Icma.az
close
up
RU
Menu

Sahibkar ABB dən şikayət etdi

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

Ronaldo dönəmi başa çatır

ML: 3 cü tur başlayır

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

“Zirə” gürcülərin ümidlərini Sumqayıtda “dəfn etdi”

“Zirə” gürcülərin ümidlərini Sumqayıtda “dəfn etdi”

Footbal-plus saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Konfrans Liqası
1-ci təsnifat mərhələsi, ilk oyun
Zirə - Torpedo (Kutaisi, Gürcüstan) 3:0 (1:0)
13. Aydın Bayramov
32. Qismət Alıyev (k)
4. Ruan Renato
5. Ange Mutsinzi
2. Amin Seydiyev
10. Georgi Papunaşvili
(22. Ayxan Hüseynov, 59)
93. Brahim Konate
17. Vierinya
(8. İsmayıl İbrahimli, 72)
11. Junior Martins
(20. İssa Cibrila, 72)
9. Davit Volkov
(77. Yeqor Boqomolski, 72)
7. Ərən Aydın
(6. Hacıağa Hacıyev, 88)
Ehtiyat oyunçular
72. Hüseynəli Quliyev
99. Səlim Həşimov
14. Elçin Əlicanov
29. Kris Diqbeu
48. Ramiz Muradov
57. Yusif Hacıyev
70. Namik Ələskərov
Baş məşqçi: Rəşad Sadıqov
1. Oto Qoşadze
15. Luka Kuprava
4. Matey Şimiç
16. Sori Mane
(20. Dino Skorup, 38)
6. Məhəmməd Şerif
(33. Mateo Stamatov, 67)
14. Felipe Pires
7. Vladimir Mamuçaşvili (k)
22. Dato Bukiya
39. Vircil Pinson
9. Komnen Andriç
11. Georgi Arabidze
(35. Dieqo Deysadze, 67)
Ehtiyat oyunçular
31. Filip Klyayiç
38. Soso Kopaliani
3. Rikardo Araujo
5. Tsotne Nadaraya
24. Luka Latsabidze
29. Malxazi Şitaişvili
30. Tornike Antiya
36. Luka Pridonişvili
Baş məşqçi: Dirk Şuster
Qollar: R.Renato, 32 (1:0). D.Volkov, 47 (2:0). R.Renato, 63-p. (3:0).
Vərəqələr: L.Kuprava, 21. D.Bukiya, 50. G.Papunaşvili, 57. O.Qoşadze, 62. Q.Alıyev, 66. M.Şerif, 90 - sarı.
Hakimlər: YANİ HÜYTİYA, Veli-Matti Leppenen, Yusso Mantere, Peyman Simani (hamısı Finlandiya).
Hakim-inspektor: İqor Satçi (Moldova).
UEFA nümayəndəsi: Alin Kioban (Rumıniya).
8 iyul. Sumqayıt. “SOCAR Polymer Arena”. 1490 tamaşaçı.
Birinci hissəyə 1, ikinci hissəyə 3 dəqiqə əlavə olunub.
oyunun statistikası
14 (10) qapıya (“çərçivə”yə) zərbə 2 (1)
9 künc zərbəsi 3
3 ofsayd 0
15 qayda pozuntusu 13
54 topa sahibolma (faizlə) 46
“Zirə”nin Konfrans Liqasına qatılmasının tarixçəsi hər kəsə məlumdu. Bu ssenari Rəşad Sadıqovu və klub rəhbərliyini planlarını dəyişməyə vadar etmiş, qısa zamanda hazır vəziyyətə gəlib, Azərbaycanı avrokuboklarda uğurla təmsil etmək vəzifəsi ortaya çıxarmışdı. Ötən mövsümün yekunlarına görə 5-ci olan qəsəbə təmsilçisindən böyük uğur gözləyənlərin sayı elə də çox deyil. Amma püşk “Torpedo”nu “Zirə”yə rəqib edincə bu ümidlər müəyyən qədər artmağa başladı. Gürcüləri ilk görüşdə mümkün qədər sərfəli hesabla məğlub edib, səfərə daha rahat çıxmaq “Zirə”nin ilk hədəfi idi. “Zirə”nin rəqibi doğma meydanda yox, Sumqayıtda qəbul etməsi müəyyən qədər narahatçılıq yaratsa da, oyunun axarı və sonda qeydə alınan hesab qəsəbə təmsilçisinin özünü Sumqayıtda da rahat hiss etdiyini göstərdi.
Ötən mövsümdən bəri “Zirə”nin heyətində elə də böyük dəyişiklik baş verməyib. Rəşad Sadıqov da “köhnə qvardiya”nın üzvlərinə etimad göstərmişdi. Kapitan sarğısı Qismət Alıyevin qolundaydısa, “çərçivə”də Aydın Bayramov dayanmışdı. Müdafiədə yeni transfer Amin Seyidovun ilk dəqiqələrdən meydanda olması diqqəti çəkdi. Təcrübəli Ruan Renato arxa xətdə etibarlı oynamalı, gürcü David Volkov isə komandanın hücum potensialını artırıb, həmyerlilərinin rahatlığını pozmalı idi. Sadıqovun planı baş tutdu və yekun nəticədə məhz bu futbolçuların tapşırığın öhdəsindən inamla gəlməsi böyük rol oynadı. Bayramov qapını toxunulmaz saxladı, onunla yanaşı, Renato ilə Volkov “Zirə”nin qələbəsinə böyük töhfə verdilər.
Kəşfiyyat xarakterli startın ardından “Zirə” üstünlüyü ələ aldı, rəqibin cərimə meydançasına doğru təzyiqi artırmağa başladı. Hissənin ortalarına doğru “qartallar” topa nəzarəti ələ almışdı. Gürcülərin yaratdığı yeganə təhlükəli vəziyyət isə 14-cü dəqiqəyə təsadüf etdi. Cərimə zərbəsi zamanı top Aydının qoruduğu qapının qarşısına göndərilsə də, Renato təhlükəni sovuşdurmağı bacardı. Həmin epizodda komandasını qoldan xilas edən müdafiəçi çox keçmədən hesabı açdı. Qeyd etmək lazımdı ki, qol ərəfəsində təşəbbüs tam “Zirə”nin tərəfinə keçmişdi. Bu səbəbdən də hesabın açılması oyunun məntiqi axarına uyğun idi. Volkovun sol cinahda sürətli keçidi ilə başlayan hücumun davamında Ərən Aydının qüvvətli zərbəsini gürcülərin qapıçısı Qoşadze çətinliklə tirin üzərindən aşıra bildi. Bu künc zərbəsi qolla tamamlandı. Qismətin qapı qarşısına havalandırdığı topu hamıdan hündürə tullanan Renato başı ilə tora qovuşdurdu.
Hesab açılandan sonra qonaqlar bir qədər fəallaşsa da, bu fəallıq özünü Bayramovun qoruduğu qapı önündə yaranan təhlükələrdə göstərmədi. Çünki müdafiədə etibarlı oynayan “Zirə” rəqibin hücum cəhdlərini zamanında zərərsizləşdirə bilirdi. 44-cü dəqiqədə “Zirə”nin daha bir təhlükəli hücumunu izlədik. Qismətin yerinə yetirdiyi cərimə zərbəsi zamanı Qoşadze topu uzaqlaşdırdı. Bu epizodun davamında “Zirə” ardıcıl iki dəfə korner hüququ qazandı. Amma həmin zərbələrdən sonra hesab dəyişmədi. Belədə komandalar fasiləyə “Zirə”nin minimal üstünlüyü ilə yollandı.
İkinci hissə sözün bütün mənalarında ilk 45 dəqiqənin davamı idi. Yenə də “Zirə” rahat şəkildə topa yiyələnir, düşünülmüş hücumlar qurur, “Torpedo” bu hücumların qarşısını müxtəlif üsullarla almağa çalışırdı. Ərənin texnikası qarşısında aciz qalan gürcü futbolçu onu kobudluqla dayandırmağa məcbur oldu. Hakimin bu kobudluğa görə təyin etdiyi cərimə zərbəsi isə qolla yekunlaşdı. Bu qolda “Zirə”nin heyətindəki gürcü futbolçuların böyük əməyi oldu. Papunaşvili cərimə zərbəsini yerinə yetirib, topu “Torpedo”nun qapısı qarşısına göndərdi. Ordakı qarışıqlıqdan isə Volkov ustalıqla yararlandı.
Bu qoldan sonra artıq heç kim “Zirə”nin qalib gələcəyinə şübhə etmirdi. Cavabını tapmayan sual isə “Torpedo”nun təsəlli qolu vurub, intiriqanı artıra biləcəyi ilə bağlı idi. Amma oyunun axarı bu ehtimalı da xeyli azaldırdı. Elə qalan dəqiqələrdə də “Zirə”nin inamlı oyunu, müdafiəçilərin səhvsiz çıxışı davam etdi. Qəsəbə təmsilçisi nəinki qapısını toxunulmaz saxlamağı bacardı, hətta 3-cü topu vuraraq Gürcüstan səfərinə böyük üstünlüklə yollandı. Maraqlıdı ki, “Torpedo”nun qapısına növbəti dəfə yol tapan futbolçu da müdafiəçi Renato oldu. Ruan dublunu 64-cü dəqiqədə penalti zərbəsindən sonra rəsmiləşdirdi. Penaltinin qazanılmasında isə Ərənin fəallığı böyük rol oynadı. Mərkəz müdafiəçilərinin yaratdığı boşluğu əla dəyərləndirən türkiyəli futbolçu sürətlə cərimə meydançasına şığıdı. Belədə qapıçı Qoşadzenin onu yıxmaqdan başqa əlacı qalmadı. Hakim isə epizodu düzgün qiymətləndirib, penalti təyin etdi. “Nöqtə”yə yaxınlaşan Renatonun zərbəsi dəqiq olunca hesab 3:0-a çatdı.
Bu qol gürcülərin olan-qalan ümidlərini də “dəfn etdi”. “Zirə” oyundakı üstünlüyünü tam şəkildə hesabda da əks etdirməyi bacardı. 3-cü qoldan sonra da həmin üstünlük hiss edilirdi. Rəqibdən geri qalan “Torpedo”nun futbolçularının əvəz çıxmaq həvəsi bəzən kobudluqla müşayiət olunurdu. Bu kobudluq “Zirə”nin qapısına yol tapmağa kömək etmədi, finlandiyalı referinin final fiti gürcülərin darmadağını rəsmiləşdirdi.
AMAL

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:185
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 10 İyul 2026 15:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see558

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see298

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see291

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see217

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see217

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see216

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see216

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see208

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see204

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see203

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see203

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see203

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see201

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see199

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see199

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see197

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see196

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see195

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see195

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri