Icma.az
close
up
RU
Ziddiyyətli fransız: həm Kiyevə silah verən şirkətdə, həm “Kreml pul fondu”nda

Ziddiyyətli fransız: həm Kiyevə silah verən şirkətdə, həm “Kreml pul fondu”nda

Icma.az xəbər verir, Ayna saytına əsaslanaraq.

Fransız silah istehsalçısının top meneceri Henri Proglio Putinin dostlarının “Kreml pul fondu”nun həmsədri oldu

Ukraynanı qırıcı təyyarələr və hava hücumundan müdafiə sistemləri ilə təmin edən Fransanın müdafiə konserni “Dassault Aviation”ın top menecerlərindən biri olan Henri Proglio Rusiyada bizneslə məşğuldur. Üstəlik, “The Insider”in məlumatına görə, o Rusiya Ptrezidenti Vladimir Putinin ən yaxın adamlarının yaratdığı “Kreml pul fondu” adlanan qurumun aktivlərini idarə edən “ABR Management”in direktorlar şurasındadır.

“ABR Management” 2011-ci ildə yaranıb və Putinin ətrafı tərəfindən idarə olunan strukturlara – “Bank Rossia”, “SOGAZ” sığorta şirkəti və Milli Media Qrupu (NMG) media holdinqinə qeydiyyatdan keçmiş aktivlərin idarə edilməsi üzrə əsas orqana çevrilib. Şirkətin təsisçiləri Yuri Kovalçuk və Nikolay Şamalov olub. Qərb onları Rusiya Prezidentinin maliyyə maraqlarının əsas himayədarlarından hesab edir.

“The Insider” yazır ki, Kirill Kovalçuk və Mixail Klişin Henri Proglio ilə birlikdə “ABR Management”in direktorlar şurasındadır. Kovalçuk və Klişin 2016-cı ildən ABŞ-ın sanksiyaları altındadırlar. 2022-ci ildən isə Avropa İttifaqı, Böyük Britaniya və Kanadanın sanksiya siyahısına daxil ediliblər. Lakin məhdudiyyətlər fransız iş adamının onlarla əməkdaşlıq etməsinə və bunun üçün ciddi təzminat almasına mane olmur. Beləliklə, 2022-2024-cü illərdə şirkətin idarə heyəti üzvlərinin maaşına görə ümumi xərcləri 110,7 milyon rubl təşkil edib.

Proglio və onun ailə üzvləri də Rusiyada üç şirkətə sahibdirlər: “Henri Proglio Consulting” MMC, “AP Energy Advisory” MMC və “Mezhproject” MMC. Ukraynada üç il davam edən müharibədə bu strukturlar 633 milyon rubldan çox gəlir əldə ediblər. Gəlirlərin böyük hissəsi mənbəyi açıqlanmadan “digər gəlirlər” kimi təsnif edilir.

“The Insider” qeyd edir ki, hesabata əsasən, bu vəsaitlərin əhəmiyyətli bir hissəsi Proglionin xidmətlərinin ödənilməsinə yönəldilə bilər: məsələn, 2024-cü ildə “AP Energy Advisory” MMC 46,1 milyon rubl gəlirdən 45,2 milyon rublunu idarəetmə xərcləri kimi silib.

Bundan əlavə, Proglio “Rosatom” ilə sıx əlaqələr saxlayır — 2010-cu illərdən o Türkiyədə sırf rus podratçılar tərəfindən tikilən ilk atom elektrik stansiyasının operatoru olan Akkuyu Nüvə şirkətinin direktorlar şurasının üzvüdür.

Hava nəqliyyatının təhlili göstərir ki, müharibə başlayandan sonra o, Rusiyaya səyahətini davam etdirib. 24 fevral 2022-ci ildə o ölkədə olub və yalnız ertəsi gün Rusiyadan çıxıb. O vaxtdan bəri Proglio müntəzəm olaraq Moskvaya səfər edib - sonuncu dəfə 2025-ci ilin iyununda.

O Fransa siyasi isteblişmenti ilə yaxşı münasibətlərə malikdir: onun əlaqələri olanlar arasında keçmiş Prezident Nikola Sarkozi və hazırkı dövlət başçısı Emmanuel Makron da var. “The Insider” yazır ki, sahibkar əvvəllər dövlətə məxsus “Électricité de France” şirkətinə rəhbərlik edib, lakin korrupsiya qalmaqalından sonra oranı tərk edib.

Proglionun yüksək vəzifə tutduğu “Dassault Aviation” “Rafale və Mirage 2000” qırıcıları, “Neuron” dronları, “Falcon” biznes təyyarələri istehsal edir, həmçinin altıncı nəsil təyyarələr hazırlayır. O həmçinin “Thales” müdafiə konserninin səhmlərinin 27%-nə sahibdir.

Nəşr qeyd edir ki, Proglionun Rusiya strukturları ilə əlaqələri ciddi maraqlar toqquşması yaradır: Fransa Ukraynanı “Dassault” və “Thales” şirkətlərinin istehsalı olan silahlarla təmin edir və Putinin ətrafına bağlı olan şəxs bu müəssisələrin idarə olunmasında iştirak edir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:106
embedMənbə:https://ayna.az
archiveBu xəbər 19 İyul 2025 22:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see249

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see189

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see175

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see173

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see173

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see166

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see160

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see159

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see151

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see150

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see142

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see142

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see140

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see139

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see137

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see135

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see134

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri