Icma.az
close
up
RU
Zərərçəkən nazirdən kömək istəyir “Onun barəsində hər hansı tədbir görməyə cəhd göstərmirlər...”

Zərərçəkən nazirdən kömək istəyir “Onun barəsində hər hansı tədbir görməyə cəhd göstərmirlər...”

Azpolitika.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı şəhər sakini Hacıyev Bilal İsa oğlu media vasitəsi ilə Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazova müraciət edərək, ondan kömək istəyib.

“AzPolitika”-ya müraciət edən şikayətçi bildirir ki, Lənkəran Rayon Polis Şöbəsinin əməkdaşları məhkəmə qətnaməsinin icra olunması ilə bağlı üzərinə düşən vəzifələri yerinə yetirmirlər.

Bilal Hacıyev müraciətində yazır:

“Diqqətinizə çatdırıram ki, Bakı Apellyasiya Məhkəməsinin 07.07.2022-ci il tarixli, 2(103)-4370/2022 nömrəli qətnaməsinə əsasən, Kərimov Zaur Zakir oğlundan cəmi 170000 (yüz yetmiş min) ABŞ dolları məbləğində pul (manatla) alınaraq mənə ödənilməsi qərara alınıb. Məhkəmə tərəfindən 16.02.2023-cü il tarixində 2(103)-4370/2022 nömrəli icra vərəqəsi verilib. İş Lənkəran Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Mehdiyev Gündüz İsmayıl oğlunun icraatındadır. İcra məmuru artıq bütün zəruri addımları atmasına baxmayaraq, borclu Zaur Kərimov icra tələblərinə riayət etməyərək qanunvericiliyin tələblərini səylə pozmağa davam edir”.

Şikayətçi qeyd edir ki, Z.Kərimov barəsində inzibati xəta pozuntusu ilə əlaqədar olaraq məhkəməyə müraciət olunub. Onun sözlərinə görə, Lənkəran Rayon Məhkəməsinin 29.03.2024-cü il tarixli, 3(049)-294/2024 nömrəli qərarına əsasən, borclu İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 20 gün müddətində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilib.

“Baş verənlərə rəğmən, Kərimov Zaur Zakir oğlu hələ də icra məmurunun tələblərinə, gördüyü bütün tədbirlərə heç bir əhəmiyyət vermir və icra tələblərini yerinə yetirmir. İcra məmuru Zaur Kərimov barəsində axtarış tədbirinin görülməsi ilə bağlı müvafiq göstəriş versə də, polis əməkdaşları axtarış göstərişini icra etmirlər və nəticədə, onun yerini müəyyən edərək, ondan öhdəliyini icra etməsini tələb etmək fiziki olaraq mümkün olmur. Buna görə də, borclu Z.Kərimov icra məmurunun göstərişlərindən yayına bilir”, – o qeyd edir.

Bilal Hacıyev müraciətində borclunun telefon nömrəsini yazır və onun aktiv olduğunu bildirir. “Buna rəğmən, polis əməkdaşları onunla əlaqə saxlayaraq hər hansı tədbir görməyə cəhd göstərmirlər”, – o əlavə edir.

Nazirdən kömək istəyən şikayətçi, Konstitusiyadan və digər qanunvercilikdən xatırlatmalar edərək hüquqularının kobud şəkildə pozulduğunu, bu halın davam etməsinin qəbuledilməz olduğunu vurğulayır: “Konstitusiyanın 129.1-ci maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir;

Konstitusiyanın 129.2-ci maddəsinə əsasən, məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur; “İcra” haqqında qanununun 3.1-ci maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir”.

Bilal Hacıyev qeyd edir ki, qanunvericinin bu normanı təyin etməkdəki məqsədi, ədalətin bərqərar edilməsinə nail olunması prosesində fundamental parça rolu oynayan məhkəmə qərarlarının lazımi şəkildə icra edilməsinin zəruriliyini göstərməkdir. “Əks halda, heç bir şəxs məhkəmə və ədliyyə sisteminə etimad göstərməzdi. Bu səbəbdən məhkəmə qərarının icrasına barəsində icra məmurlarının tələbləri olduqca vacib rol malikdir”, – vətəndaş yazır.

Bilal Hacıyev nazir Vilayət Eyvazova müraciətinin sonunda qeyd olunan məhkəmə qərarının icrasasına yaradılan problemin həll olunmasını, borclu Kərimov Zaur Zakir oğlunun öhdəliyini icra etməsi üçün gərəkli addımların atılmasını təmin etməyi xahiş edir.

Rasim

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:166
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 11 Mart 2025 14:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Onların da amnistiyaya düşməsini istərdim” Novella Cəfəroğlu

15 Dekabr 2025 17:00see222

Meksikada hava limanı yaxınlığında təyyarə qəzaya uğrayıb

16 Dekabr 2025 02:19see217

Sumqayıtda 11 nömrəli məktəbdə məktəb pulu qalmaqalı Nazirlik hərəkətə keçdi

15 Dekabr 2025 04:21see198

Rusiya Milad bayramında da döyüşmək istəyir

16 Dekabr 2025 19:38see188

Rəqsanənin qızının əl ələ görüntüləndiyi müğənni KİMDİR? VİDEO

16 Dekabr 2025 14:45see174

Elektron siqaretin cəmi üç gün istifadəsi ilə yaranan böyük təhlükə

15 Dekabr 2025 17:19see168

Aİ Rusiyadan qaz alışını 2% dən çox azaldıb

16 Dekabr 2025 14:58see150

ABŞ dan Ankara və İrəvan açıqlaması: Zəngəzura işarə edildi

15 Dekabr 2025 22:52see142

İranda yeni türk əyaləti yarana bilər Kampaniya başladı

16 Dekabr 2025 15:43see139

İlham Əliyevin amnistiya təşəbbüsü humanizm və sosial ədalət prinsiplərinə sadiqliyin göstəricisidir

15 Dekabr 2025 20:55see137

2025 ci ildə ən çox buna pul xərcləmişik

15 Dekabr 2025 19:25see137

Elşad Xose Oksananı döyməsindən və narkotikdən danışdı (VİDEO MÜSAHİBƏ)

16 Dekabr 2025 05:14see136

Daha beş tibb müəssisəsində ilkin dializ kateterinin qoyulması xidməti təşkil ediləcək

15 Dekabr 2025 19:12see136

Bu universitetin əməkdaşlarına pul mükafatı verildi KONKRET

15 Dekabr 2025 13:47see135

Premyer Liqa: “Neftçi” “Sumqayıt”la heç heçə etdi

15 Dekabr 2025 21:07see135

Korrupsiya və əxlaq PARADOKSU Qarayevlərin biznes imperiyası SİYAHI

16 Dekabr 2025 09:01see134

Anasını qızıl tabutda dəfn etdi Video

16 Dekabr 2025 06:40see133

Toyota yeni superkarını təqdim etdi 2027 ci ildə satışa çıxacaq

15 Dekabr 2025 02:58see129

Dağlarda qar, yollarda buzlanma gözlənilir rəsmi xəbərdarlıq

15 Dekabr 2025 15:27see128

Münaqişənin həllinə həmişə olduğundan daha yaxınıq Tramp

16 Dekabr 2025 00:31see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri