günü. Vətən müharibəsinin 24-cü günü olan həmin tarixdə Azərbaycan Silahlı Qüvvələrinin fədakar əsgər və zabitləri Zəngilan şəhərini 27 illik erməni işğalından azad etdi. 1993-cü il oktyabr ayının 29-dan düşmən tapdağında olan Zəngilan rayonu ayrılmaz parçası olduğu Vətənə qovuşdu. Eyni bir ayın həm təqvim, həm də mahiyyət etibarı ilə fərqli günləri, 29 və 20 oktyabr. O günlərdə taleyimizə yazılanlar da, yaşananlar da tam fərqli idi. 1993-cü ilin oktyabrında yaşanan işğal adlı bəlanın gətirdiyi fəlakətlər, ölüm-qan, dərd, nisgil və nə yazıq ki, rüsvayçılıq. 27 il sonra, 2020-ci ildə isə azadlığın bəhrəsi olan həyat, dirçəliş, sevinc və baş ucalığı. Birincidə acı məğlubiyyət, varlığımızı sarsıdan, neçə ömrü amansızlıqla məhv edən dəhşətli hadisələr, ikincidə Zəfər, geri qayıdan həyatın nəfəsi, yandırılacaq ocaqların istisi, köksümüzü qabardan iftixarın qəlblərə dolan sonsuz sevinci. Bu siyahını bir qədər də uzatmaq olar. Ancaq mahiyyət iki sözlə də ifadə edilə bilərsə, buna ehtiyac qalmır. Məğlubiyyət və Zəfər. Yer-asiman fərqi. 2020-ci ilin 20 oktyabrından 27 il əvvəl və həmin tarixi gün yaşadıqlarımız arasındakı fərq.

20 oktyabr günü Zəngilan şəhərinin yenidən doğulduğu tarixdir. Artıq 3 ildir, başı üzərində Azərbaycan Bayrağı dalğalanan Zəngilanın mübarək mövludu rəsmi "Zəngilan Şəhəri Günü" kimi qeyd edilir. Azərbaycanın daha neçə şəhər, qəsəbə və kəndinin düşmən tapdağından qurtarıldığı neçə belə müqəddəs gün də ötən beş ildə tariximizdə daimi yaşamaq hüququ qazanmaqla xalqımızın qan yaddaşına çevrilib.

Bu gün erməni işğalından azad edilmiş digər rayon mərkəzlərimiz, şəhərlərimiz kimi, Zəngilanın da yenidən qurulma və şərəf tarixi yazılır. Şəhər mərkəzi və rayonun daha bir kəndi yaxın günlərdə öz doğma sakinlərini, 32 il məşəqqətli və üzücü məcburi köçkünlük həyatı yaşamış övladlarını qəbul edəcək. Yurda dönüş həsrəti ilə yaşayan daha neçə yüz insanın intizarına son qoyulacaq. Əlbəttə, layiqli geri dönüş üçün hələ çox işlər görülməli, çox zəhmətlər çəkilməlidir. Çünki erməni vandalları Zəngilanın da bütün yaşayış məskənlərini dağıtmış, talamış, daşı-daş üstündə qoymamışlar. Vəhşiliyin kulminasiyası isə məzarlıqların dağıdılması olmuşdur. Goreşən xislətli düşmən mərhumların baş və sinə daşlarını sındırmış, qəbirləri qazıb, əzizlərimizin ruhunu narahat qoymuşdur. İki il yarım keçsə də, müqəddəs yurda səfərdə şahidi olduğum o ürəkparçalayan mənzərələri indiyədək unuda bilmirəm. O günün dözülməz ağırlığı, dərdi varlığımı elə sarsıdıb ki, təəsüratlarımı bölüşmək üçün neçə dəfə cəhd etsəm də, heç nə alınmayıb. Elə bil o rəhmətliklər əlimdən, qolumdan tutur, "dağılmış məzarımızı bərpa etmədən nə yazacaqsan", deyirlər.

Bu suala nə cavab verəcəyimi bilmirəm. Əminəm ki, mənim kimi o cavabı axtaran neçə nəfər də eyni fikirdədir. Ümid edək ki, bir çox suallar kimi, bunun da cavabını daha neçə il gözləməli olmarıq. Məsələnin mənəvi tərəfini nəzərə alıb, öz doğmalarının məzarını bərpa etmək istəyən insanlara anlayışla yanaşılar...

Özəl günün mübarək, doğma Zəngilan deyir, ixtiyarsız olaraq 1968-ci ili yada salıram. Həmin il Zəngilan ilk dəfə şəhər adına layiq görülmüşdü. Ancaq ona o gözəl adı daşımaq cəmi 25 il qismət oldu. Çünki o vaxt neçə güclü havadarına arxalanan və onlardan ciddi dəstək görən düşmənin qarşısında Azərbaycan tək və zəif idi. Bu günsə Azərbaycan qalib, güclü və qüdrətlidir. Bu, yeni tarixi yazılan Füzuli, Cəbrayıl, Qubadlı, Laçın, Ağdam, Kəlbəcər şəhərləri kimi, Zəngilanın da ikinci şəhər gününün əbədi olacağına ən yaxşı qarantdır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:282
embedMənbə:https://525.az
archiveBu xəbər 20 Oktyabr 2025 12:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see339

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see260

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see253

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see251

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see246

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see230

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see226

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see211

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see202

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see199

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

10 Noyabr 2026 14:47see197

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see197

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see191

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see188

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see186

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see184

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see171

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see169

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see169

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

10 Noyabr 2026 18:56see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri