Icma.az
close
up
RU
Menu

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

Sumqayıt ın Antalya toplanışı

İsrail bu aviabazadan personalı təxliyə edir

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

Ermənistan Naxçıvanla sərhəddə gömrük postu tikəcək

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

“Bravo”da 53 manat, “Neptun”da 26.7 manat, xaricə isə 14 manata... Anormal qiymət siyasəti + FOTOLAR

Zərifə xanım Əliyeva həyat və fəaliyyəti ilə Azərbaycan xalqına örnəkdir ŞƏRH EDİLDİ

Zərifə xanım Əliyeva həyat və fəaliyyəti ilə Azərbaycan xalqına örnəkdir ŞƏRH EDİLDİ

Sia Az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Azərbaycan tarixində qadına olan münasibət həmişə diqqət mərkəzində olub. Cənnət anaların ayaqları altındadır kəlamı bizi həmişə qadınlara olan münasibətdə səbrli, ədalətli, səmimi olmağa çağırır. Hər bir qadın hər şeydən əvvəl anadır, övlad sahibidir, həyat yoldaşının dayağıdır. Bu mənada akademik Zərifə xanım Əliyeva həyat və fəaliyyəti ilə Azərbaycan xalqına örnəkdir". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Anar İsgəndərov deyib.

O bildirib ki, Zərifə xanım Azərbaycan tarixində xüsusi xidmətləri olan Əziz Əliyevin ailəsində dünyaya göz açdı: "Əziz Əliyev İrəvanda orta məktəb, Sank-Peterburqda Tibb İnstitutunu bitirdi, Bakıya gəldi, Tibb İnstitutunun rektoru, Bakı Dövlət Universitetinin rektoru, Səhiyyə naziri və digər məsul vəzifələrdə vicdanla çalışdı.

İkinci Dünya müharibəsinin ilk illərində Cənubi Azərbaycanda Seyid Cəfər Pişəvəri hərəkatını düzgün məcraya yönəltmək üçün Cənuba göndərildi və etimadı doğrultdu. Az sonra faşistlərin Şimali Qafqazı işğal edərək Dağıstana hücumu ərəfəsində hərbi xidmətdən imtina edən dağlıları vətəni qorumağa səfərbər etmək, Dağıstan əhalisini sürgün etməkdən qurtarmaq və Bakını düşmən işğalından qurtarmaq üçün təşkilatçı bir rəhbərə ehtiyac var idi. Belə bir rəhbər var idi. Azərbaycan rəhbərliyi Dağıstanı idarə etmək üçün Əziz Əliyevin namizədliyini irəli sürdü və sovet rəhbəri bu təqdimatı qəbul etdi qısa zaman kəsiyində Əziz Əliyev bütün Dağıstanı faşizmə qarşı mübarizəyə səfərbər etdi. Düşmən nə Dağıstana girə bildi, nə də Bakı neftinə sahib ola bildi.

Zərifə xanım belə bir ailənin övladı idi. Orta məktəbi bitirəndən sonra atası kimi həkim olmaq istədi. Elə bil ixtisas seçmək istəyirdi ki, əməli işi ilə hamıya göstərsin ki, o da atası kimi Vətənini sevir, xalqına xidmət etmək üçün hər cür çətinliklərə hazırdır. Zərifə xanım oftalmoloq həkim kimi işə başladı. Eyni zamanda göz xəstəlikləri sahəsində elmi tədqiqat işlərini davam etdirməyə başladı. Həmin illərdə Azərbaycanda gözü zədələyən və ağır nəticəyə səbəb olan traxoma infeksion xəstəliyi geniş yayılmışdı. Zərifə xanım traxoma xəstəliyinə qarşı aparılan müalicəvi və profilaktik tədbirlərin təşkilində və həyata keçirilməsində fəal iştirak edir, bu xəstəliyin geniş yayıldığı rayonlara gedir, həkim-oftalmoloqlara mühazirələr oxuyurdu. Zərifə xanımın traxomaya qarşı müalicə üsulu bütün respublikada tətbiq olunmağa başladı.

Tale Zərifə xanıma Əziz Əliyev kimi tanınmış bir ata qismət etmişdi. Bu Zərifə xanımın həyatında sonuncu uğur deyildi. Keçən əsrin ortalarında Zərifə xanımın həyatında daha böyük bir hadisə baş verdi. Zərifə xanım müstəqil Azərbaycan dövlətinin qurucusu, SSRİ adlı nəhəng dövləti idarə edən yeganə türk-müsəlman, Ümummilli Lider Heydər Əliyevin həyat yoldaşı oldu. Həkim, ana Zərifə Əliyeva Heydər Əliyevə dayaq oldu, həm övladlarını tərbiyə etdi, həm həkim kimi kimsəsiz uşaqlara dayaq oldu, həm də elmi tədqiqatlarını davam etdirdi.

Zərifə xanım həkim kimi böyük şöhrət qazandı. Tibb elmləri doktoru elmi dərəcəsini aldı, Həkimləri Təkmilləşdirmə İnstitunun Oftalmologiya kafedrasının professoru seçilir. Oftalmologiya üzrə çox sayda əsərlərin çap olunmasına nail oldu. M.İ.Averbax adına mükafata layiq görülən ilk azərbaycanlı qadın oldu.

Akademik Zərifə Əliyeva Azərbaycanın ictimai həyatında da mühüm xidmətləri olan bir ziyalıdır. O, SSRİ Sülhü Müdafiə Komitəsinin üzvü, Oftalmoloqların Elmi Cəmiyyətin İdarə Heyətinin üzvü, Bilik Cəmiyyəti İdarə Heyətinin üzvü, Azərbaycanın Əməkdar elm xadimi fəxri adını almışdı. Zərifə xanım həm də Vətənə məhəbbət ruhunda iki övlad boya-başa çatdırdı. Həyat yoldaşı, böyük dövlət adamı Heydər Əliyev Moskvaya Sovet dövlətinin idarəçiliyinə dəvət olunanda Zərifə xanım da iki övladı ilə həyat yoldaşının yanında idi, həm onun qazandığı nufuzu ilə fəxr edir, həm də onu hər cür qara qüvvələrdən qoruyurdu. Amansız ölüm hər şeyi yarımçıq qoydu. Zərifə xanım ömrünün ən məhsuldar dövründə 62 yaşında həyatla vidalaşdı.

İllər keçəcək, Sovet dövləti süqut edəcək. Azərbaycan dövlət müstəqilliyini bərpa edəcək, ancaq müstəqilliyin şirinliyini dada bilməyəcək. Daşnak qüvvələri Azərbaycanın 20 faiz torpağını işğal etdi. Azərbaycan xalqı özünə və dövlətinə ümid bildiyi Heydər Əliyevi köməyə çağırdı. Heydər Əliyev gəldi və müstəqil Azərbaycanı bütün təhlükələrdən qorudu. On il ərzində Azərbaycanı idarə etdi və düşmən işğalına son qoymaq üçün Azərbaycan xalqını İlham Əliyev ətrafında sıx birləşməyə çağırdı".

Onun sözlərinə görə, Azərbaycan xalqı İlham Əliyev ətrafında dəmir yumruq kimi birləşdi: "Xalqının etimadını qazanan, on yeddi illik hakimiyyəti dövründə güclü ordu, “ Əsrin müqaviləsi” nin işə düşməsi ilə güclü iqtisadiyyat yaradan Ali Baş Komandan İlham Əliyev 44 günlük Vətən Müharibəsi nəficəsində düşməni darmadağın etdi, Qarabağ və Şərqi Zəngəzur düşmən işğalından azad edildi. Yüz il bundan əvvəl Moskvanın təkidilə yaradılan muxtar qurum Azərbaycanın tarixindən silindi.

Doğrudur, Azərbaycan Respublikasının Prezidenti bu uğurları qazananda, Azərbaycanı qalib dövlətlərin cərgəsinə daxil edəndə Zərifə xanım və Heydər Əliyev həyatda yox idi. Amma Ali Baş Komandan İlham Əliyevin sözləri desək, ata vəziyyətini həyata keçirdi.

Ümummilli Lider Heydər Əliyevin həyat yoldaşı, 200 ildən sonra Azərbaycan torpaqlarını geri alan, Azərbaycanın dövlət suverenliyini bərpa edən, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi Azərbaycan xalqına bəxş edən Zərifə xanım həmişə xatirələrdə yaşayacaqdır. Allah rəhmət eləsin".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:138
embedMənbə:https://sia.az
archiveBu xəbər 14 Aprel 2025 15:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

14 Yanvar 2026 11:17see275

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

14 Yanvar 2026 15:58see253

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

14 Yanvar 2026 13:34see250

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

14 Yanvar 2026 18:32see234

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see216

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see187

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see186

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

14 Yanvar 2026 19:33see183

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see175

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see169

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

14 Yanvar 2026 19:11see158

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

14 Yanvar 2026 16:47see156

Sumqayıt ın Antalya toplanışı

14 Yanvar 2026 21:27see144

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see144

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

15 Yanvar 2026 00:28see143

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see140

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

15 Yanvar 2026 04:23see135

Ermənistan Naxçıvanla sərhəddə gömrük postu tikəcək

14 Yanvar 2026 13:34see134

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

15 Yanvar 2026 04:21see132

“Bravo”da 53 manat, “Neptun”da 26.7 manat, xaricə isə 14 manata... Anormal qiymət siyasəti + FOTOLAR

14 Yanvar 2026 13:06see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri