Icma.az
close
up
RU
Zeytun yağını hansı sağlam yağ əvəz edə bilər? Alimlər açıqladı

Zeytun yağını hansı sağlam yağ əvəz edə bilər? Alimlər açıqladı

News24 saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Çində “şərq zeytun yağı” adlandırılan kameliya yağı orqanizmdə iltihabı və arterial təzyiqi azalda, həmçinin bağırsaq mikroflorasının tərkibini yaxşılaşdıra bilər. 

News24.az xəbər verir ki bu qənaətə Uhan Politexnik Universitetinin alimləri gəliblər. Elmi icmal "Food Research International" ("FRI") jurnalında dərc olunub.

Tədqiqatçılar həm kulinariyada, həm də kosmetikada ənənəvi olaraq istifadə edilən Camellia oleifera bitkisinin toxumlarından əldə edilən yağın tərkibini və təsir mexanizmlərini təhlil ediblər. Nəticələr göstərib ki, bu məhsul tərkibinə görə olein turşusu başda olmaqla monodoymamış yağ turşuları, polifenollar, E vitamini, skvalen və digər bioloji aktiv maddələrlə zəngindir.

Müəlliflərin gəldiyi nəticəyə əsasən, kameliya yağı ürək-damar sistemi üçün faydalıdır, qanda lipidlərin (yağa bənzər maddələrin) səviyyəsini tənzimləməyə kömək edir və arterial təzyiqi azaldır. Bu təsirlər yağın komponentlərinin antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə izah olunur.

Tədqiqatda alimlər xüsusilə “bağırsaq–beyin” oxuna diqqət yetiriblər. Onların fikrincə, yağın tərkibindəki təbii maddələr bağırsaq mikrobiomuna təsir edərək dolayı yolla idrak funksiyalarını yaxşılaşdıra və sinir sistemindəki iltihabı azalda bilər. Xüsusilə, Altsheymer xəstəliyinin eksperimental modellərində neyroprotektiv təsirlər qeydə alınıb.

Alimlər vurğulayırlar ki, kameliya yağı funksional qida məhsulu kimi potensiala malikdir və bioloji aktiv əlavələrin, hətta gələcəkdə dərman vasitələrinin tərkibində istifadə oluna bilər. Bu nəticələr təbii birləşmələr vasitəsilə xroniki xəstəliklərin profilaktikasına dair əlavə tədqiqatların yolunu açır./hit

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:235
embedMənbə:https://news24.az
archiveBu xəbər 26 İyul 2025 18:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see329

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see319

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see288

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see288

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see277

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see275

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see250

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see250

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see239

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see233

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see227

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see223

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see223

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see218

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see217

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see212

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see210

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see207

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see195

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri