Icma.az
close
up
RU
“Zirə” və “Qarabağ”a qarşı oyunları heç vaxt qazana bilmədik” portuqaliyalı qapıçı

“Zirə” və “Qarabağ”a qarşı oyunları heç vaxt qazana bilmədik” portuqaliyalı qapıçı

Idmanxeber.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Kəpəz” sabiq qapıçısı Rojerio Santon İdmanxeber.az saytına müsahibə verib. İsrailin “İroni Tiberias” klubunda forma geyinən portuqaliyalı Azərbaycanda oynadığı dönəmdən söz açıb:

– “Kəpəz”də keçirdiyin mövsümü necə xatırlayırsan?

Mənim üçün yaxşı mövsüm oldu. Necə başladığını nəzərə alsaq, yaxşı nəticələndi, çünki “Kəpəz” Premyer Liqada qaldı.

– Azərbaycan futbolunu İsrail futbolu ilə müqayisə etsən, hansı fərqləri görürsən?

Bu mövsümlə bağlı çox şey deyə bilmərəm, çünki hələ yalnız bir oyun keçirilib. Sadəcə onu deyə bilərəm ki, burada stadionlarda daha çox azarkeş oyuna gəlir.

– “Kəpəz” azarkeşləri hər zaman komandaya sadiq olublar. Onlarla bağlı hansı xatirələrin var?

Azarkeşlərlə bağlı yalnız yaxşı xatirələrim var. Onlar həmişə mənə hörmət göstərdilər və dəstək oldular. Mənim təşəkkürüm isə hər oyunda əlimdən gələni ortaya qoymaq idi.

– Azərbaycan Premyer Liqasında sənin üçün ən çətin rəqib hansı komanda oldu?

Məncə, “Zirə” və “Qarabağ” ən çətin rəqiblər idi, çünki onlara qarşı heç bir oyun qazana bilmədik.

– “Kəpəz”dən İsrail klubuna transferin necə baş verdi?

“Kəpəz”lə müqaviləm başa çatdı və mən başqa istənilən klubla müqavilə imzalamaqda azad idim.

– Yeni komandanda adaptasiya prosesi sənin üçün necə keçir?

Hər şey yaxşıdır. Azərbaycandakı kimi, burada da insanlar məni yaxşı qarşıladılar.

– Gələcəkdə yenidən Azərbaycanda oynamaq istərdinmi?

Bir il sonra deyə bilərəm ki, mən ölkəni, insanları və çempionatı bəyəndim. Futbolda isə hər şey mümkündür.

– Səni ən çox hansı azərbaycanlı futbolçu təsirləndirdi?

Konkret birini seçə bilmərəm, amma Azərbaycanda yaxşı futbolçular var.

– Karyeranı davam etdirmək üçün əsas hədəflərin hansılardır?

Hər oyunda əlimdən gələni edirəm və komandada hər zaman vacib bir futbolçu olmağa çalışıram.

– “Kəpəz” azarkeşlərinə hansı mesajı vermək istərdin?

“Kəpəz” azarkeşlərinə bir mesaj vermək istərdim: Hər şey üçün təşəkkür edirəm, mənə göstərdiyiniz münasibətə görə minnətdaram. Bilin ki, hər zaman komandamız və sizin üçün əlimdən gələni etdim.

Fərid Nəsibov 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:70
embedMənbə:https://idmanxeber.az
archiveBu xəbər 29 Avqust 2025 10:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri